Arxivlər

NƏ MİLLƏTÇİLİK, NƏ DƏ BEYNƏLMİLƏLÇİLİK YALNIZ İSLAM QARDAŞLIĞI

Bəzi millətlərin lider və təmsilçiləri millətçiliyi müqəddəsləşdirib dəstəkləyir, bütün yollarla insanların qəlblərinə yerləşdirməyə çalışır, millətçiliyi müqəddəsləşdirəcək və onunla öyünəcək nəsillər yetişdirmək üçün plan qurur və proqramlar tərtib edirlər. Məsələn, Hitler öz xalqına: “Alman milləti bütün insanlardan üstündür!” – deyə səsləndiyi halda, Mussolini italyanlara “İtaliyalılar bütün insanlardan üstündür!” – deyir. İslam ölkələrində də qərbin təqlidçisi olan bəzi rəhbər və liderlər öz xalqlarına eyni səslə səslənir və mənsub olduqları xalqın içərisindən bir şəxsin bütün dünyaya bərabər olduğunu elan edirlər. Bununla da kifayətlənmirlər. Bu düşüncələri vətəndaşlarının zehinlərinə və beyinlərinə yerləşdirmək üçün tarixi mənbələrdən, sənədlərdən, xatirələrdən və hətta lazım olduqda gücdən də istifadə edirlər.

Buna qarşılıq olaraq filosoflar, sosioloqlar və bəzi siyasətçilər öz səslərini yüksəldərək insanlara millətçilik prinsipini mənimsəmənin və müdafiə etmənin zərərlərini açıqlayır və onun yerinə beynəlmiləlçilik ruhuna sahib çıxmağın lazım olduğunu, vətənsevərlik və soy bağlılığı düşüncələrini unutmağın faydalarını başa salırlar.

Qərbə təqlid etməyi vərdiş halına gətirən, proqram və üsullarını təkrar etməyi çıxış yolu kimi qəbul edən Misir və onun kimi digər İslam ölkələri bu vəziyyət qarşısında yol ayrıcındadırlar.

Beynəlmiləlçilik prinsipinə nəzər salaq: insaniyyət, sülh və ümumi mənfəət prinsipi olmaqla bərabər, qərbin imperialist dairələri və onların havadarları onu (yəni beynəlmiləlçiliyi) zəif ağılların ovlandığı və məğlubiyyətə uğramış millətlərdə müqavimət ruhunun qırıldığı bir balıqçı toruna çeviriblər. Qərb ölkələri şərq millətlərinin cahil, dəyərsiz, zəlil və alçaq olduğuna inandığı, onunla bir yerdə olmaqdan qorxduğu və yaradıldığı palçıqdan başqa bir palçıqla yaradıldığını qəbul etdiyi, bütün gücləri ilə şərq millətlərinin qanını sorduğu, sərvətlərini istismar etdiyi, siyasi və imperialist əməllər üçün insanlarından istifadə etməkdən başqa düşüncəyə sahib olmadığı müddətdə, şərq millətləri üçün beynəlmiləlçilik prinsipi ən təhlükəli prinsip olacaq. Aralarındakı kin və nifrətə baxmayaraq, şərq millətlərinə qərblilər bu gözlə baxmağa davam etdikdə beynəlmiləlçilik anlayışı bizim üçün ən təhlükəli pusqudur.

Millətçilik prinsipinə gəlincə bu da çox qorxulu bir prinsipdir. Bir-biri ilə savaşmaq, mübarizə aparmaq, müharibələr törətmək, insanlara zərər və pisliklərdən başqa bir nəticəsi olmaz. Hər bir millət başqa bütün millətlərin ağası olduğunu və bu məqsədə çatmağı özünə hədəf etdiyi bir halda üsyan və müharibələrin qarşısı necə alına bilər və necə sülh yarana bilər?!

Hər iki prinsip həm Misir dövləti, həm də şərq xalqları üçün zərərlidir və heç bir cəhətdən faydalı və münasib deyildir. Nəzəri baxımdan və qərblilərin tətbiq etdiyi üsullara görə beynəlmiləlçilik şərqliləri yox etmək və əritmək deməkdir. Millətçilik də təməl etibarı ilə xarab və yanlış bir prinsipdir.

Bu iki prinsipin yerinə millətləri və nəsilləri insanlara ümumi xeyir və sülhü zəmanət verən, hamının yararlanması üçün işləyən – beynəlmiləlçiliyin bütün fəzilət və üstünlüyü onsuz da bundan ibarətdir – bununla bərabər izzət və şərəfimizi qorumağı, ölkəmizi və torpaqlarımızı müdafiə etməyi – millətçiliyin də bütün fəzilət və üstünlüyü bundan ibarətdir – təmin edən bir prinsiplə tərbiyə edə bilsək, xeyli faydalanmış, hər iki prinsipin yararlı tərəflərini almış, zərərlərindən çəkinmiş və təqlidçilik kimi pis bir əməldən də xilas olmuş olarıq.

Bir halda ki bu prinsip önümüzdə və əlimizdədir, axı niyə belə uzaqlara gedirik? Bəşəri ideologiya və axımların bütün üstünlüklərinə malik olan və daşıdıqları bütün pisliklərdən uzaq bir əqidəyə sahib olan prinsipimiz vardırsa, nə üçün başqalarına təqlid etməyə çalışırıq? Böyük Allah Quran-kərimdə onu bizə göstərmiş və təfsilatı ilə başa salmışdır. Bu da İslamın qərarlaşdırdığı İslam qardaşlığı prinsipidir. Allah-Taala Quran-kərimdə buyurur:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَ اتَّقُوا اللهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Tərcümə: “Həqiqətən, möminlər yalnız qardaşdırlar. Buna görə , iki qardaşınızın arasını (münasibətini) düzəldin. Allahın yasaq etdiyi işlərdən qorunun. Ola bilsin ki, sizə rəhm olunsun!”[1]

Həzrət Peyğəmbər (s) də bu prinsipi belə göstərir: “Müsəlman müsəlmanın qardaşıdır. Ona haqsızlıq etməz, onu xor görməz. Müsəlmanın öz qardaşını xor görməsi bir müsəlmana pislik olaraq kifayət edər. Müsəlmanın müsəlmana hər şeyi; malı, qanı namusu haramdır!”

Bu prinsiplə hərəkət etsək, mənəvi bağlılığımız güclənər, şərq millətləri ilə olan əlaqələrimiz qüvvətlənər, eyni zamanda etiqadımızı imperialistlərə boyun əyməkdən, zillət və təhqirə razı olmaqdan qoruyar. Ölkəmizdə İslam qardaşlığı prinsipini tərbiyə və təhsilin əsası və hədəfi kimi qəbul etsək, sistem və proqramlarımızın təməli hesab etsək, həm özümüzə, həm böyük addımlarla İslama doğru addımlayan insanlığa və İslamdan başqa onunla paralel yeriyən, naqislik və axsaqlıqlarında başısoyuqluq edən, İslamdan başqa bir din tapa bilməyəcək mədəniyyətə xidmət etmiş olarıq. Gələcək nəsilləri ən sağlam və güclü təməllər üzərində yetişdirmiş olarıq. Nə olar, heç olmasa, bir dəfə olsun belə yadlara təqlid etməkdən xilas olaq və bu barədə cəsarət göstərək.

Böyük Allah mükəmməl sənətinin bir əsəri olaraq İslama çox dəyərli və əhəmiyyətli iki xüsusiyyət vermişdir. Bunları qısa şəkildə olsa da, açıqlamaq istəyirəm:

a) Yerin, göylərin bunların ikisi arasındakı hər şeyin nizamının ona bağlı olduğu üstün insani prinsiplər missiyası meydana gətirməsidir;

وَ لَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَ الأَرْضُ وَ مَنْ فِيهِنَّ

Tərcümə: “Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, o zaman göylər də, yer də və onlarda olanlar da korlanıb gedərdi. …”[2]

İslam hər şeydən əvvəl rəbbaniliyə və böyük Allahla gözəl bağlılığın qurulmasına çağırır. Hər işdən əvvəl insanları Allaha yaxınlaşdırmağa və Onun hakimiyyət dairəsi içində yaşamalarını təmin etməyə çalışır.

Ondan sonra insanlığa və insanın həqiqətini ucaltmağa çağırış edir.

