Tag Archive | qədr gecəsi

QƏDR GECƏSİ (SON ON GECƏDƏ AXTARILMALIDIR)

 

ghadr-16Qədr gecəsi ilə əlaqədar olaraq Quran-kərimdə müstəqil bir surə vardır. Bu surədə Allah-Taala Quranı Qədr gecəsində endirdiyini və bu gecənin min aydan daha xeyirli olduğunu bildirmişdir. “Bəqərə” surəsinin 185-ci ayəsində də Quranın ramazan ayında endirildiyi bəyan edildiyi üçün Qədr gecəsinin ramazan ayının içində olduğu qəti bir şəkildə başa düşülür. Lakin bunun ramazan ayının 19-cu, 21-ci, 23-cü və 27-ci gecələri olduğuna dair qəti bir dəlil yoxdur. Oxumağa davam et