Arxivlər

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT ZEYNƏB

HƏZRƏT   ZEYNƏB

Düşkünlərin  anası

984188_689744701112395_7740234111802064118_nHz. Zeynəb bint Hüzeymə müsəlman olmamışdan əvvəl çox comərd bir həyat yaşayırdı. Yoxsullara, ehtiyacı olanlara yardım edər, onlara şəfqət və mərhəmət göstərərdi. Cahiliyyə Dövründə “Ümmül-məsakin”, yəni “Miskinlərin, düşkünlərin anası”, – deyə yada salınır və tanınırdı. Müsəlman olduqdan sonra alicənab bir insan kimi daha da artıq sevildi.

Hz. Zeynəb əshabələrdən Übeyd ibn Harislə evli idi. Birlikdə xoşbəxt bir həyat yaşayırdılar, çox təəssüf ki, bu, heç də uzun sürmədi. Hz. Übeyd Bədr savaşında ağır yaralandığı üçün müharibədən sonra vəfat etdi. Hz. Zeynəb dul qaldı. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI

HƏZRƏT HƏFSƏ

Hz. Ömərin qızı

0c102e3b1258d850f33e3e288931686dHz. Həfsə Hz. Ömərin qızıdır. Rəsulullaha (s) peyğəmbərlik verilməmişdən əvvəl Məkkədə anadan olmuşdu. O, birinci dəfə Hüneys ibn Hüzafə (r.ə.) ilə evlənmişdi. İlk müsəlmanların sırasında yer alan bu bəxtiyar ər-arvad müşriklərin dözülməz işgəncələrinə məruz qaldılar. Ona görə də mühacirət etməyə icazə veriləndən sonra birlikdə öz vətənlərini tərk edib Mədinəyə getdilər. Hz. Hüneys Bədr savaşına qatıldı. Qəhrəmancasına döyüşdü. Mədinəyə geri qayıtdığı vaxt bu müharibədə aldığı yaradan vəfat etdi. Beləcə, Hz. Həfsə gənc yaşında dul qaldı.

Hz. Ömər sevgili qızının dul qalmasını istəmirdi. Düşündü, fikirləşdi və onu Peyğəmbərimizin sevgili qızı Hz. Ruqiyyə vəfat etdiyi üçün dul qalan Hz. Osmana nikahlamağı qərara aldı. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI

HƏZRƏT AİŞƏ

Hz. Əbubəkrin qızı

lotus“Möminlərin anası Hz. Aişə” adı ilə nəşr etdiyimiz əsərimizdə Aişə anamızın həyatına geniş şəkildə toxunduq. Buna görə də onun həyatını təfsilatı ilə şərh etmədən qısa şəkildə bəzi məlumatlar verəcəyik. .

Hz. Xədicənin vəfatından sonra idi. Peyğəmbərimiz bir gün yuxusunda Hz. Cəbrayılı gördü. Cəbrayıl (ə) Peyğəmbərimizə mücrü içində bir qadın şəkli təqdim etdi: “Ey Allahın Rəsulu, bu qız Xədicəyə qarşılıq sənin hüzn və yalqızlığını bir az da olsa, yüngülləşdirib sənə həyat yoldaşı olacaq”. Peyğəmbərimiz ona təqdim edilən qızın üzünü açanda onun Hz. Aişə olduğunu gördü. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI

HƏZRƏT SAUDƏ

Peyğəmbərimizin ikinci həyat yoldaşı

10624983_748068165247278_754722341997984069_nHəm övladlarının, həm də xanımı Hz. Xədicənin və əmisi Əbutalibin bir-birinin ardınca vəfat etməsi Peyğəmbərimizə çox pis təsir etdi. “Bu günlərdə bu ümmətin başına gələn iki müsibətdən hansına daha çox kədərlənəcəyimi bilmirəm” deməkdən belə özünü saxlaya bilmədi. Kədərli hadisələrin bir-birinin ardınca gəldiyi bu ilə “sənətül-hüzn” (“hüzn ili”) deyildi.