Daha sonra beynəlmiləlçiliyə və insanlar arasında qardaşlıq və rəhmət bağlarını qüvvətləndirməyə dəvət edir.  

b) Uca İslam dini müsamihə, bağışlama, güzəşt və genişlik üzərində bina edilmişdir. Bu xüsusiyyətlərinə görə inanmayan və ona boyun əyməyən qeyri-müsəlman şəxslər üçün də sülh, ədalət və etimad təşkil edir. Belə ki, tarix İslamın bu xüsusiyyətlərinə bənzər xüsusiyyətlərə başqa heç bir yerdə şahid olmamışdır. Ona görə də müsəlman və qeyri-müsəlman bütün ərəblər İslamı qəbul etməli, onunla qürur duymalı, adını yüksəklərə qaldırmalı, şəriətini və mədəniyyətini əməli həyatlarının boyanması lazım olan təməl rəngi olaraq saymalı idilər. Mədəniyyət və həyat nizamı olaraq onu mənimsəməli və müdafiə etməli idilər.

Müsəlmanlar hamıdan daha çox ona sahib çıxmalı və onunla fəxr etməlidirlər. Müsəlman olmayan ərəblərin isə öz mirasları, milli və əbədi möcüzəsi olduğu üçün ona sahib çıxmaları lazımdır.

Quran-kərim ərəb dilində nazil olub. Onu insanlara təbliğ edən peyğəmbər də ərəblərdən seçilib. İslam dinində ərəb dili və ərəb peyğəmbər xüsusi bir məna daşıyır. Quranda buyurulur:

نَزَلَ بِهِ الرُّوحُ الأَمِينُ 

 عَلَىٰ قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِينَ 

 بِلِسَانٍ عَرَبِيٍّ مُبِينٍ 

 وَ إِنَّهُ لَفِى زُبُرِ الأَوَّلِينَ 

Tərcümə: “Onu Ruhuləmin (Cəbrail) endirdi. Qorxudan peyğəmbərlərdən olasan deyə sənin qəlbinə nazil etdi. Özü də açıq-aydın ərəb dilində. Həqiqətən, o (Quranın prinsipləri), əvvəlkilərin kitabında da var idi”[3].

Quran ərəblər üzərində cadudan da böyük təsirlər buraxdı. Azad yaradılış cövhərlərini cilaladı. Müstəqilliyini xürafata qarşı bir inqilab, cihadını batilə qarşı bir savaş qərar verdi. Onun sayəsində müsəlman ərəblərin nüfuzu şərqdən qərbə qədər yayıldı, bir çox millətlər onun kölgəsində kölgələndi.

İslamın ərəblərə aşıladığı təzə qan insanların damarlarında coşdu və yetişdiyi hər kəsi və hər şeyi İslamın rəngi ilə boyadı. Artıq ərəblər səhranın qumunda çaşıb qalan dağınıq insanlar olmaqdan çıxdılar və bir vücud olaraq insanlığa qurtuluş rəhbərliyi etdilər. Bu gün Bəsrə körfəzindən Atlantik okeanına qədər geniş bir coğrafiyanı əhatə edir, onlar kimi düşünən, onlar kimi hiss edən və duyan və hamısını birləşdirən iman bağı ilə bir-birinə bağlı olan dörd yüz milyon müsəlman onlarla tamamlanır. İctimai və qanuni əməliyyatlardan İslamla əlaqədar hər şeyin təmizlənmə cəhdlərinin gündəm olduğu bu günlərdə bu həqiqətləri bildirmək bir vəzifədir.

İslamın insanların düşüncəsində yer alan millətçilik anlayışına baxışını və onun yerinə İslam qardaşlığını necə yerləşdirdiyini yaxşıca qavramaq lazımdır. Bunu da deyim ki, millətçiliyin arxasınca düşənlər dünyaya heç bir xeyir verə bilməzlər. Əksinə, belələri insanların içində kin və düşmənçilik atəşini alovlandırar, dünya sülh və etimad axtardığı bir zamanda millətlər arasında düşmənçilik odu yandırarlar. Şübhəsiz ki, İslam onların bu anlayış və hərəkatlarını qəbul etməz.

Regional millətçiliyi müdafiə edənlər də insanlıq üçün xeyirli bir iş görmürlər. Onsuz da özlərindən daha zəif olan millətlərə qarşı çox vaxt öz prinsiplərini tapdalayır, onların torpaqlarını öz torpaqlarına qatmağa çalışırlar. “O halda insanlar hansı zəmin üzərində birləşəcək, hansı bağ ətrafında toplaşacaq, birlik və qardaşlıqlarının simvolu nə olacaq?” sualına bu cavabı vermək lazımdır.

Sağ əlinə Quran-kərimi, sol əlinə də Peyğəmbərin Sünnəsini al, saleh sələflərin yaşayışını gözünün önünə gətir. Bütün bunlarla İslamın bir əqidə ətrafında düyünlənən birlik və bərabərlik, millət və ümmət olduğunu görəcəksən.

İslam beynəlmiləl bir dindir. İnsanlığın möhtac olduğu qurum, sistem və hüquqdan hər bir şey onda vardır. Xoşbəxtlik yolunu açıq-aydın göstərmişdir. Bütün insanlara bu hüquqi qavramları, bu sistem və qurumların mənalarını əmr etmişdir. Bunları həyatda tətbiq etmələrini şərt qoymuşdur.

İslam bütün müsəlmanları haqq və vəzifələrdə bir-birinə bərabər və əqidə üzərində birləşən qardaşlar elan etmişdir. Bu əqidəni hamısının qəlbinə yerləşdirmiş və yalnız beləcə müsəlman ola bilmənin mümkünlüyünü açıqlamışdır. İnsanlara bu əsasları və prinsipləri bildirməyi vəzifə bilən bir ordunun əsgəri olmalarını əmr etmişdir. Bu təbliğ yolunda dünyadakı hər şeylərini; can, mal-mülk və həyatlarını belə fəda etmələrini istəmişdir. Böyük Allah bu haqda belə buyurur:

قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَ أَبْنَاؤُكُمْ وَ إخْوَانُكُمْ وَ أَزْوَاجُكُمْ وَ عَشِيرَتُكُمْ وَ أَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَ تِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَ مَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللهِ وَ رَسُولِهِ وَ جِهَادٍ فِى سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللهُ بِأَمْرِهِ وَ اللهُ لاَ يَهْدِى الْقَوْمَ الْفَاسِقِينَ 

Tərcümə: “De ki: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihad etməkdən daha əzizdirsə, artıq Allah əmrini gətirincəyə qədər gözləyin. Allah fasiq qövmü hidayət etməz!”[4]

Bu əqidəni mənimsəyən hər bir şəxs İslamın bir-birinə bağladığı ümmətin bir üzvüdür. İslam bütün müsəlmanlara o şəxsin müdafiə edilməsini, haqqının qorunmasını və haqsızlıq edənlərdən haqqının alınmasını vacib etmişdir. Üzərində İslam bayrağının yüksəldiyi və şəhadət kəlməsinin (kəlmeyi-şəhadət) deyildiyi hər yer bütün müsəlmanların yurdudur. Onu daim qorumalı, onun üçün çalışmalı və onun yolunda cihad etməlidirlər.

Bundan başqa müsəlmanların bütün insanların müsəlman olmaları üçün təbliğ vəzifələrini icra etmələri lazım gələrsə, əməli cihad etmələri də vacibdir. Din tamamən Allah üçün oluncaya qədər cihad etmək onların vəzifəsidir[5]. Bütün yer üzünün İslam yurdu olması, üzərində İslam bayrağının dalğalanması üçün daim çalışmaları lazımdır. Dünyanın hər tərəfində azan səslərinin yüksəlməsi və “Allahu Əkbər!” nidalarının dörd tərəfə yayılması üçün hər cür cəhd göstərmələri vacibdir.

Şübhə yoxdur ki, bu nə bir millət üçün təəssübdür, nə millətçilik nərəsidir, nə də bir coğrafi ərazi üçün ruh yüksəkliyi duyğuları bəsləməkdir. Bu, əksinə olaraq bütün insanlığı xilas etmək üçün edilən bir cihaddır. Yanlış yol tutanların arzu və həvəslərinin boyunduruğundan bütün dünyanı xilas etmək üçün çalışmaqdır. Kin və ədavət hissi yaradan, düşmənçilik meyillərini meydana çıxaran, qarşıdurma və bədbəxtlik gətirən millətçilik pusqularından insanların xilas olması üçün səy göstərməkdir. Varlığın həyat sirri olan sevgi və qardaşlıq prinsiplərinə sahib çıxmaq və onları dəstəkləməkdir.

Mənbə: “Həsən əl-Bənna danışır” kitabı, s. 178

Mütərcim: Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor: Məhbubə Kərimzadə


[1] “Hücurat”, 10

[2] “Muminun”, 71

[3] “Şüəra”, 193-196

[4] Tövbə”, 24

[5] Yəni həyatın Allaha həsr olunmasının qarşısını alan təzyiqlər aradan qaldırılana qədər vuruşun. “Ənfal” surəsinin 39-cu ayəsinə işarə edilir.

