2026-CI İL 20 MART CÜMƏ GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏR’İ HEYƏT: “2026-CI İL 20 MART CÜMƏ GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şər’i heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq cümə gününə təvafüq edən 2026-cı il mart ayının 20-ni 1447-ci il mübarək Fitr bayramı günlərinin ilk günü olduğunu elan etmişdir. Beləliklə, 2026-cı il mart ayının 19-u cümə axşamı günü mübarək ramazan ayının son günüdür. Bəyanatda deyilir: “Hicri-qəməri təqvimi ilə 1447-ci ilin (m. 2026) şəvval ayının hilalı mart ayının 19-u cümə axşamı günündə Qrinviç saatı ilə gecə (sübh namazından əvvəl) 01:23-də, yəni Beyrut şəhəri qış vaxtı ilə gecə (sübh namazından əvvəl) saat 03:23-də (Bakı vaxtı ilə 05:23-də sübh namazından əvvəl) doğacaqdır (ictima).

Əlavə edilmiş  xəritədən göründüyü kimi, cümə axşamı günü axşam (cümə axşamı günündən cümə gününə keçən gecə) hilalın (şəvval ayının hilalının) Şimali Amerikanın cənub hissəsindəki məntəqələrdə çılpaq gözlə görünməsi mümkün olacaq. Həmçinin Cənubi Amerika və Mərkəzi Amerikanın şimal hissəsindən Şimal-Qərbi Afrika və Qərbi Avropaya qədər uzanan məntəqələrdə hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda hilalın çılpaq gözlə görünməsi mümkün olacaq. Şimali Afrika, Avropa və Qərbi Asiyadan ibarət olan böyük bir məntəqədə isə ayparanı yalnız teleskopdan istifadə etməklə görmək mümkün olacaq.

Yuxarıda qeyd olunanlarla yanaşı cümə axşamı günü ramazan ayının 30-cu günü olduğuna görə cümə günü 1447-ci ilin şəvval ayının ilk günü, mübarək Fitr bayramı olacaqdır.

Bu, Seyid Fəzlullahın söykəndiyi fiqhi əsasa uyğun olaraq belədir. Seyid Fəzlullahın söykəndiyi fiqhi əsas budur ki, qəti (dəqiq) və adətən yəqinlik ifadə edən astronomik hesablamalara etimad etmək icazəlidir və gecənin bir hissəsində olsa belə, müştərək olduğumuz hər hansı bir ölkədə və ya məntəqədə hilalın görünməsinin mümkünlüyü kifayət edir. Buna əlavə olaraq Seyidə görə adi gözlə görməklə yaxınlaşdırıcı cihaz vasitəsilə görmək arasında heç bir fərq yoxdur, hər iki görmə mötəbərdir.

Bu hökm Yer kürəsinin şərq və qərb hissələrinin hər ikisinə şamil edilir.

Allahdan istəyirik ki, bu bayramı İslam dünyası üçün xeyirli və bərəkətli qərar versin, müsəlmanların sözünü bir yerə toplasın və mövqelərini birləşdirsin, onların cəmiyyətindən fitnə-fəsadı aparsın və ölkələrini sionistlərin, Amerikanın, Böyük Britaniyanın, Atlantika İttifaqının (NATO), digər istismarçı qüvvələrin işğalından və yerli zalımların zülmündən azad etsin!”

 Allahdan istəyirik ki, bu bayram günü bütün azərbaycanlılar arasında xeyirə və haqqa açılış günü olsun! AMİN!

Qırmızı rəng: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Rəngsiz: hilalın görünməsinin qeyri-mümkün olduğu bölgələr.

Tünd-göy: hilalı yalnız teleskopdan istifadə etməklə görmək mümkündür.

Çəhrayı (gülü, açıq gül rəngli): hilalı teleskopdan istifadə etməklə, hava tam buludsuz olduğu və təcrübəli bir müşahidəçi tərəfindən izləndiyi halda adi gözlə görmək mümkündür.

Yaşıl: hilalın adi gözlə görünməsinin mümkün olduğu bölgələr.

İzah: Ölkəmizin paytaxtı Bakı şəhəri tünd göy rəngdə olan şəhərlər sırasına daxil olduğuna görə (Bakı şəhəri 40° şimal enliyi və 50° şərq uzunluğunda yerləşir) şəhərimizin üfüqündə ayparanın yaxınlaşdırıcı cihazlar vasitəsilə görünməsi mümkün olacaq.

Ayətullah Seyid Əli Sistaninin müqəllidlərinin Fitr bayramını 2026-cı il mart ayının 21-də şənbə günündə qeyd edəcəkləri gözlənilir.

“Milli Görüş-Sabiqun” hərəkatı

Bir şərh yazın