Arxivlər

CƏMİLƏNİN (Natalya) İSLAMA GƏLİŞİ

Bəzi insanların İslama gəlişi sevgili Peyğəmbərimizin (Allahın salamı onun və ailəsinin üzərinə olsun!) əshabələrinin həyat tarixçəsinə bənzəyir. Seyid ibn Zeyd deyirdi: “Yəhudilik və xristianlığı öyrəndikdən sonra onlardan imtina etdim, çünki onlara etimad etmədim”. İslamı qəbul edən bacımız Natalyanın əhvalatı isə böyük əshabələrin İslama gəlişi ilə oxşardır. Yazdığı məktubda o belə qeyd edir: “Ümidvaram ki, mənim söylədiklərim kiməsə faydalı olacaq. Mən əminəm ki, bir çox ruslar pravoslavlıqda mənim hiss etdiklərimi hiss edirlər”. Oxumağa davam et

İSLAMI NİYƏ SEÇDİM (davamı)

imagesƏslində mən hələ 1954-cü ildə İslamı qəbul etməyə qərar vermişdim, lakin ailəm məni bu fikirdən döndərə bildi. Onlar məni xəbərdar edirdilər ki, amerikalıların həyatına gözəl şəkildə uyğunlaşan xristianlıq və yəhudilikdən fərqlənən İslamı seçdiyim üçün məni bir çox problem gözləyir. İslamın məni ailəmdən və cəmiyyətdən tədric olunmağıma səbəb olacağını deyirdilər. O zaman mənim imanım onların təzyiqlərinə qarşı dayanmağım üçün o qədər də güclü deyildi. Oxumağa davam et

İSLAMI NİYƏ SEÇDİM

MƏQALƏNİN MÜƏLLİFİ 1950-ci İLDƏ İSLAMI QƏBUL EDƏN

AMERİKALI YƏHUDİ MƏRYƏM CƏMİLƏDİR (ƏVVƏLKİ ADI MARQARET MARKUS)

tesetturlu-kadinİslam dininə marağım on yaşında “bazar günü məktəbi”ndə oxuyarkən yaranmışdır. O zaman məni ərəblər və yəhudilər arasında olan tarixi əlaqə heyrətləndirmişdi. Yəhudi dərsliklərində Həzrət İbrahimin (Avraam) həm ərəblərin, həm də yəhudilərin əcdadı olması bildirilirdi. Orta əsr Avropa xristianlarının yüzillər sonra yəhudilərə etdikləri əziyyətləri və onların həyatının dözülməz həddə çatdırılması haqqında oxuyurdum. İslamın yayıldığı ölkələrdən olan İspaniya isə onları çox gözəl qəbul edib qucaq açmışdır. Oxumağa davam et

BOLLİVUD YERİNƏ TƏSƏTTÜR VƏ İSLAM ÇAĞIRIŞI

Mursilin PirzadaHindistan Kəşmirinin sakini Mursilin Pirzada bütün ömrü boyu aktrisa olmağı və Bollivudda filmə çəkilməyi arzulamışdı, amma kino dünyasının “dadını” bilən kimi ikrah hissi keçirərək İslama doğru yönəldi. Nəticədə İslamnews saytının yazdığına görə onun həyatında Bollivudun yerini hicab və din tutdu.

Zəngin kəşmirli ailəsində böyüyən bu 23 yaşlı qız hələ bir neçə il bundan əvvəl İndian Express saytının məlumatına görə bahalı cinslərlə, təmtəraqlı və parlaq həyatla maraqlanır və Karina Kapur kimi o da hind kinematoqrafının parlaq ulduzlarından olmaq istəyirdi. Oxumağa davam et

KARİ ƏNSARİ

“Quran oxuyun, İslamı öyrənin, o zaman İsa Məsihi daha yaxından tanıyacaqsınız!”

KARİ ƏNSARİBu sözlər amerikalı yazar, ictimai xadim və İslamı qəbul etmiş gözəl qadın Kari Ənsariyə məxsusdur. Gözünü xristian ailəsində açan, hər il rəngarəng və gözqamaşdıran Milad bayramını qeyd etməyə alışan, kiçik yaşlarından qəlbi Allah kəlamına açılan Kari məhz müsəlman olduqdan sonra Həzrət İsanı (ə) və Həzrət Məryəmi (ə) həqiqi məhəbbətlə sevdiyini deyir.

Daim mənəvi axtarışda olmaq, həyatın mənasını dərk etməyə çalışmaq insana məxsus bir haldır. Dünya var olandan insan daim axtarır, nəyə isə nail olur, daha çox nail olmağa çalışır, yenə də axtarır. Hər kəsin həyatında bir “həqiqət anı” yaşanır ki, həmin an sanki beyində yeni bir ötürücü işə düşür, sanki dəfələrlə oxunan kitabın həqiqi mənası heç vaxt diqqət cəlb etməyən bir sözlə açılır. Oxumağa davam et

İRENA XANDONO

IRENA XANDONOİndoneziyanın ən iri kilsələrindən birinə uzun zaman xidmət etmiş, keçmiş rahibə, indi isə mömin bir müsəlman qadın İrena Xandono İslamı islamofob bir keşişin vəzlərindən sonra (!) qəbul edib. Kiçik yaşlarından Müqəddəs Məryəm adına kilsə təşkilatında xidmətə başlamış İrenanın valideynləri həmin kilsənin yaradıcıları olmuşdu. “Azmış quzuların xilas edilməsi” ilə məşğul olan bu təşkilatın əsas məqsədi xristianlığı qeyri-xristianlar arasında təbliğ etmək, missionerlər yetişdirmək idi. Az müddət ərzində belə bir missioner hərəkatın liderinə çevrilən İrenanın nə vaxtsa İslamın təbliğatçısı olacağı heç ağlına da gəlməzdi: “Mən xristian keşişlərinin hazırlandığı Teologiya və Fəlsəfə Universitetində təhsil almağa başladım. Orada bizə dinlərin müqayisəli təhlili haqqında mühazirə oxunarkən İslamı aqressiv və mürtəce bir din kimi təqdim edirdilər. Hətta belə misallar da gətirirdilər: “Əgər İslamı tanımaq istəyirsinizsə, sadəcə İndoneziyadakı müsəlmanların aqibətinə nəzər yetirin. Oxumağa davam et