Tag Archive | sübh azanına qədər nifaslı qalmaq orucu pozurmu

SÜBH AZANINA QƏDƏR QƏSDƏN CƏNABƏTLİ QALMAQ ORUCU POZURMU?

Ənənəvi şiə fiqhində Qurana və qəti Sünnəyə müxalif olan bəzi hədislərə əsaslanmaqla bir çox müctəhidlər, ələlxüsus hal-hazırda təqlid olunan dini rəhbərlər sübh azanına qədər qəsdən cənabətli qalmağın orucu pozan işlərdən olduğuna fitva vermişlər. O hədislərdən birini sizin nəzərinizə çatdırırq: “Bir kişi ramazan ayının gecəsində cünub oldu, sonra sübh azanına qədər qəsdən qüslü tərk etdi. İmam Sadiq dedi: bir qul azad etməli, yaxud iki ay ardıcıl olaraq oruc tutmalı, yaxud da altmış miskinə təam verməlidir!”[1] Bu hədisdə kəffarənin verilməsinin vacib olması onu göstərir ki, bu iş orucu pozan işlərdən hesab olunur və o günün qəzası da tutulmalıdır. Oxumağa davam et