Arxivlər

CÜMƏ QÜSLÜNÜN HÖKMÜ (Əllamə Sadiqi Tehraninin fitvalarına əsasən)

Cümə qüslü vacib qüsllərdəndir, ələlxüsus cümə namazında iştirak edən şəxslər üçün. Bu fikrin tərəfdarlarından biri də məhrum Şeyx Səduqdur. Şeyx Mofid də “Muqniə” əsərində onu vacib bir sünnə hesab etmişdir. Və bu özü də qüsl ayələrinin və bəzi səhih rəvayətlərin mütləq tələbidir. Cümə qüslünü vacib hesab edən səhih və çoxlu rəvayətlər qarşısında onun vacib olmamasının, yəni müstəhəb, yaxud müstəhəbbi-müəkkəd (ciddiyyətlə tövsiyə olunmuş müstəhəb) olmasının əksər müctəhidlər tərəfindən qəbul edilməsinin bu hökmün pozulmasında heç bir rolu yoxdur[1]. Oxumağa davam et

ƏSMAYİ-HÜSNA

“Əsmayi-hüsna” (ərəbcədə “əl-Əsmaul-hüsna”), yəni “gözəl adlar”. “Allahdan başqa heç bir ilah yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Onundur!”[1], “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. …”[2]“… Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir (yəni Onu təqdis edib şəninə təriflər deyir) …”[3] kimi ayələrdə də ifadə edildiyi kimi, ən gözəl adlar Allaha məxsusdur, Oxumağa davam et

ЧТО ТАКОЕ ИСТИАЗА

Слово «истиаза» (словарное значение «искать пристанище, прибежище, взывать о помощи») как религиозный термин, в частности в Коране – это мольба-обращение человека к Аллаху в поисках спасения и защиты от любого зла и неприятностей. В Коране и хадисах-преданиях истиаза – молитва-мольба о помощи в беде и несчастье, при любой опасности и в борьбе с внутренними и внешними врагами. Истиаза – это молитва.

Истиаза, предложенная вашему вниманию составлена на основе Корана и достоверных хадисов-преданий. Oxumağa davam et

İSTİAZƏ NƏDİR

Lüğətdə “sığınmaq” mənasını verən “istiazə” sözü İslam maarifində, ələlxüsus Quranda elə bir duadır ki, insan şəri özündən uzaqlaşdırmaq üçün onun vasitəsilə Allaha pənah aparır, Ona sığınaraq Ondan imdad diləyir. Quran və hədislərdə istiazə insanın bəlalar, təhlükələr, daxili və xarici düşmənlər qarşısında mübarizə aparması üçün aləmin Xaliqindən yardım istəməsidir. İstiazə bir duadır. Oxumağa davam et

AY TUTULMASI BAŞ VERƏCƏK

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bu ilin (h. q. 1439 – m. 2018) ikinci Ay tutulması hadisəsi 27-dən 28-ə keçən gecə (h. q. 14-15 zilqədə) baş verəcək. AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun məlumatına əsasən ölkədə 2018-ci ildə ikinci Ay tutulması iyulun 27-dən 28-nə keçən gecə müşahidə olunacaq: “Təbiət hadisəsi saat 22:24:27-də başlayacaq. Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq. Tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq”. Qeyd edilən tarixdə, həmçinin Mars-Yer qarşıdurması hadisəsi baş verəcək.   Oxumağa davam et

BƏYANAT: “15 İYUN CÜMƏ GÜNÜ AZƏRBAYCANDA MÜBARƏK FİTR BAYRAMI GÜNÜDÜR!”

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT:

“15 İYUN 2018-Cİ İL CÜMƏ GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanıb cümə gününə təvafüq edən 2018-ci il iyun ayının 15-ni 1439-cu il mübarək Fitr bayramı günlərinin ilk günü olaraq elan etmişdir. Beləliklə, 2018-ci il iyun ayının 14-ü cümə axşamı günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: “Yeni Ay 2018-ci il iyun ayının 13-ü çərşənbə günü Qrinviç saatı ilə 19:43-də, Beyrut şəhəri yerli saatla 22:43-də (Bakı vaxtı ilə 23:43-də) doğacaqdır. Oxumağa davam et

MÜSƏLMANLARIN NƏZƏRİNƏ! (ÖLKƏ MÜSƏLMANLARI 76 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

 MÜSƏLMANLARIN NƏZƏRİNƏ!

(ÖLKƏ MÜSƏLMANLARI 76 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

Hicri-qəməri təqvimilə 1439-cu il ramazan ayı (m. 2018, may-iyun) ilə əlaqədar “Qafqaz Müsəlmanları İdarəsi” tərəfindən hazırlanan ramazan təqvimində sübh namazının vaxtı Quranda və Sünnədə bəyan olunan şəri ölçüyə uyğun təyin olunmamışdır. Quranda fəcri-sadiq üçün göstərilən ölçü zamana çevrildikdə ciddi xətaya yol verilmişdir. Oxumağa davam et