Tag Archive | ZEYNƏB BİNT CƏHŞ

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – ZEYNƏB BİNT CƏHŞ

ZEYNƏB BİNT CƏHŞ

Nikahını Allah qıydı

 

Rəsulullah Zeynəbi Zeydlə evləndirir

10670131_748825951838166_2152724625271998877_nSevgili Peyğəmbərimiz (s) Cahiliyyə Dövründəki batil adətləri bir-bir aradan qaldırır, insanlara icazəli olan şəri yolu göstərirdi. Beləcə batil haqsızlıqların yerini haqq və ədalət prinsipləri tuturdu. Cahiliyyə Dövrünün yanlış adətlərindən biri də qulların və ya azad edilmiş kölələrin aşağı bir sinif olaraq tələqqi edilməsi idi. İslam qanunları isə bütün insanları bərabər sayır, “… Sizin Allah qatında ən şərəfliniz təqvaca ən üstün olanınızdır”[1] ayəsində üstünlüyün yalnız təqva ilə olduğu açıqlanırdı. Elə isə yanlış adətin aradan qaldırılması lazım idi. Buna görə də Allah Rəsulu (s) Qüreyş qəbiləsi kimi soylu bir ailəyə mənsub olan bibisi Üməymə bint Əbdülmüttəlibin qızı Zeynəbə[2] azad etdiyi köləsi və övladlığa götürdüyü Zeyd üçün elçiliyə getdi. Oxumağa davam et