HƏZRƏT ÜMMÜHƏBİBƏ
İman və səbrin mükafatı
Əsl adı Rəmlə olan Ümmühəbibə Əbusüfyanın qızı, Müaviyənin bacısı, Osmanın isə bibisi qızı idi. İlk müsəlmanlardan olub. Ümmühəbibə İslamla şərəfləndiyi zaman nə atası Əbusüfyan, nə də anası müsəlman olmamışdılar. Hətta atası müşriklərin başçısı idi. Buna görə də Ümmühəbibə dözülməz işgəncələrə məruz qalmışdı. Atası və yaxın qohumları onun dinindən dönməsini istəmişdilər. Lakin o, bütün işgəncələrə qarşı dözərək dinindən ən kiçik bir güzəşt belə vermədi. İşgəncələr dözülməz bir hal alanda ilk müsəlmanlardan olan həyat yoldaşı Übeydullah ibn Cəhş ilə birlikdə ikinci hicrət qrupu ilə Həbəşistana hicrət etdi. Oxumağa davam et