Tag Archive | Axirət gününə iman

QURAN AYƏLƏRİ İŞIĞINDA ÜSULİ-DİN (davamı)

ƏQLİ BAXIMDAN ALLAHA VƏ AXİRƏT GÜNÜNƏ İMAN GƏTİRMƏK VƏ ONUN FAYDALARI

KuranGərək hər kəs başa düşsün ki, Allaha və axirət gününə iman gətirməyin dünya və axirət üçün çox faydaları vardır. Digər əsaslara iman gətirmək belə deyildir. Çünki bu ikisinə iman gətirmək bəşərin fəsada mübtəla olmasının qarşısını alır, onu zülmdən, sitəmdən və xəyanətdən çəkindirir, çünki Allaha iman gətirir. Hansı Allaha? Bilmək lazımdır ki, Allah İlahdan başqadır. İlah kəlməsi şüursuz və cansız bir büt olmasına baxmayaraq, hər bir məbuda deyilə bilər. Lakin Allah kəlməsi bütün kamalatı (kamillikləri) Özündə cəmləşdirən bir Zat üçün işlənir. Deməli, Allah elə bir varlıqdır ki, hər şeyi zatən bilir, O, hər şeyə qadirdir. Oxumağa davam et