Tag Archive | qəndil gecələri

“RƏĞAİB, MERAC VƏ MƏBƏS GECƏLƏRİ BİDƏTİ”

Azərbaycanda və Türkiyədə qəndil gecələri deyə tanınan gecələr təqvim sıralamasına görə rəbiüləvvəl ayının 12-ci və 17-ci gecələri (əhli-sünnəyə görə 12-ci gecə, şiəyə görə isə 17-ci gecə) Mövlud, rəcəb ayının ilk cümə gecəsi Rəğaib, yenə rəcəb ayının 27-ci gecəsi Merac (şiələrin əksəriyyətinə görə Bəsət gecəsi), şəban ayının 15-ci gecəsi Bəraət (müasir türkcədə “Bərat gecəsi/qəndili”) və ramazan ayının 19-cu, 21-ci, 23-cü və 27-ci gecələri olan Qədr və Ehya gecələridir. (Şiələrə görə Qədr gecəsi daha güclü ehtimala görə ramazan ayının 23-cü gecəsinə, əhli-sünnəyə görə isə 27-ci gecəsinə təvafüq edir). Oxumağa davam et

QƏDR GECƏSİ (SON ON GECƏDƏ AXTARILMALIDIR)

 

ghadr-16Qədr gecəsi ilə əlaqədar olaraq Quran-kərimdə müstəqil bir surə vardır. Bu surədə Allah-Taala Quranı Qədr gecəsində endirdiyini və bu gecənin min aydan daha xeyirli olduğunu bildirmişdir. “Bəqərə” surəsinin 185-ci ayəsində də Quranın ramazan ayında endirildiyi bəyan edildiyi üçün Qədr gecəsinin ramazan ayının içində olduğu qəti bir şəkildə başa düşülür. Lakin bunun ramazan ayının 19-cu, 21-ci, 23-cü və 27-ci gecələri olduğuna dair qəti bir dəlil yoxdur. Oxumağa davam et