Archive | Aprel 2020

XEYRƏDDİN QARAMAN SUALLARA CAVAB VERİR (HİLALIN TƏSBİT EDİLMƏSİ-2)

İSLAM ALƏMİ İLƏ TÜRKİYƏ ARASINDA TƏTBİQ FƏRQİNİ

ORTADAN QALDIRMAQ ÜÇÜN BİR ÇALIŞMA APARILDIMI?

Dini İşlər İdarəsində Toplama və Nəşriyyat Müdiri işlədiyim vaxt uzun illərdən bəri səhlənkar yanaşılmış bu məsələyə əhəmiyyət verməyin zəruri olduğunu hiss etmiş və idarə strukturumda lazım olan hazırkı fəaliyyətlərini başlamışdım. Oxumağa davam et

XEYRƏDDİN QARAMAN SUALLARA CAVAB VERİR (HİLALIN TƏSBİT EDİLMƏSİ-1)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Ay dünya ətrafında müəyyən bir orbit üzərində fırlanır və bu dövrəsini 29.5 gündə (daha dəqiq 29 gün 12 saat 44 dəqiqədə) sona çatdırır. Ay orbit üzərində hər dəfə fırlandıqda bir dəfə Günəş və dünyanın arasına girərək eyni istiqamətə doğru gəlir. Günəş, Ay və dünya üçlüyünün eyni istiqamətə doğru gəldiyi bu ana ictima, yaxud qovuşma deyilir ki, bu astronomik baxımdan ayın əvvəlinin başlanğıcıdır. İctima anında Ayın qaranlıq tərəfi dünyaya tərəf çevrilmiş olduğu üçün dünyanın heç bir yerindən hilal qəti şəkildə görünmür.

Röyət (Ayın görünməsi): qəməri ayın başlaya bilməsi üçün Hz. Peyğəmbərin (s) hədisinə əsasən hilalın görünməsi şərtdir. Hilalın görünə biləcək bir parlaqlığa çatması üçün də ictimadan ən azı 8 dərəcə xaric olması və Günəş batdığı anda hilalın üfüq yüksəkliyinin ən azı 5 dərəcə olması lazımdır. Bu şərtlər xaricində Günəşin şüasına görə hilalın görünməsi qətiyyən mümkün deyildir. Oxumağa davam et