Hz. Aişə deyir: “Rəsulullah (s) mənə belə buyurdu: “Ey Aişə, gözə görünməyən, ilk baxışda əhəmiyyətsiz hesab edilən hər cür günahlardan çəkin! Çünki bu günahlar üçün Allah tərəfindən vəzifələndirilmiş bir məmur vardır. Əgər kiçik saydığın günahlar insanla bir araya gələrsə, onu məhv edər. Eyni ilə çöllükdə yaşayıb yanına qövmün işçiləri gələn bu şəxs kimi; o şəxs və başqaları odun daşıyıb üst-üstə yığarlar və bir qalaq meydana gətirərlər. Qəflətən qalaqlanmış odunu yandırarlar və çöldəki bütün canlıları yox edərlər”[1]. Oxumağa davam et
Arxivlər
YUMŞAQLIĞIN MÜKAFATI
Hz. Aişədən rəvayət edildiyinə görə Rəsulullah (s) belə buyurdu: “Ey Aişə, şübhəsiz ki, Allah Rəfiqdir, rifqi sevir. Sərt münasibətə və daha başqa hərəkətlərə vermədiyi savabı yumşaqlığa verir”[1].
Yumşaqlıq yüngül (mülayimət, sühulət), incə və həlim davranış kimi mənaları ehtiva edən “rifq” İslam əxlaqının əsas məfhumlarından biridir. Hədisin mətnində işlənən “unf” “rifqin” ziddi olan şiddət və sərtlik deməkdir. Dost, yoldaş və yumşaq mənasında olan “Rəfiq” isə rifq ilə müamilə edən Allah-Taalaya isim/sifət olaraq istifadə edilmişdir. Oxumağa davam et
QADININ ƏRİNƏ XİDMƏTİ
Abdullah ibn Abbasdan rəvayət edildiyinə görə bir qadın: “Ya Rəsuləllah, qadının cihadının qarşılığı (mükafatı) nədir?” – deyə soruşduqda Allah Rəsulu (s): “Ərinə itaət etməsi və onun haqqını yerinə yetirməsidir”[1] – deyə ona cavab verdi.
1. Qadın (İslam dininin əmrlərinə zidd olmayan məsələlərdə) daim ərinə itaət etməli, onun hər bir əmrinə tabe olmalı və hər bir sözünə diqqətlə yanaşmalıdır. İslam dini qadının ərinə itaət etməsi və ona sayğı göstərməsi haqqında çox tövsiyələr etmişdir. Rəsulullah (s) buyurmuşdur: “Qadın ərinin haqqını ödəmədikcə Allahın haqqını ödəməmişdir”. Oxumağa davam et
ÖVLAD TƏRBİYƏSİ
QADIN ÖVLADLARININ ƏDƏB VƏ TƏRBİYƏSİNƏ GÖRƏ CAVABDEHDİR
Abdullah ibn Ömərdən rəvayət edildiyinə görə Rəsulullah belə buyurmuşdur: “Hər biriniz çobansınız və hər biriniz də öz rəiyyətinə (təbəəsinə) görə cavabdehdir. İmam (bir dövlət başçısı) bir çobandır və təbəəsinə (yəni hakimiyyəti altında olanlara) görə cavabdehdir. Kişi ailə fərdlərinin çobanıdır və onlara görə cavabdehdir. Qadın ərinin evində bir çobandır və övladlarına görə cavabdehdir. Xidmətçi ağasının malının çobanıdır və ona görə cavabdehdir. Hamınız çobansınız və rəiyyətinizə görə cavabdehsiniz”[1]. Oxumağa davam et
SƏBİR ETMƏYİN MÜKAFATI
Əta ibn Rəbah belə rəvayət edir. Abdullah ibn Abbas mənə: “Sənə Cənnət əhlindən bir qadın göstərimmi?” – deyə soruşdu. Mən: “Bəli!” – deyə cavab verdim. O: “Budur, bu (qara dərili) zənci qadın!” – dedi. Qadın Peyğəmbərin (s) yanına gələrək: “Mən huşumu itirirəm və üstüm-başım açılır. Allaha mənim üçün dua et!” – demişdi. Peyğəmbər (s): “İstəsən, səbir edərsən və Cənnət sənin olar. Amma istəsən, sənin səhhətin və afiyətin üçün Allaha dua edərəm!” – buyurdu. Qadın: “Səbir edərəm, ancaq mənim üstüm-başım açılır. Açılmaması üçün Allaha dua et!” – dedi. Peyğəmbər (s) onun üçün dua etdi”[1].
Dünyanın bəla və müsibətlərinə səbir etmək, acı və iztirablarına qarşı müqavimət göstərmək Cənnətə girməyə vəsilə olan saleh bir əməldir. Oxumağa davam et
HƏYAT YOLDAŞINA EHTİRAM
İmam Rza (ə) Hz. Əlidən (ə) rəvayət edir: “Qadınlarınızın ən yaxşısı beş xüsusiyyətə malik olanlardır”. Soruşuldu ki, “Ya Əli, bu beş keyfiyyət nədən ibarətdir?” Buyurdu:
1. Ərinə qarşı təvazökarlıq və üzüyolalıq, eləcə də bədxərclik etməyib qənaətcil olmaq;
2. Xoşxasiyyət, mülayimlik və mehribançılıq;
3. Əri ilə həmrəy olub, onun filirləri ilə razılaşmaq, işlərində ona kömək etmək;
4. Ərini əsəbi və ya yorğun halda gördükdə bütün işlərini, hətta öz istirahətini bir kənara qoyaraq onu şad edib sevindirmək; Oxumağa davam et