TƏ’QİB HAQQINDA-4

SÜBH NAMAZINA MƏXSUS TƏ’QİBLƏR

Ciddi şəkildə tövsiyə olunmuşdur ki, sübh namazından sonra namaz qılan şəxs namaz qıldığı yerdə oturmalı və Günəş çıxana qədər tə’qiblə məşğul olmalıdır.

İmam Mühəmmədbaqir (ə) buyurmuşdur: “Rəsulullah (s) sübh namazını qılandan sonra Günəş çıxanadək üzü qibləyə doğru əyləşib Allahı zikr edərdi. Əli ibn Əbitalib də Peyğəmbərin arxasında üzü camaata doğru əyləşər və camaat da öz ehtiyaclarını ona deyərdi. Peyğəmbər özü onlara belə əmr etmişdi”[1].

İmam Həsən (ə) buyurmuşdur: “Peyğəmbər (s) buyurmuşdur: “Əgər hər hansı bir müsəlman şəxs sübh namazını qıldığı yerdə oturub Günəş çıxana qədər Allah-Taalanı zikr etsə, ona Allah-Taalanın evini ziyarət edən şəxsə verilən savab verilər və həmin şəxs bağışlanar. …”[2]

Peyğəmbər (s) buyurmuşdur: “Kim sübh namazını qıldığı yerdə Günəş çıxanadək otursa (yəni tə’qiblə məşğul olsa), Allah onu Cəhənnəm atəşindən qoruyar!”[3]

Rəvayətlərə əsasən ruzinin onda doqquzu ticarətdədir. Lakin sübh namazının tə’qiblərinin təsiri ruzi qazanmaq üçün həyata keçirilən ticari səfərlərin təsirindən daha çoxdur. Çünki iki tülu arasındakı vaxt (yəni sübh azanı ilə Günəşin çıxdığı vaxt arasındakı saat) Allahın ruzini bəndələri arasında bölüşdürdüyü vaxtdır. Həzrət Əli (ə) buyurmuşdur: “Ruzini sübh azanından sonra Günəş çıxana qədər (yəni iki tülu arasında) istəyin! Həqiqətən, iki tülu arasında dua etməyin təsiri ticari səfərlərin təsirindən daha çoxdur. Həmin vaxt elə bir vaxtdır ki, Allah o vaxtda ruzini bəndələr arasında bölüşdürür”[4].

Başqa bir hədisində buyurmuşdur: “Sübh namazı daxil olduqdan sonra Günəş çıxana qədər (yəni fəcr tülu etdikdən sonra Günəş tülu edənə qədər) məsciddə oturmaq (yəni tə’qiblə məşğul olmaq) ruzinin əldə edilməsində ticari səfərlərin təsirindən daha çoxdur!”[5]

Buna görə də müştərək tə’qiblərlə yanaşı sübh namazına məxsus tə’qiblərin yerinə yetirilməsinə də ciddi yanaşmaq lazımdır.

Sübh namazına məxsus əsas tə’qiblər aşağıdakılardan ibarətdir:

1. Həzrət Mühəmmədə və Ali-Mühəmmədə aşağıdakı şəkildə salavat göndərmək;

إِنَّ اللهَ وَ مَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَآ أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيمًا[6] اللّهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ النَّبِيِّ وَ ذُرِّيَّتِهِ

Transkripsiya: “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-Nəbiyyi ya əyyuhəlləzinə amənu sallu ələyhi və səllimu təslima! Əllahummə salli əla Mühəmmədinin-nəbiyyi və zürriyyətihi!”

Tərcümə: “Həqiqətən, Allah Peyğəmbərə rəhmət göndərir, mələkləri də onu mədh və səna edirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərin (yəni Allahın ona rəhmət göndərməsi üçün dua edin) və tam bir təslimiyyətlə ona tabe olun![7] Allahım, peyğəmbər Mühəmmədə (s) və onun zürriyyətinə rəhmət göndər!”

İmam Rza (ə) buyurmuşdur ki, kim sübh və məğrib namazlarından sonra ayağa qalxmadan, yaxud heç kimlə danışmadan Peyğəmbərə bu şəkildə salavat göndərərsə, Allah onun yüz hacətini həyata keçirər; bunların yetmişi dünyaya, otuzu isə axirətə aiddir[8].

2. Yeddi dəfə demək;

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ

Transkripsiya: “Bismillahir-Rəhmanir-Rəhim! La hövlə və la quvvətə illa billahil-Əliyyil-Əzim!”

Tərcümə: “Rəhman, Rəhim Allahın adı ilə! Əliyy (hər şeydən yüksək, qüdrəti uca), Əzim (böyük) Allahın verdiyindən savayı heç bir güc və qüvvət yoxdur!”

Bu zikr insanı 70 növ bəladan qoruyur[9].

3. Yüz dəfə demək.

أَللّهُمَّ صَلِّ عَلىٰ مُحمّدٍ وَ آلِ مُحَمَّدٍ

Transkripsiya: “Əllahummə salli əla Mühəmmədin və Ali-Mühəmməd!”

Tərcümə: “Allahım, Mühəmmədə və Ali-Mühəmmədə rəhmət göndər!”

İmam Sadiq (ə) buyurmuşdur ki, kim fəcrdən (sübh azanından) sonra yüz dəfə “Əllahummə salli əla Mühəmmədin və Ali-Mühəmməd”, – deyərsə, Allah o salavat vasitəsilə həmin şəxsin üzünü Cəhənnəmin istisindən qoruyar![10]

MƏĞRİB NAMAZINA MƏXSUS TƏ’QİBLƏR

1. Həzrət Mühəmmədə və Ali-Mühəmmədə aşağıdakı şəkildə salavat göndərmək.

إِنَّ اللهَ وَ مَلاَئِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَآ أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَ سَلِّمُوا تَسْلِيمًا[11] اللّهُمَّ صَلِّ عَلىٰ مُحَمَّدٍ النَّبِيِّ وَ ذُرِّيَّتِهِ

Transkripsiya: “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-Nəbiyyi ya əyyuhəlləzinə amənu sallu ələyhi və səllimu təslima! Əllahummə salli əla Mühəmmədinin-nəbiyyi və zürriyyətihi!”

Tərcümə: “Həqiqətən, Allah Peyğəmbərə rəhmət göndərir, mələkləri də onu mədh və səna edirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərin (yəni Allahın ona rəhmət göndərməsi üçün dua edin) və tam bir təslimiyyətlə ona tabe olun![12] Allahım, peyğəmbər Mühəmmədə (s) və onun zürriyyətinə (övladlarına) rəhmət göndər!”

İmam Rza (ə) buyurmuşdur ki, kim sübh və məğrib namazlarından sonra ayağa qalxmadan, yaxud heç kimlə danışmadan Peyğəmbərə bu şəkildə salavat göndərərsə, Allah onun yüz hacətini həyata keçirər; bunların yetmişi dünyaya, otuzu isə axirətə aiddir[13].

2. Yeddi dəfə demək.

بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيمِ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِيِّ الْعَظِيمِ

Transkripsiya: “Bismillahir-Rəhmanir-Rəhim! La hövlə və la quvvətə illa billahil-Əliyyil-Əzim!”

Tərcümə: “Rəhman, Rəhim Allahın adı ilə! Əliyy (hər şeydən yüksək, qüdrəti uca), Əzim (böyük) Allahın verdiyindən savayı heç bir güc və qüvvət yoxdur!”

Bu zikr insanı 70 növ bəladan qoruyur[14].

3. Sonra üç dəfə aşağıdakı zikri demək.

أَلْحَمْدُ لِلهِ الَّذِى يَفْعَلُ مَا يَشَاءُ وَ لاَ يَفْعَلُ مَا يَشَاءُ غَيْرُهُ‏

Transkripsiya: “Əlhəmdülillahil-ləzi yəf’əlu ma yəşau və la yəf’əlu ma yəşau ğayruhu”.

Tərcümə: “Bütün həmdlər istədiyini edən, istədiyini Ondan başqa heç bir kəsin edə bilmədiyi Allaha məxsusdur!”

Rəvayətdə bildirilir ki, kim məğrib namazından sonra bu zikri üç dəfə deyərsə, ona çoxlu xeyir əta olunar[15].

4. Sonra aşağıdakı şəkildə dua etmək.

سُبْحَانَكَ لاَ إِلَـٰهَ إِلاَّ أَنْتَ إِغْفِرْ لِى ذُنُوبِى كُلَّهَا جَمِيعاً فَإِنَّهُ لاَ يَغْفِرُ الذُّنُوبَ كُلَّهَا جَمِيعاً إِلاَّ أَنْتَ[16]

Transkripsiya: “Sübhanəkə! La ilahə illa əntə! İğfir li zünubi külləha cəmiən. Fəinnəhu la yəğfiruz-zünubə külləha cəmiən illa əntə!”

Tərcümə: “Sən hər cür eyib və naqislikdən uzaqsan! Səndən başqa ilah yoxdur! Mənim günahlarımın hamısını bağışla! Həqiqətən, günahların hamısını Səndən başqa heç kəs bağışlamır!”

Tərtibçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor və operator: Məhbubə Kərimzadə


[1]  “İqbal”, Seyid ibn Tavus

[2] “Səvabul-ə’mal və iqabul-ə’mal”, Səvabut-tə’qib, h. 1

[3] “Vəsailuş-şiə və müstədrəkuha”, Əbvabut-tə’qib, 18, h. 4

[4] “Biharul-ənvar”, c. 82, s. 318

[5] “Vəsailuş-şiə və müstədrəkuha”, Əbvabut-tə’qib, 18, h. 10

[6] “Əhzab”, 56

[7] “Əhzab”, 56

[8] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Sübh və məğrib namazlarından sonra “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-Nəbiyyi ya əyyuhəlləzinə amənu sallu əleyhi və səllimu təslima! Əllahummə salli əla Mühəmmədinin-nəbiyyi və zürriyyətihi”, – deməyin savabı, Şeyx Səduq

[9] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 25, h.11

[10] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu mən səllə əla Mühəmmədin və Alihi miətə- mərrətin bə’dəl-fəcr”, Şeyx Səduq

[11] “Əhzab”, 56

[12] “Əhzab”, 56

[13] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Sübh və məğrib namazlarından sonra “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-Nəbiyyi ya əyyuhəlləzinə amənu sallu əleyhi və səllimu təslima! Əllahummə salli əla Mühəmmədinin-nəbiyyi və zürriyyətihi”, – deməyin savabı, Şeyx Səduq

[14] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 25, h.11

[15] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 28, h.1

[16] Peyğəmbərin duasıdır. (“Fəlahus-sail”, s. 409, “Misbahul-mütəhəccid”, s. 98)

TƏ’QİB HAQQINDA-3

8. Aşağıdakı zikrləri demək;

لاَ إِلَـٰهَ إِلاَّ اللهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَ نَصَرَ عَبْدَهُ و أَعَزَّ جُنْدَهُ وَ غَلَبَ الأَحْزابَ وَحْدَهُ فَلَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ يُحْيِى وَ يُمِيتُ وَ هُوَ حَيٌّ لاَ يَمُوتُ بِيَدِهِ الخَيْرُ وَ هُوَ عَلىٰ كُلِّ شَيٍ قَدِيرٌ

Transkripsiya: “La ilahə illəllahu vəhdəhu, əncəzə vədəhu və nəsərə əbdəhu və əəzzə cundəhu və ğələbəl-əhzabə vəhdəhu fələhu-mulku və ləhul-həmdu yuhyi və yumitu və Huvə Həyyun la yəmutu biyədihil-xayru və Huvə əla külli şəyin Qədir!”

Tərcümə: “Allahdan başqa ilah yoxdur, O təkdir! Öz vədini həyata keçirdi, Öz bəndəsinə kömək etdi, Öz ordusunu gücləndirdi, əhzaba (dəstələrə) təkbaşına qalib gəldi. Mülk və həmd Ona məxsusdur! Həyat verir və öldürür! O, hər şeyə Qadirdir!”

Yuxarıda qeyd edildiyi kimi kim namazın salamından sonra bu sözləri deyərsə, İslamı və onun ordusunu qüvvətləndirdiyinə görə Allah-Taalaya olan vacib şükrü əda etmiş olar.

9. Aşağıdakı duanı oxumaq;

 أَللَّهُمَّ اهْدِنِى مِنْ عِنْدِكَ وَ أَفِضْ عَلَىَّ مِنْ فَضْلِكَ وَ انْشُرْ عَلَىَّ مِنْ رَحْمَتِكَ وَ أَنْزِلْ عَلَىَّ مِنْ بَرَكَاتِكَ

Transkripsiya: “Əllahumməhdini min indikə və əfiz əleyyə min fəzlikə vənşur əleyyə min rəhmətikə və ənzil əleyyə min bərəkatikə!”

Tərcümə: “Ey Allahım, mənə Öz tərəfindən yol göstər, fəzilətindən üzərimə səp, rəhmətini üzərimə yay, üzərimə rəhmətini və bərəkətlərini endir!”

İmam Sadiq (ə) buyurmuşdur: “Qoca bir kişi Peyğəmbərə: “Axirət üçün nə edim?” – deyə sual verəndə Peyğəmbər (s) belə buyurdu: “Hər namazdan sonra bu duanı oxu:

أَللَّهُمَّ اهْدِنِى مِنْ عِنْدِكَ وَ أَفِضْ عَلَىَّ مِنْ فَضْلِكَ وَ انْشُرْ عَلَىَّ مِنْ رَحْمَتِكَ وَ أَنْزِلْ عَلَىَّ مِنْ بَرَكَاتِكَ

(“Ey Allahım, mənə Öz tərəfindən yol göstər, fəzilətindən üzərimə səp, rəhmətini üzərimə yay, üzərimə rəhmətini və bərəkətlərini endir!”) Sonra Peyğəmbər (s) buyurdu: “Kim bu duanı davamlı oxusa və qəsdən onu tərk etməsə, Allah onun üzünə səkkiz cənnət qapısı açar ki, hansı qapıdan istəsə, cənnətə daxil olar!”[1]

10. Aşağıdakı istiazəni oxumaq;

أَعُوذُ بِوَجْهِکَ الْکَرِيمِ وَ عِزَّتِکَ الَّتِی لاَ تُرَامُ وَ قُدْرَتِکَ الَّتِی لاَ يَمْتَنِعُ مِنْهَا شَیْ‌ءٌ مِنْ شَرِّ الدُّنْيَا وَ الآخِرَةِ وَ مِنْ شَرِّ الأَوْجَاعِ کُلِّهَا وَ لاَ حَوْلَ وَ لاَ قُوَّةَ إِلاَّ بِاللهِ الْعَلِیِّ الْعَظِيمِ

Transkripsiya: “Əuzu bivəchikəl-kərim və izzətikəlləti la turamu və qudrətikəlləti la yəmtəniu minha şəy’un min şərrid-dünya vəl-axirəti və min şərril-əvcai külliha və la hövlə və la qüvvətə illa billahil-Əliyyil-Əzim!”

Tərcümə: “Dünyanın və axirətin şərindən, bütün ağrı və sancıların şərindən Sənin kərim Vəchinə (Üzünə – Zatına), əyilməyən izzətinə və qarşısında heç bir şeyin dayana bilmədiyi qüdrətinə sığınıram! Allah verəndən savayı heç bir güc və qüvvət yoxdur!”

Hədisdə bildirilir ki, kim namazlardan sonra bu duanı oxuyarsa, Allah həmin şəxsə dünya və axirət xeyrini əta edər[2].

11. Aşağıdakı dua və istiazəni oxumaq;

 أَللَّهُمَّ إِنِّی أَسْأَلُکَ مِنْ کُلِّ خَيْرٍ أَحَاطَ بِهِ عِلْمُکَ وَ أَعُوذُ بِکَ مِنْ کُلِّ شَرٍّ أَحَاطَ بِهِ عِلْمُکَ أَللَّهُمَّ إِنِّی أَسْأَلُکَ عَافِيَتَکَ فِی أُمُورِى کُلِّهَا وَ أُعُوذُ بِکَ مِنْ خِزْيِ الدُّنْيَا وَ عَذَابِ الآخِرَةِ

Transkripsiya: “Əllahummə inni əs’əlukə min külli-xayrin əhatə bihi ilmukə və əuzu bikə min külli-şərrin əhatə bihi ilmukə! Əllahummə inni əs’əlukə afiyətəkə fi ümuri külliha və əuzu bikə min xizyid-dünya və əzabil-axirəti!”

Tərcümə: “Allahım, elminin əhatə etdiyi hər bir xeyri Səndən istəyirəm və elminin əhatə etdiyi hər bir şərdən Sənə sığınıram! Allahım, bütün işlərimdə Sənin afiyətini (sağlamlıq və güc verməyini) istəyirəm, dünyanın rüsvayçılığından və axirətin əzabından Sənə sığınıram!”

İmam Baqir (ə) buyurmuşdur ki, bu, insanın vacib namazdan sonra oxuya biləcəyi ən kiçik duadır[3].

12. Aşağıdakı zikrləri demək; 

سُبْحَانَ اللهِ وَ الْحَمْدُ لِلهِ وَ لاَ إِلَـٰهَ إِلاَّ اللهُ وَ اللهُ أَکْبَرُ

Tərcümə: “Allah hər cür eyib və naqislikdən uzaqdır, bütün həmdlər Allaha məxsusdur, Allahdan başqa ilah yoxdur və Allah ən böyükdür!”

İmam Sadiq (ə) buyurmuşdur: “Peyğəmbər əshabəsinə buyurdu: “Sizdən kim namazdan sonra 30 dəfə سُبْحَانَ اللهِ وَ الْحَمْدُ لِلهِ وَ لاَ إِلَـٰهَ إِلاَّ اللهُ وَ اللهُ أَکْبَرُ (“Allah hər cür eyib və naqislikdən uzaqdır, bütün həmdlər Allaha məxsusdur, Allahdan başqa ilah yoxdur və Allah ən böyükdür!”) deyərsə, həmin sözlər dağıntını, suda batmağı, yanğını, quyuya düşməyi, yırtıcıların parçalamasını, pis ölümü və bəndəyə həmin gündə nazil olacaq bəlanı uzaqlaşdırar!”[4]

13. Adlarını çəkərək din və millət düşmənlərinə, zalımlara lənət oxumaq; bəşəri kamilliyin xeyirxah və yaxşı bəndələrinəsalam və salavat göndərmək tə’qibə daxil olduğu kimi, şirk və murdarlığın təzahürlərinə, küfr və zülm başçılarına, dövrümüzdəki zalım, qəsbkar və qatil sionistlərə, Amerika və Britaniyaya, digər istismarçı və hegemonluq edən qüvvələrə və zalımların tabeçiliyində olan qurum və təşkilatlara lənət oxumaq da tə’qibə daxildir. İmam Baqir (ə) buyurmuşdur: “Vacib namazı sona çatdırdıqda Əməvilərə lənət oxumamış yerindən hərəkət etmə!”[5]

Müaviyə ibn Əbisüfyan tərəfindən qurulan zalım Əməvi dövləti 89 il hökmranlıq etdikdən sonra başqa bir xanədan olan Abbasilər tərəfindən hakimiyyətdən salınaraq tarixə qovuşmuşdur. Bu gün artıq Əməvi səltənəti yoxdur. Onun yerini səltənət sisteminin dünyəviləşməsi nəticəsində ortaya çıxan digər zalım siyasi rejimlər tutmuşdur. Hədisdə qeyd olunan “Əməvilər” sözü ilə yalnız Əməvi sülaləsi yox, bütün zalım səltənətlər, dövlətlər, hökumətlər və rejimlər nəzərdə tutulur ki, namazdan sonra onların hamısına lənət oxunmalıdır.

İbadi və ilahi proqramları ilə yanaşı zalımlara, fitnə-fəsad törədənlərə və Tağuta nifrəti öz proqramlarına daxil edən, namazı, ibadətləri və həcc ziyarəti kafirlərə, müşriklərə və münafiqlərə nifrət bəyanatı ilə müşayiət olunan İslam dini necə də gözəldir! Buna görə də namazın tə’qiblərində Allahın düşmənləri və ilahi rəhbərlik xəttinin əleyhdarları üçün bir növ lənət hayqırtısı mütləq olmalıdır.

Abbasi xəlifəsi tərəfindən Mədinəyə hakim təyin olunan Davud ibn Əli İmam Sadiqin əshabəsi və dostu olan Müəlla ibn Xuneysi həbs edir. Həbsxanada Həzrət Sadiqin dostlarının adını ona bildirməsini tələb edir. Lakin Müəlla: “Əgər onlar ayağımın altında olsalar belə sənə xəbər vermərəm”, – deyərək bu işdən imtina edir. Buna görə də Davud ibn Əli ona işgəncə verir və onun boynunu vurdurub dar ağacından asdırır. İmam bundan çox narahat olur və ona belə deyir: “Mənim dostumu öldürən və malımı müsadirə edən şəxs üçün Allaha bəddua edəcəyəm”. Davud ibn Əli ona deyir: “Sən bədduan ilə məni qorxudursan?”

İmam həmin gecəni namaz qılmaqla məşğul olur və səhər vaxtı (gecənin sonuncu üçdə biri) yetişdikdə səcdə halında belə deyir: “Əllahummə inni əs’əlukə biquvvətikəl-qəviyyə və bicəlalikəş-şədidilləzi küllü-xəlqikə ləhu zəlil ən tusəlliyə əla Mühəmmədin və Əhli-Beytihi və ən tə’xuzəhu[6] əs-saə əs-saə”[7]. İmam başını səcdədən qaldırmamış Davud ibn Əlinin evindən insanı vəlvələyə salan bir qışqırtı səsi eşidilir. İmam başını səcdədən qaldırıb deyir: “Mən Allaha dua etdim və Allah onun üzərinə bir mələk göndərdi. Mələk onun başına ağır dəmir bir çəkiclə vurdu. Çəkicin zərbəsindən onun sidik kisəsi partladı və öldü”[8].  

Ustadımız mərhum Ayətullah Mühəmmədbaqir Hikmət Niya’ da İmam Sadiqə tabe olaraq İslamın düşməni olan zalım və qəsbkar sionistlərə eynilə həmin cür nifrin edər, namazlardan və dərslərdən sonra onlara bu şəkildə lənət və qarğış etməyi başqalarına da tövsiyə edərdi. Ustad bildirərdi ki, canı və malı ilə sionistlərə və onların yerli əlaltıları və yardımçıları olan zalımlara qarşı mübarizə apara bilməyən şəxslər bu nifrin duasını oxumaqla onlara qarşı dua ilə mübarizə aparmalıdırlar, çünki Peyğəmbərimizin (s) buyurduğu kimi dua möminin silahıdır. Ustadımızın verdiyi istiqamətə əsasən nifrin duası aşağıdakı şəkildə oxunmalıdır:

أَللّهُمَّ إِنِّى أَسْأَلُكَ بِقُوَّتِكَ الْقَوِيَّةِ وَ بِجَلاَلِكَ الشَّدِيدِ الَّذِى كُلُّ خَلْقِكَ لَهُ ذَلِيلٌ أَنْ تُصَلِّيَ عَلىٰ مُحَمَّدٍ وَ أَهْلِ بَيْتِهِ وَ أَنْ تَأْخُذَ الصَّهَايِنَةَ وَ الآمْرِيکَا وَ الْبِرِيطَانْيَا وَ الْحِلْفَ الأَطْلَسِيَّ وَ سَائِرَ الْقُوٰی الإِسْتِکْبَارِيَّةِ أَلسَّاعَة، أَلسَّاعَة      

Transkripsiya: “Əllahummə inni əsəlukə biquvvətikəl-qəviyyə və bicəlalikəş-şədidilləzi kullu xəlqikə ləhu zəlil ən tusəlliyə əla Mühəmmədin və Əhli-Beytihi və ən təəxuzəs-Səhayinə vəl-Əmrika vəl-Biritaniya vəl-Hilfəl-Ətləsi və sairəl-quvəl-istikbariyyə əs-saə, əs-saə!”

Tərcümə: “Ey Allahım, güclü qüvvətindən və qarşısında bütün məxluqatının zəlil olub alçaldığı calalından istəyirəm ki, Mühəmməd və onun Əhli-Beytinə salam və salavat göndərəsən və bu saat, məhz bu saat sionistləri, Amerikanı, Britaniyanı, Atlantika İttifaqını (NATO-nu) və digər istismarçı və hegemon qüvvələri cəzalandırasan!”

14. Şükür səcdəsi etmək. Hər bir vacib və müstəhəb namazdan sonra şükür səcdəsi etmək müstəhəbbi-müəkkəddir.

İmam Sadiq (ə) buyurmuşdur: “(Hər namazdan sonra) şükür səcdəsi etmək hər bir müsəlmana vacibdir[9]. Namazını onunla tamamlamalı, Rəbbini onunla razı salmalı və mələkləri onun vasitəsilə özün barədə təəccübləndirməlisən. Bəndə namaz qılıb sonra şükür səcdəsi etdikdə Rəbb təbarəkə və taala bəndə ilə mələklər arasında olan hicabı (pərdəni) açar və onlara belə buyurar: “Ey Mənim mələklərim, Mənim bəndəmə baxın! Vacib etdiyim əməli yerinə yetirdi. Mənimlə bağladığı əhdi həyata keçirdi. Sonra ona verdiyim nemətə görə təşəkkür olaraq Mənə səcdə etdi. Ey Mənim mələklərim, Mənim yanımda onun mükafatı nədir?!” Mələklər deyərlər: “Ey bizim Rəbbimiz, onun mükafatı Sənin rəhmətindir!” Sonra Rəbb təbarəkə və taala onlara deyər: “Sonra onun mükafatı nədir?” Mələklər belə cavab verərlər: “Ey bizim Rəbbimiz, onun mükafatı Sənin Cənnətindir!” Rəbb-Taala deyər: “Sonra nədir?” Mələklər cavab verərlər: Ey bizim Rəbbimiz, onun mükafatı onun mühüm işlərinə Sənin kifayət etməyindir!” Rəbb-Taala deyər: “Sonra nədir?” Mələklərin demədiyi heç bir xeyirli şey qalmaz. Allah-Taala deyər: “Ey Mənim mələklərim, sonra nədir?” Mələklər belə cavab verərlər: “Ey bizim Rəbbimiz, biz başqa heç nə bilmirik!” Allah-Taala deyər: “O, Mənə təşəkkür etdiyi üçün Mən də ona təşəkkür edərəm, ona lütfüm və mehribanlığımla yaxınlaşaram və ona Öz rəhmətimi göstərərəm!”[10]

İmam Rza (ə) buyurmuşdur: “Vacib namazdan sonra Allaha şükür etmək üçün səcdə etmək bəndəni vacib namazı əda etməkdə müvəffəq etdiyinə görədir. Səcdədə üç dəfə “Şükran lillah! (“Şükür Allaha məxsusdur!”)”, – demək kifayət edər. İmamdan “Şükran lillah sözünün mənası nədir?” – deyə soruşulduğu zaman belə cavab verdi: “Məni Özünə xidmət etməkdə və vacib etdiyini yerinə yetirməkdə müvəffəq etdiyinə görə Allaha təşəkkür etmək üçün səcdə edirəm. Şükür artıma səbəb olar. Əgər namazda bir nöqsan olarsa, nafilələrlə yox, bu səcdə ilə tamamlanar”[11].

Şükür səcdəsi edərkən alını yalnız şükür niyyəti ilə yerə qoymaq kifayətdir. Şükür səcdəsində “Şükran lillah!” (“Şükür Allaha məxsusdur!”), yaxud “Şükran!” demək və o sözü yüz dəfə təkrar etmək müstəhəbdir. Üç dəfə demək, bəlkə, bir dəfə demək də müstəhəbdir[12].

Bir səcdə ilə kifayətlənmək icazəlidir. İki səcdə etmək, yəni yanaqları, yaxud gicgahları (əvvəl sağ tərəfi, sonra sol tərəfi) yerə sürtməklə (yəni tə’fir etməklə) səcdələri bir-birindən ayırmaq müstəhəb ehtiyatdır (əfzəldir)[13]. Səcdənin sayı başı yerdən qaldırmaq və başı yerə qoymaqla həqiqət tapır. İki səcdə arasında oturmaq lazım deyil.

Şükür səcdəsi edərkən yeddi səcdə üzvünü yerə qoymaq müstəhəb ehtiyatdır. Üzərinə səcdə edilən şeyin yeyilən bir qida məhsulu, yaxud geyim üçün istifadə edilən bir əşya olmamasının şərt olması qüvvətli bir görüşdür.

Şükür səcdəsi edərkən dirsəkləri yerə qoymaq, köksü (döşü), sinəni və qarını yerə yapışdırmaq (yəni yerə yaxınlaşdırmaq) müstəhəbdir[14].

Fəqihlər qeyd edirlər ki, insan yeni bir ilahi nemətlə qarşılaşdıqda, yaxud bəla uzaqlaşdıqda və ya vaxtilə əldə etdiyi neməti və uzaqlaşmış bəlanı xatırladıqda, yaxud vacib və ya müstəhəb bir işi, hər hansı bir xeyirxah əməli yerinə yetirməyə müvəffəq olduqda Allaha şükür etmək üçün səcdə etməsi (yəni şükür səcdəsi etməsi) müstəhəbdir[15].

(ardı var)

Tərtibçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor və operator: Məhbubə Kərimzadə


[1] “Əmali”, 13-cü məclis, h. 5, Şeyx Səduq

[2] “Vafi”, c. 9, s. 95, Babu ma yuqalu bə’də külli-səlatin, Feyz Kaşani

[3] “Vafi”, c. 9, s. 95, h. 6, Babu ma yuqalu bə’də kulli səlatin, Feyz Kaşani

[4] “Vafi”, c. 9, s. 95, h. 16, Babu ma yuqalu bə’də kulli səlatin, Feyz Kaşani

[5] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 19, h. 2

[6] “ه” (“hu”) əvəzliyinin yerinə zalım dövlətin, yaxud cərəyanın və təşkilatın adı və zalım şəxslərin adları deyilməlidir.

[7] Tərcümə: “Ey Allahım, güclü qüvvətindən və qarşısında bütün məxluqatının zəlil olub alçaldığı calalından istəyirəm ki, Mühəmməd və onun Əhli-Beytinə salam və salavat göndərəsən və bu saat, məhz bu saat onu (“onu” sözünün yerinə zalım dövlətin, yaxud cərəyanın və təşkilatın adı deyilməlidir) cəzalandırasan!”

[8] “Üsuli-kafi”, Dua kitabı, Düşmənə nifrin fəsli, 5-ci hədis

[9] Şükür səcdəsinin müstəhəbbi-müəkkəd olduğunu ifadə etmək üçün “vacib” kəlməsindən istifadə olunmuşdur.

[10] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabu-səcdəteyiş-şükr, 1, h. 5

[11] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabu-səcdəteyiş-şükr, 1, h. 3

[12] “Fiqhuş-şəriə”, c. 1, s. 327, Səcdənin müstəhəb işləri haqqında, S. M. Fəzlullah

[13] “Təbsirətül-vəsilə”, Tilavət və şükr səcdələri haqqında, m. 8, s. 94, Əllamə Mühəmməd Sadiqi Tehrani

[14] “Təbsirətül-vəsilə”, Tilavət və şükr səcdələri haqqında, m. 8, s. 94, Əllamə Mühəmməd Sadiqi Tehrani

[15] “Fiqhuş-şəriə”, c. 1, s. 327, Səcdənin müstəhəb işləri haqqında, S. M. Fəzlullah

TƏ’QİB HAQQINDA-2

MÜŞTƏRƏK TƏ’QİBLƏR

Müştərək tə’qiblər deyildikdə hər bir namazdan sonra yerinə yetirilən ümumi tə’qiblər nəzərdə tutulur. Əvvəl əsas müştərək tə’qibləri sizin nəzərinizə çatdırırıq:

1. Namazın salamından sonra əlləri iki qulağın, yaxud üzün, yaxud da boğazın müqabilinə qaldıraraq üç dəfə təkbir demək;

Müfəzzəl ibn Ömər deyir: “İmam Sadiqdən soruşdum: “Hansı səbəbə görə namaz qılan şəxs salamdan sonra üç təkbir deyir?” İmam belə cavab verdi: “Həqiqətən, Rəsulullah (s) Məkkəni fəth etdikdə əshabəsi ilə Həcərüləsvədin yanında zöhr namazını qıldı. Namazın salamını dedikdən sonra əllərini yuxarı qaldırdı və üç dəfə təkbir dedi. Və sonra dedi: “Allahdan başqa ilah yoxdur, O təkdir! Öz vədini həyata keçirdi, Öz bəndəsinə kömək etdi, Öz ordusunu gücləndirdi, əhzaba (dəstələrə) təkbaşına qalib gəldi. Mülk və həmd Ona məxsusdur! Həyat verir və öldürür! O, hər şeyə Qadirdir!” Sonra üzünü əshabəsinə doğru çevirdi və dedi: “Bu təkbirləri və sözləri heç vaxt tərk etməyin! Kim namazın salamından sonra bu təkbirləri və sözləri deyərsə, İslamı və onun ordusunu qüvvətləndirdiyinə görə Allah-Taalaya olan vacib şükrü əda etmiş olar!”[1]

2. Fatimeyi-Zəhranın – Allahın salamı ona olsun! – təsbihini demək; o təsbih 34 dəfə “Əllahu Əkbər”, sonra 33 dəfə “Əlhəmdülillah”, sonra 33 dəfə “Sübhanəllah” və bir dəfə “La ilahə illəllah” deməkdən ibarətdir.

Həzrət Fatimeyi-Zəhranın təsbihinin deyilməsi tə’qibdə deyilməsə də, özlüyündə müstəhəbdir. Bəli, tə’qibdə deyilməsi müstəhəbbi-müəkkəddir.

Yatmaq istədikdə pis yuxunu uzaqlaşdırmaq üçün də deyilir.

Həmin təsbihi deyərək tə’qiblə məşğul olmaq vacib namazlara məxsus deyildir, hər bir namazdan sonra onun deyilməsi müstəhəbdir[2].

İmam Sadiq (ə) buyurmuşdur: “Kim vacib namazdan sonra ayağa qalxmadan Həzrət Fatimənin təsbihi ilə Allahı təsbih edərsə, Allah onu bağışlayar! Təsbihi “Əllahu Əkbər” cümləsi ilə başlamalıdır”[3].

