BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT:

“24 APREL CÜMƏ GÜNÜ MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bəyanat vermiş və o bəyanatda cümə gününə təvafüq edən 2020-ci il aprel ayının 24-nü 1441-ci il mübarək ramazan ayının ilk günü elan etmişdir. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimilə 1441-ci il ramazan ayının (miladi aprel 2020) hilalı 2020-ci il aprel ayının 23-ü cümə axşamı günü (4-cü gün) dan yeri sökülən vaxt Qrinviç saatı ilə 02:26-da, yəni Beyrut şəhəri yerli saat ilə səhər 05:26-da (Bakı vaxtı ilə 06:26-da) doğacaqdır.

Cümə axşamı günü axşam (yəni cümə gecəsi) ayparanın görünməsi aşağıdakı şəkillərdə olacaq:

  1. Sxemdə yaşıl rəngdə yerləşən ölkələrdə çılpaq gözlə və asanlıqla görünməsi mümkün olacaq.
  2. Çəhrayı rəngdə yerləşən ölkələrdə hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda bəzən adi gözlə görünməsi mümkün olur. Şimali və Cənubi Amerikanın bəzi bölgələrində olduğu kimi.
  3. Tünd göy rəngdə yerləşən ölkələrdə teleskopdan istifadə etməklə görmək mümkün olacaq.

Beləcə, 2020-ci il aprel ayının 24-ü mübarək ramazan ayının ilk günüdür. (Aprelin 23-ü axşam niyyət axşamıdır!)

Bu elan mərhum dini lider Seyid Mühəmmədhüseyn Fəzlullahın fiqhi görüşünə əsaslanır. Həmin fiqhi görüş bundan ibarətdir ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa da, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə, adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir. Bu elana görə, Yer kürəsinin Şərq və Qərb hissələri arasında heç bir fərq yoxdur. Ramazan ayının başlanması bütün dünyada eyni gündə olacaq, çünki bütün ölkələrin hilalın göründüyü ölkələrlə gecənin bir hissəsində olsa da, müştərəkliyi vardır. Çünki Şimali və Cənubi Amerikanın bəzi məntəqələrində və Afrika qitəsinin böyük bir hissəsində hilalın görünməsi mümkün olacaq.

 Allahdan istəyirik ki, bu ayı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

Allahdan istəyirik ki, bu ay bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış ayı olsun! AMİN!”

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

Bu elana əsasən may ayının 11-dən 12-nə, 13-dən 14-nə və 15-dən 16-na keçən gecələr Əhya gecələridir. May ayının 15-dən 16-na keçən gecə isə mübarək Qədr gecəsidir. 24 may Fitr bayramıdır.

“MİLLİ GÖRÜŞ-SABİQUN” HƏRƏKATI

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma