Arxivlər

QƏDR GECƏSİ (SON ON GECƏDƏ AXTARILMALIDIR)

 

ghadr-16Qədr gecəsi ilə əlaqədar olaraq Quran-kərimdə müstəqil bir surə vardır. Bu surədə Allah-Taala Quranı Qədr gecəsində endirdiyini və bu gecənin min aydan daha xeyirli olduğunu bildirmişdir. “Bəqərə” surəsinin 185-ci ayəsində də Quranın ramazan ayında endirildiyi bəyan edildiyi üçün Qədr gecəsinin ramazan ayının içində olduğu qəti bir şəkildə başa düşülür. Lakin bunun ramazan ayının 19-cu, 21-ci, 23-cü və 27-ci gecələri olduğuna dair qəti bir dəlil yoxdur. Oxumağa davam et

PEYĞƏMBƏR (S)-İN XÜTBƏSİ

ramazan ayıŞeyx Səduq mötəbər bir sənədlə İmam Rzadan, onun atalarından və Həzrət Əlidən (ona və övladlarına salam olsun!) rəvayət edir: “Peyğəmbər (s) bir gün bizə xütbə söylədi və dedi: “Ey insanlar! Həqiqətən, Allahın ayı bərəkət, rəhmət və məğfirətlə (bağışlanma) sizə tərəf gəlməkdədir. O, Allah yanında ayların ən fəzilətlisidir. Onun günləri günlərin, gecələri gecələrin və saatları isə saatların ən fəzilətlisidir. O elə bir aydır ki, siz o ayda ilahi ziyafətə (qonaqlığa) dəvət olunmuş və ilahi kəramətdən faydalananların (övliyaların) zümrəsində qərar tutmusunuz. Oxumağa davam et

QURANDAN DUALAR (ixtisarla)

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

kuran-tefsir-2Öz bəndələrinin dua etməsinə izin verən, imanı, tövbəni və ağlamağı Özünə yaxınlaşma vasitələrindən qərar verən Allaha həmd olsun!

Salam və salavat olsun nəbilərin sonuncusu Mühəmmədə, onun ailəsinə və təqvalı tabeçilərinə!

Şükür və tərif əzimüşşən Pərvərdigarın müqəddəs zatına layiqdir ki, böyüklüyün, ehtiyacsızlığın və izzətin kamalı ilə Özünün lütf, mərhəmət, mehribanlıq və ülfət qapılarını Öz bəndələrinin üzünə açdı, kiçiyə, böyüyə, saleh insana, islah olunmaz insana, itaətkara, üsyankara, möminə və kafirə ümumi izin və rüxsət verdi ki, gecə və gündüzün hər saat və hər dəqiqəsində vaxtlı-vaxtsız, gizli-aşkar Onu çağırsınlar, vasitəsiz olaraq Onun Özü ilə danışsınlar. Oxumağa davam et

CƏMİYYƏT VƏ AİLƏ

cemiyyet ve aileAilə fitri bir qurumdur. İnsan övladının onsuz yaşaması mümkün deyil. Bəziləri ailə hə­ya­tının sadəcə qarşılıqlı mənfəətlər üzərində qurul­ma­­sı lazım olduğuna inanırlarsa, İslam ailənin ruhi və əməli yekdillik üzərində qurulan sosial bir qurum olduğunu açıqlamışdır. Həmişə ailəyə böyük qiymət vermiş və ona təşviq etmişdir. Hətta zərər olduğu bəzi hallarda evlən­mə­yi vacib qəbul etmişdir. Onunla ürəkdincliyi tapa­­nızdeyə sizin üçün özünüzdən (yəni sizinlə eyni növdən – X.Q.) zövcə­lər xəlq etməsi, aranızda məhəbbət rəhmət yaratması, Onun əlamətlə­rin­­dəndir. …” (“Rum”, 21). Oxumağa davam et

ÖLMƏ SƏNƏTİ

3-15Bəli, ölmə sənəti! Ölmək də sənətlərdən biridir. Bəzi insanlar bu sənəti çox yaxşı bacarır və şərəfli şəkildə necə öləcəyini bilirlər. Ölümü üçün şərəfli meydanı və münasib zamanı necə seçəcəyini bilir. Beləcə, qanının hər damlasını ən baha qiymətə sata bilir və insanların təsəvvür edə biləcəyindən daha böyük qazanc əldə edir. Dünya xoşbəxtliyini və axirət mükafatını qazanır. Ömründən də zərrə qədər belə əskilmir, həyatından bir gün də azalmır. Allahın təyin etdiyi əcəli də tezləşdirmir. Oxumağa davam et

XOCALI FACİƏSİ VƏ NƏTİCƏLƏR

xocalıBəşər tarixində elə faciələr olmuşdur ki, onları də­qiq bir şəkildə ifadə etmək, həmin faciələrin dəhşətini, vəhşətini olduğu kimi beyinlərə və hisslərə çatdırmaq mümkün deyildir. Kəlmələr həmin hadisələrin beyinləri durduracaq, ürəkləri ağızlara gətirəcək və insanın bütün vücudunu donduracaq qədər böyük təsirini tərənnüm etməkdən acizdir. Hətta qısametrajlı filmlər, videoçəkilişlər belə həmin faciələrin müəyyən hissəsini əks etdirir və onların tam əhatəli tərənnümünü verməsi, qorxunc səhnələri hər tərəfli olaraq beyinlərdə canlandırması mümkün deyildir. Oxumağa davam et