Arxivlər

RAMAZAN AYI – İLAHİ TƏQVA ÜZƏRİNDƏ İRADƏNİN TƏRBİYƏ OLUNMASI AYI 

RAMAZAN AYININ ASTANASINDA

Gələcək günlərdə ramazan ayının istiqbalına çıxacağıq. İmam Zeynulabidin əleyhissəlamın dediyi kimi ramazan ayı “İslam və paklıq ayıdır”. Allah Rəsulu da ramazan ayına “Ümmətimin ayı” demişdir. Məqam və dərəcələrlə dolu belə bir ayın istiqbalına çıxdığımız vaxt, islami şəxsiyyətin forması ilə əlaqəli olan amillərin bu ayda tanınmasına çalışmalıyıq. Burada çox mühüm bir nöqtə vardır ki, biz ona diqqət etməliyik. Oxumağa davam et

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?! (DAVAMI)

QURANDA QADIN TİMSALI

“Əhzab” surəsində mübariz qadınlar və kişilər haqqında danışarkən Allah-Taala saleh əmələ görə müsbət nəticələrdə kişilərlə qadınlar arasında fərq qoymamışdır. Allah-Taala buyurur: “Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, fərclərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət (bağışlanma) və böyük bir mükafat hazırlamışdır!”[1] Oxumağa davam et

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?!

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur!

Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə olsun!

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?!

Əql məsələsində diqqət yetirəcəyimiz araşdırmalardan biri də qadın əqli barəsində apardığımız araşdırmadır. Doğrudan da, Allah qadının əqlini kişinin əqlindən zəif yaratmışdır? Yoxsa, düşüncə qabiliyyəti, inkişaf və mərifətdə, dərinlikdə qadının əqli kişinin əqlinə bərabərdir?!

QADININ ƏQLİ

İnsanlar arasında belə bir fikir yayılmışdır ki, qadının əqli kişinin əqlindən azdır. Bəziləri bir az da irəli gedərək hesab edirlər ki, qadının əqli kişinin əqlinin yarısına çatmır. Oxumağa davam et

ÜZGÜÇÜLÜK, BAŞI BÜTÜNLÜKLƏ SUYA BATIRMAQ … VƏ ORUC

üzgüçülükYay fəslində insanlar üzgüçülüyə meyil edir və bir çox su idmanları ilə məşğul olurlar. Üzgüçülük, dalğıclıq və s. bu idman növlərindəndir. Bəzi insanlar isə mübarək ramazan ayında üzgüçülükdən dərs deyirlər. …

Üzgüçülük mövsümü bu müqəddəs aya təvafüq etdiyi üçün üzgüçülüklə oruc tutmağın hökmü haqqında soruşurlar; bu, orucun batil olması ilə nəticələnir? Oxumağa davam et

HAMİLƏ QADIN VƏ ORUC TUTMAĞIN HÖKMÜ

hamileHamilə qadınlar mübarək ramazan ayında oruc tutmaları barədə soruşurlar. Ramazan ayında orucu yemələrinə icazə verilirmi? Bu barədə şəri hökmlər nədir?

Mövzunu işıqlandırmaq üçün bir çox alimlərin bu həssas məsələ ilə bağlı rəylərinə müraciət edəcəyik. Bu həssas məsələ mübarək ramazan ayında hamilə qadınların qarşılaşdığı bir məsələdir. Oxumağa davam et

İNSULİN VURMAQ VƏ ORUC

insulinİndi şəkər xəstəliyi barədə az-çox məlumatı olmayan və bu xəstəlik haqqında eşitməyən yoxdur. Belə ki, bu xəstəlik həm böyüklərə, həm də kiçik yaşlı uşaqlara, hər kəsə sirayət etmişdir. Çox geniş yayılmışdır. Xəstələr içərisində insulin qəbul edənlər də vardır. Bu, onların orucunu pozurmu?

Bəziləri soruşur ki, həkim yeməkdən yarım saat əvvəl insulin qəbul etməyi göstəriş verdiyi üçün iftardan yarım saat əvvəl insulin qəbul etmək olar? Oxumağa davam et