Arxivlər

“STOKHOLM SİNDROMU”, YOXSA DOĞRU SEÇİM

İVON RİDLİİslamı qəbul etdikdən sonra bütün İslam əleyhinə olan qüvvələr üçün bu, həqiqi başağrısına çevrildi. Yazıları, ictimaiyyət qarşısında çıxışları, hazırladığı müəllif proqramları ilə dünyanı Fələstin problemini və sionist zülmünü unutmağa qoymayan İvon Ridli yazar, Press TV kanalının aparıcısı, Müharibəyə Son Koalisiyasının yaradıcılarından biri olaraq sionizmə qarşı mübarizəsini elə sionizmin öz əlində olan KİV vasitəsilə aparır. Fələstin, İraq, Əfqanıstan, Liviya dəhşətlərini öz yazılarında daha fərqli və aydın şəkildə işıqlandırarkən dünyanın diqqətini bu dəhşətlərin əsl səbəbkarına – sionizmə yönəldir, Oxumağa davam et

MACARISTANLI AİŞƏNİN İMAN TARİXÇƏSİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

AishaAdım Aişədir, özüm Şimali Macarıstandanam. İslam dini haqqında orta məktəbdə tarix dərslərində məlumat almışdım. Belə ki, Macarıstan 150 il Türkiyənin işğalı altında olub.

Məktəbi bitirdikdən sonra mən molekulyar biologiyanı öyrənmək üçün universitetə qəbul oldum və orada bir çox əcnəbi müsəlman tələbələrlə rastlaşdım. Mənim üçün həmişə maraqlı idi ki, niyə müsəlmanlar öz dinləri ilə fəxr edir. Katolik olsam da, dinimə aid bəzi şübhələrim var idi. Oxumağa davam et

MTV–DƏN MƏKKƏYƏ

Kristian BeykerKristian Beyker 1990-cı illərdə Avropanın ən məşhur telekanallarından biri olan MTV-nin ilk və öndə gedən aparıcılarından biri idi. Həm musiqi dünyasının nümayəndələri, həm də pərəstişkarlar üçün o, sanki bir ikona idi. Onu hər yerdə axtarır, hər zaman izləyirdilər. Buna baxmayaraq, şöhrətinin ən parlaq vaxtlarında belə Kristian daxilində bir boşluq hiss edirdi. Oxumağa davam et

MİRİAM FRANSUAZA SYERRA

217150_160711080655885_18218_n11 sentyabr 2001-ci ildə ABŞ təbliğat maşınının ssenarisi ilə araya-ərsəyə gətirilən tragikomediyanın təsiri ilə milyonlarla şüurların İslam əleyhinə kökləndiyi bir vaxtda öz çevrəsində çox məşhur bir aktrisa Miriam Fransuaza Syerra müsəlmanlığı qəbul etdi. Bu hadisənin mətbuatda, telekanallarda İslam üçün qara piarlarla müzakirə olunduğu o dövrdə Miriam da öz müsəlman dostlarını “doğru yola” gətirmək üçün ciddi fəaliyyətə başlamışdı. Yeni müsəlman olmuş rəfiqələrini dünya filosoflarının fikirləri, İslam tarixi haqqında qərbdə yayğın stereotiplərlə dünyəviliyə səsləyir, Oxumağa davam et

ANCELA KOLİNS

angela-collins-_110706001108-804Amerikalılara xas olan sarışın saçlı, mavi gözlü Ancela dəhşətli 2001-ci il 11 sentyabr hadisələrini gördükdən sonra İslam dinini qəbul edib. O, İslamı qəbul etmiş digər əcnəbilər kimi bu dini öyrəndikdən sonra başqalarının bu barədə olan fikirlərindən və medianın İslamı yanlış tanıtdırmasından fərqli olaraq İslamın hüzur (əmin-amanlıq) və xoşbəxtlik dini olduğunu anlayır. Hal-hazırda o, müəllimdir və Cənubi Kaliforniyada özəl bir müsəlman məktəbində direktor vəzifəsində işləyir. Oxumağa davam et

İNQRİD MATSON

“Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. …” (“İsra”; 15)

ingridMattson3Ontarioda Vaterlo Universitetində təhsil almış İnqrid Matson fəlsəfə və təsviri incəsənət elminə yiyələnmiş və katolik olaraq böyümüşdür. O, hələ kollecdə təhsil aldığı zaman Parisə gedir və orada olarkən Seneqallı müsəlmanların haqqını müdafiə edir. Artıq bir ildən sonra Matson İslamı qəbul edərək hicab geyinir.

O, 1987-ci ildə Pakistana səyahət edir və bir il əfqan köçkünləri ilə birlikdə  işləyir. Orada misirli mühəndis Amer Ətək adlı könüllü bir əsgərlə ailə həyatı qurur. Xanım Matson hal-hazırda Hartford Seminariyasında İslami Tədqiqat və Xristian-Müsəlman Əlaqələri üzrə professordur. Oxumağa davam et