İmam Sadiq (ə) Əbuharun əl-Məkfufa belə dedi: “Ey Əbuharun, biz uşaqlarımıza namaz qılmağı əmr etdiyimiz kimi Həzrət Zəhranın (ə) təsbihini deməyi də əmr edirik. Sən də həmişə bu təsbihi de! Çünki kim o təsbihi deyərsə, bədbəxt olmaz!”[4]

İmam Baqir (ə) buyurmuşdur: “Kim Həzrət Zəhranın (ə) təsbihi ilə Allahı təsbih edib sonra istiğfar edərsə, bağışlanar. O təsbih dil ilə yüz təsbihdən ibarətdir, lakin mizanda min təsbihdən ibarətdir. Şeytanı qovur, Rəhman Allahı razı salır”[5].

İmam Sadiq (ə) buyurmuşdur: “Hər gün hər namazdan sonra Həzrət Fatimeyi-Zəhranın təsbihini deməyi hər gün min rükət namaz qılmaqdan daha çox sevirəm!”[6]

3. “Fatihə” surəsini oxumaq;

4. “Ayətül-kürsi”ni oxumaq;

أَللهُ لاَ إِلَـٰهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَ لاَ نَوْمٌ لَهُ مَا فِى السَّمَاوَاتِ وَ مَا فِى الأَرْضِ مَنْ ذَا الَّذِى يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَ مَا خَلْفَهُمْ وَ لاَ يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلاَّ بِمَا شَآءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَ الأَرْضَ وَ لاَ يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ. لاَ إِكْرَاهَ فِى الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَ يُؤْمِنْ بِاللهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقىٰ لاَ انْفِصَامَ لَهَا وَ اللهُ سَمِيعٌ عَلِيمٌ. أَللهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَ الَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـٰئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ 

Transkripsiya: “Əllahu la ilahə illa Huvəl-Həyyul-Qəyyum. La tə’xuzuhu sinətun və la naum. Ləhu ma fis-səmavati və ma fil-ərd. Mən zəl-ləzi yəşfəu indəhu illa bi iznih. Yə’ləmu ma bəynə əydihim və ma xəlfəhum. Və la yuhitunə bişəy’in min ilmihi illa bima şa’. Vəsiə kursiyyuhus-səmavati vəl-ərda və la yəuduhu hifzuhuma. Və Huvəl Əliyyul-Əzim.

La ikrahə fid-din. Qəd təbəyyənər-ruşdu minəl-ğəyy. Fə mən yəkfur bit-tağuti və yu’min billahi fəqədis-təmsəkə bil-urvətil-vusqa lənfisamə ləha vəllahu Səmiun-Əlim.

Əllahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilən-nur. Vəl-ləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat. Ulaikə əshabun-nar. Hum fiha xalidun”[7].

Tərcümə: “Allahdan başqa heç bir ilah yoxdur. O Həyydir (daima diridir), Qəyyumdur (hər şeyin Ona bağlı olduğu varlıqdır)! O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. O, Əliyydir (ucadır), Əzimdir (böyükdür)!

Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Tağutu inkar edib Allaha iman gətirən hər kəs, şübhəsiz ki, qırılması mümkün olmayan ən möhkəm bir qulpdan (dəstəkdən) yapışmış olur. Allah Eşidəndir, Biləndir!

Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən çıxarıb nura tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur. Onları nurdan ayırıb zülmətlərə salarlar. Onlar cəhənnəmlikdirlər və uzun müddət orada qalacaqlar!”

Rəvayətlərdə bildirilir ki, kim hər bir vacib namazdan sonra “Ayətül-kürsi”ni oxuyarsa, həmin şəxsin namazı qəbul olunar. Allah onu Öz pənahında saxlayar (qoruyar və hifz edər), onu bəlalardan və günahlardan qoruyar[8] və heç bir zərərli həşərat belə (o cümlədən zəhərli ilan) ona zərər verə bilməz[9].

5. “Şəhidəllah” ayəsini (“Ali-İmran” 18) oxumaq;

شَهِدَ اللهُ أَنَّهُ لاَ إِلَـٰهَ إلاَّ هُوَ وَ الْمَلاَئِكَةُ وَ أُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لاَ إِلَـٰهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ 

Transkripsiya: “Şəhidəllahu ənnəhu la ilahə illa huvə vəl-məlaikətu və ulul-ilmi qaimən bil-qıstı la ilahə illa huvəl-Əzizul-Həkim!”

Tərcümə: “Allah, mələklər və elm sahibləri Ondan başqa ilah olmadığına ədalətlə şahidlik etdilər. Ondan başqa ilah yoxdur! O, Əzizdir (yenilməz qüvvət Sahibidir), Həkimdir (hikmət Sahibidir)!”

6. “Qulillahummə” ayəsini (“Ali-İmran”, 26) oxumaq;

قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِى الْمُلْكَ مَنْ تَشَآءُ وَ تَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَآءُ وَ تُعِزُّ مَنْ تَشَآءُ وَ تُذِلُّ مَنْ تَشَآءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ 

Transkripsiya: “Qulillahummə Malikəl-mülki tu’til-mülkə mən təşau və tənziul-mülkə mimmən təşau və tuizzu mən təşau və tuzillu mən təşau biyədikəl-xayru innəkə əla külli şəy’in Qədir!”

Tərcümə: “De: “Ey mülkün sahibi olan Allahım! Sən mülkü istədiyin şəxsə verər, istədiyindən də onu geri alarsan, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə Qadirsən!”

İmam Sadiq (ə) atasından, o da öz atalarından Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Allah ərşdən asılmış və onlarla Özü arasında heç bir hicabın (pərdənin) olmadığı “Fatihə” surəsini, “Ayətül-kürsi”ni, “Şəhidəllah” (“Ali-İmran”, 18) və “Biğayri-hisabin”ə qədər “Qulillahummə” (“Ali-İmran”, 26, 27) ayələrini nazil etmək istədikdə onlar dedilər: “Ey bizim Rəbbimiz, bizi günahlarla dolu olan evə və Sənə üsyan edən şəxslərə doğru endirirsən?! Halbuki biz pak və müqəddəs ərşdən asılmışıq”. Allah onlara belə cavab verdi: “And olsun izzət və calalıma ki, kim hər vacib namazdan sonra sizi oxuyarsa, onu müqəddəslik hasarında (yəni Cənnətdə) məskun edərəm, gizli gözümlə ona hər gün yetmiş dəfə baxaram, hər gün onun yetmiş hacətini həyata keçirərəm ki, onun ən kiçiyi bağışlanmadır, hər bir düşməndən ona pənah verər və həmin düşmənə qarşı ona yardımçı olaram. Ölümündən başqa heç bir şey onun Cənnətə daxil olmasına mane ola bilməz!”[10]

7. “İxlas” surəsini oxumaq; hədisdə bildirilir ki, Allaha və axirət gününə iman gətirmiş şəxs vacib namazdan sonra mütləq “İxlas” surəsini oxumalıdır. Kim vacib namazdan sonra bu surəni oxuyarsa, Allah ona dünya və axirət xeyrini əta edər, nəinki onun özünü, hətta onun ata-anasını və onların övladlarını bağışlayar[11].

(ardı var)

Tərtibçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor və operator: Məhbubə Kərimzadə


[1] “Vafi”, c. 9, s. 94, Babu ma yuqalu bə’də kulli səlatin, Feyz Kaşani

[2] “Təbsirətül-vəsilə”, Tə’qib haqqında, m. 1, s. 97, Əllamə Mühəmməd Sadiqi Tehrani

[3] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu təsbihi Fatimətiz-Zəhra”, h. 4

[4] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu təsbihi Fatimətiz-Zəhra”, h. 1

[5] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu təsbihi Fatimətiz-Zəhra”, h. 2

[6] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu təsbihi Fatimətiz-Zəhra”, h. 3

[7] “Bəqərə”, 255, 256, 257

[8] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 23, h. 5, s. 224

[9] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu mən qərəə ayətəl-kursiyyi ində mənamihi və qərəəha dəbrə-külli-səlatin”

[10] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib, 23, h. 4, s. 224

[11] “Səvabul-ə’mal və iqabul-ə’mal”, “Səvabu-qiraəti-Qul huvəllahu əhəd”

TƏ’QİB HAQQINDA-1

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Gündəlik namazlardan sonra edilən dua və minacata, deyilən zikrə, yaxud oxunan Quran ayələrinə tə’qib deyilir. Namazdan, hətta nafilə namazdan sonra tə’qiblə məşğul olmaq müstəhəbdir[1]. Tə’qibin müstəhəb olması dinin zəruri hökmlərindəndir. Vacib namazlardan, xüsusilə sübh, məğrib və əsr namazlarından sonra tə’qiblə məşğul olmaq müstəhəbbi-müəkkəddir. Hədisdə Allah-Taalanın belə buyurduğu qeyd olunmuşdur: “Ey Adəm övladı, sübh namazından sonra bir saat və əsr namazından sonra da bir saat Məni zikr et ki, sənin əhəmiyyətli işlərin üçün sənə kifayət edim!”[2]

“İnşirah” surəsinin 7-ci və 8-ci ayələrində buyurulur:

فَإِذَا فَرَغْتَ فَانْصَبْ  وَ إِلىٰ رَبِّكَ فَارْغَبْ

Tərcümə: “Azad olduqda (boş qaldıqda) başqa bir işə sarıl! Və yalnız Rəbbinə yönəl!”

