Arxivlər

XEYRƏDDİN QARAMAN SUALLARA CAVAB VERİR (HİLALIN TƏSBİT EDİLMƏSİ-2)

İSLAM ALƏMİ İLƏ TÜRKİYƏ ARASINDA TƏTBİQ FƏRQİNİ

ORTADAN QALDIRMAQ ÜÇÜN BİR ÇALIŞMA APARILDIMI?

Dini İşlər İdarəsində Toplama və Nəşriyyat Müdiri işlədiyim vaxt uzun illərdən bəri səhlənkar yanaşılmış bu məsələyə əhəmiyyət verməyin zəruri olduğunu hiss etmiş və idarə strukturumda lazım olan hazırkı fəaliyyətlərini başlamışdım. Oxumağa davam et

XEYRƏDDİN QARAMAN SUALLARA CAVAB VERİR (HİLALIN TƏSBİT EDİLMƏSİ-1)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Ay dünya ətrafında müəyyən bir orbit üzərində fırlanır və bu dövrəsini 29.5 gündə (daha dəqiq 29 gün 12 saat 44 dəqiqədə) sona çatdırır. Ay orbit üzərində hər dəfə fırlandıqda bir dəfə Günəş və dünyanın arasına girərək eyni istiqamətə doğru gəlir. Günəş, Ay və dünya üçlüyünün eyni istiqamətə doğru gəldiyi bu ana ictima, yaxud qovuşma deyilir ki, bu astronomik baxımdan ayın əvvəlinin başlanğıcıdır. İctima anında Ayın qaranlıq tərəfi dünyaya tərəf çevrilmiş olduğu üçün dünyanın heç bir yerindən hilal qəti şəkildə görünmür.

Röyət (Ayın görünməsi): qəməri ayın başlaya bilməsi üçün Hz. Peyğəmbərin (s) hədisinə əsasən hilalın görünməsi şərtdir. Hilalın görünə biləcək bir parlaqlığa çatması üçün də ictimadan ən azı 8 dərəcə xaric olması və Günəş batdığı anda hilalın üfüq yüksəkliyinin ən azı 5 dərəcə olması lazımdır. Bu şərtlər xaricində Günəşin şüasına görə hilalın görünməsi qətiyyən mümkün deyildir. Oxumağa davam et

MÜSƏLMANIN MÜSƏLMAN ÜZƏRİNDƏKİ HAQLARI

İslam dininin ən gözəl və ən uca çağırışı rütbələri, mövqeləri, vəzifə və dərəcələri bir-birindən ayrı da olsa, bütün müsəlmanları qardaşlığa çağırmaqdır. Çox təəssüflər olsun ki, müsəlmanların da bu gün və bundan əvvəlki zamanlarda da ən çox əhəmiyyət vermədikləri məsələ bu İslam qardaşlığıdır.

Bu qardaşlıq İmam Cəfər Sadiqin “Özün üçün sevdiyin hər bir şeyi onun üçün də sevməli və istəməli, özün üçün bəyənmədiyin bir şeyi onun üçün də bəyənməməlisən” sözündə qısa bir şəkildə ifadə edilmişdir. Oxumağa davam et

2020-Cİ İLİN GÜNƏŞ VƏ AY TUTULMALARI

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edir.

2020-ci ildə 6 tutulma hadisəsi müşahidə olunacaq. 6 tutulmanın 2-si Günəş, 4-ü isə Ay tutulması olacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş vermişdir.

2020-ci ildə baş verəcək 6 tutulma hadisəsindən Azərbaycanda yalnız 3-ü müşahidə olunacaq. Bunlardan 1-i Günəş, 2-si isə Ay tutulması olacaq. Oxumağa davam et

GÜNƏŞ TUTULMASI OLACAQ

BƏYANAT

2019-ci il dekabr ayının 26-da həlqəvari Günəş tutulması olacaq. Bu hadisəni Azərbaycandan da müşahidə etmək mümkün olacaq. Tutulma hadisəsini Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq. (www.shao.az)

Günəş tutulduqda – istər tam olsun, istərsə də qismən – şiə məzhəbinə görə hər bir mükəlləfin namaz qılması vacib, əhli-sünnəyə görə isə müəkkəd sünnətdir (Peyğəmbərin davamlı olaraq yerinə yetirdiyi, çox az tərk etdiyi işlərə müəkkəd sünnət deyilir). Bu namaza ayat namazı, yaxud küsuf namazı (səlatul-küsuf) deyilir. Oxumağa davam et

CÜMƏ QÜSLÜNÜN HÖKMÜ (Əllamə Sadiqi Tehraninin fitvalarına əsasən)

Cümə qüslü vacib qüsllərdəndir, ələlxüsus cümə namazında iştirak edən şəxslər üçün. Bu fikrin tərəfdarlarından biri də məhrum Şeyx Səduqdur. Şeyx Mofid də “Muqniə” əsərində onu vacib bir sünnə hesab etmişdir. Və bu özü də qüsl ayələrinin və bəzi səhih rəvayətlərin mütləq tələbidir. Cümə qüslünü vacib hesab edən səhih və çoxlu rəvayətlər qarşısında onun vacib olmamasının, yəni müstəhəb, yaxud müstəhəbbi-müəkkəd (ciddiyyətlə tövsiyə olunmuş müstəhəb) olmasının əksər müctəhidlər tərəfindən qəbul edilməsinin bu hökmün pozulmasında heç bir rolu yoxdur[1]. Oxumağa davam et

ƏSMAYİ-HÜSNA

“Əsmayi-hüsna” (ərəbcədə “əl-Əsmaul-hüsna”), yəni “gözəl adlar”. “Allahdan başqa heç bir ilah yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Onundur!”[1], “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. …”[2]“… Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təsbih edir (yəni Onu təqdis edib şəninə təriflər deyir) …”[3] kimi ayələrdə də ifadə edildiyi kimi, ən gözəl adlar Allaha məxsusdur, Oxumağa davam et