Tag Archive | ramazan xütbəsi

PEYĞƏMBƏR (S)-İN XÜTBƏSİ

ramazan ayıŞeyx Səduq mötəbər bir sənədlə İmam Rzadan, onun atalarından və Həzrət Əlidən (ona və övladlarına salam olsun!) rəvayət edir: “Peyğəmbər (s) bir gün bizə xütbə söylədi və dedi: “Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə (bağışlanma) sizə tərəf gəlməkdədir. O, Allah yanında ayların ən fəzilətlisidir. Onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O elə bir aydır ki, siz o ayda ilahi ziyafətə (qonaqlığa) dəvət olunmuş və ilahi kəramətdən faydalananların (övliyaların) zümrəsində qərar tutmusunuz. Oxumağa davam et