Qohumları ailə həyatında bir boşluq yaranan Peyğəmbərimizə təsəlli verib ona kömək edə biləcək bir xanıma ehtiyacı olduğunu düşündülər. Bu məqsədlə Osman ibn Məzunun xanımı Haulə Peyğəmbərimizin yanına getdi. Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT XƏDİCƏ

 HƏZRƏT XƏDİCƏ

Peyğəmbərin ilk xanımı

126044484229B6yxBabası Əbdülmüttəlib vəfat edərkən səkkiz yaşında olan Peyğəmbərimizi əmisi Əbutalib öz himayəsinə almışdı. Əbutalib onu bütün övladlarından daha çox sevər, onsuz süfrə başına oturmazdı. Övladları süfrəyə otursalar belə, “Durun, oğlum gəlsin” – deyərək onların yeməyə əvvəl başlamalarına mane olardı.

Əbutalibin ailəsi Peyğəmbərimizin iştirak etmədiyi süfrədəki yeməkdən doymazdılar. Onun olduğu süfrədə isə hamıya pay çatmaz zənn edilən yemək kifayət edər, hətta bəzən artıq da qalardı. Bu səbəbə görə bütün ailə onu çox sevərdi.

Peyğəmbərimizin əmisi Əbutalib Qüreyş qəbiləsinin böyüklərindən olmasına baxmayaraq, son dərəcə fəqir idi. Bir neçə dəvəsindən başqa heç nəyi yox idi. Üstəlik böyük bir ailəyə sahib idi. Uşaqlarının ehtiyaclarını ödəməkdə çətinlik çəkər, bu da onu narahat edərdi.  Oxumağa davam et

MÖMİNLƏRİN ANALARININ BƏZİ XÜSUSİYYƏTLƏRİ

namaz_qadin_00Peyğəmbərimizin xanımları üçün digər xanımlardan fərqli olaraq bəzi özəl vəziyyətlər vardır. Bunları belə sadalaya bilərik:

Peyğəmbərimizin vəfatından sonra evlənə bilməzlər

Bir qadın ərindən ayrıldıqdan və ya əri vəfat etdikdən sonra şəriətə görə gözləməsi lazım olan müddət (iddə müddəti) bitdikdən sonra bir başqa kişi ilə evlənə bilər. Bu onun ən təbii haqqıdır, lakin bu hökmün bir istisnası vardır: Peyğəmbərimizin xanımları. Onların Peyğəmbərimizin vəfatından sonra bir başqa kişi ilə evlənmələri caiz deyildir. Həmçinin bir ayədə bu həqiqət belə bildirilir: “Ey iman gətirənlər! … Sizə Allahın Rəsuluna əziyyət vermək və özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Şübhəsiz ki, bu, Allah yanında (günah olaraq) böyükdür!” (“Əhzab”, 53) Oxumağa davam et

PEYĞƏMBƏRİMİZİN QIZLARI – HƏZRƏT FATİMƏ (“O, MƏNİM BİR PARÇAMDIR”)

10574487_10152683674051970_2295831240874058761_nPeyğəmbərimiz 45 yaşına çatmışdı, yəni Həzrət Peyğəmbərin peyğəmbərliyə vəzifələndirilməsindən beş il keçmişdi. Qız övladlarının sonuncusu olan seyidlər nəslinin qaynağı, “Cənnət qadınlarının xanımı”, Həzrət Həsən və Hüseynin anası olan Həzrət Fatimə cümadəlaxirə ayının iyirmisi, cümə günü bu qoca dünyamıza gözlərini açdı. Peyğəmbərimiz peyğəmbərlik nuru ilə onun nəslindən gələcək olan nurlu nəsli – Əhli-Beyt imamlarını görmüş, onun doğum xəbərinə digər övladla­rına sevindiyindən daha çox sevinmişdi.

Peyğəmbərimiz daha sonra Xədicə ana­mızın yanına getdi və onu təbrik etdi. Qun­dağa sarınmış övladını qucağına aldı. Öpdü, sevdi və bağrına basdı. Sonra da ilahi il­hama tabe ola­raq ciyərparəsinə “Fatimə” adını qoydu. Oxumağa davam et