Bu ayələri bir neçə şəkildə mənalandırmaq mümkündür:

1. Namazdan azad olduqda dua et və buna ciddi yanaş (yəni dua etməyə sarıl);

2. Dünya işindən azad olduqda axirət işinə yönəl;

3. Missiyanı təbliğ etməkdən azad olduqda ibadətdə özünü zəhmətə sal;

4. Vacib namazları qılıb qurtarandan sonra gecə ibadətini və müstəhəb ibadətləri yerinə yetir.

Bu ayələrə başqa uzaq mənalar da vermişlər. Hər bir halda namazın tə’qibinə işarə edən ayələrdən biri də bu ayədir[3].

İmam Baqir (ə) Allahın “Azad olduqda (boş qaldıqda) başqa bir işə sarıl! Və yalnız Rəbbinə yönəl!” sözü barəsində belə buyurmuşdur: “Yəni namaz qıldıqda salam verdikdən sonra oturduğun halda dünya və axirət işi barəsində dua etməyə başla! Duadan azad olduqda (yəni duanı sona çatdırdıqdan sonra) Allaha üz tut ki, onu səndən qəbul etsin!”[4]

Tə’qib üçün istidlal edə biləcəyimiz ayələrdən biri də “Qaf” surəsinin 40-cı ayəsidir. Ayədə buyurulur:

وَ مِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَ أَدْبَارَ السُّجُودِ

Tərcümə: “Gecənin bir hissəsində və səcdələrdən sonra Onu təsbih et!”

“Səcdələrdən sonra” deyildikdə tə’qiblə məşğul olmaq nəzərdə tutulur, çünki namazın son rüknü səcdədir[5].

 Peyğəmbər (s) buyurmuşdur: “Kim vacib namazı əda etsə, onun üçün Allah yanında qəbul olunmuş bir dua vardır!”[6]

İmam Baqir (ə) buyurmuşdur: “Vacib namazdan sonra dua etmək nafilə namaz qılmaqdan daha fəzilətlidir. Sünnə belə cari olmuşdur”[7].

İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, Allah sizə beş namazı ən fəzilətli saatlarda vacib etmişdir. Namazların arxasınca dua edin!”[8]

İmam (ə) başqa bir kəlamında buyurmuşdur: “İnsanları tə’qibdən daha güclü heç bir şey müalicə (həmçinin müdafiə) etməmişdir!”[9]

Tə’qibin insanın mənəvi həyatı ilə yanaşı maddi həyatında da böyük bir təsiri olduğunu İmam Cəfər Sadiq (ə) öz kəlamında belə ifadə etmişdir: “Ruzinin əldə edilməsində tə’qibin (yəni namazın arxasınca dua etməyin) təsiri ticari səfərlərin təsirindən daha çoxdur!”[10]

Dua mühüm ibadətlərdən biri olduğuna görə dua edərkən Allahdan başqasını Ona şərik etməməlisən. Yalnız Allahı çağırmalı, Ona yalvarıb-yaxarmalı, başqa bir şəxsi, hətta Onun Peyğəmbərini belə çağırmamalısan. “İnşirah” surəsində “ila Rəbbikə”nin (önqoşma + izafət birləşməsi) “fərğəb” cümləsindən önə keçməsi həsri (yönəlişin yalnız Allaha münhəsir və məxsus olduğunu) ifadə edir və bu mətləbin dəlilidir[11].

Mükəlləfin namazdan sonra öz əqidələrini zikr etməsi, Quranda şəhadət və haqq əqidələr barəsində varid olmuş ayələri oxuması müstəhəbdir. “Fatihə” və “İxlas” surələrini, “Ayətül-kürsi”ni (“Bəqərə”, 255, 256, 257), “Şəhadət” (“Şəhidəllah”, “Ali-İmran”, 18) və “Mülk” (“Qulillahummə”, “Ali-İmran”, 26) ayələrini buna misal göstərə bilərik[12].

Müstəhəbdir ki, insan ibadətlərinin Allah tərəfindən qəbul edilməsini və ibadətlərindəki səhv, xəta və qəflətin, diqqətsizliyin bağışlanmasını, əfv edilməsini Allahdan istəsin[13].

Dua etməkdən çəkinmək icazəli deyildir. Əksinə təkəbbürlü davranıb dua etməmək haramdır. Allah-Taala buyurmuşdur ki, Mənim lütfümdən istəyin. Quranda bu barədə buyurur:

 … وَ اسْأَلُوا اللهَ مِنْ فَضْلِهِ

Tərcümə: “… Allahın lütfündən istəyin. …”[14]

Allah dəfələrlə Quranda əmr etmişdir ki, Allahı çağırın, Ona yalvarıb-yaxarın. Deməli, insan nə qədər çox dua etsə, daha yaxşıdır. Düçar olduğu dərdləri, bəlaları və xəstəlikləri aradan qaldırmaq üçün dua etməli, israr etməli, yalvarıb-yaxarmalı, ağlamalı, bacardığı qədər Allahın qarşısında alçalaraq Ona olan məhəbbətini izhar etməli, başını təvazökarlıqla aşağı salmalı və əllərini yuxarı qaldırmalıdır[15].

Allahın fəzilət və rəhmətindən naümid olmaq icazəli deyildir. Allah “Zümər” surəsinin 53-cü ayəsində belə buyurur:

 …لاَ تَقْنَطُوا مِنْ رَحْمَةِ اللهِ إِنَّ اللهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا

Tərcümə: “… Allahın rəhmətindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayır. …”

“Hicr” surəsinin 56-cı ayəsində belə buyurur:

مَنْ يَقْنَطُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلاَّ الضَّالُّونَ

Tərcümə: “… Yolunu azanlardan başqa Rəbbinin rəhmətindən kim ümidini üzə bilər?!”

Buna görə də insan duada istədiyini əldə etmək üçün bütün ruhani gücü və qəlbi ilə birlikdə Haqqa yönəlməli, səy göstərməli və dua etməkdən çəkinməməlidir[16].

Tə’qibin namaz sona çatdıqdan dərhal sonra yerinə yetirilməsi şərtdir, belə ki, şəriət əhlinə görə tə’qibin surətini (zahiri formasını) aradan aparan istehsal və onun kimi digər bir işlə məşğul olunmamalıdır. Namaz qılan şəxsin namaz qıldığı yerdə üzü qibləyə doğru oturması və təharətli olması müstəhəb ehtiyatdır[17]. Şəhid Əvvəl “Nəfliyyə” kitabında digər şərtlərin də olduğunu yazmışdır. Həmin şərtlər bunlardan ibarətdir:

1. Qəlbin diqqətli olması;

2. Təşəhhüd vəziyyətində qalmaq;

3. Tə’qibdən əvvəl və tə’qib əsnasında danışmamaq, söhbət etməmək;

4. Namazı batil edən işlərdən çəkinmək;

5. Sübh namazından sonra tə’qibi Günəş çıxana qədər, zöhr namazından sonra əsr namazına qədər və məğrib namazından sonra isə işa namazına qədər davam etdirmək.

Mərhum Şəhid Əvvəl və Əllamə Məclisi buyurmuşlar ki, yuxarıda qeyd olunan bütün bu şərtlər sihhət (doğruluq) şərti yox, kamal şərtidir. Yəni bunlardan hər hansı birinə riayət edilməsə, tə’qibin kamalı azalar, lakin batil olmaz[18].

Çarəsizlikdən yol gedə-gedə, yaxud başqa çıxılmaz vəziyyətlərdə tə’qiblə məşğul olan şəxsə də namazın tə’qiblərinin savabı verilər[19].

Əgər hər hansı bir zəruri ehtiyac (səfər və çarəsizlik halı) insanı tə’qiblə məşğul olmaqdan ayırarsa, nə qədər ki dəstəmazlıdır tə’qiblə məşğul olmuş hesab olunur.

Hişam deyir: “İmam Sadiqə (ə) dedim: “Ehtiyac üçün çıxıram və tə’qiblə məşğul olmaq istəyirəm”. İmam buyurdu: “Əgər dəstəmazlı olsan (yəni dəstəmazını qoruyub saxlasan), tə’qiblə məşğul olmuş hesab olunursan!”[20]

Həmmad ibn Osman İmam Cəfər Sadiqə (ə) dedi: “Əgər insanın əlindən çıxmasından qorxduğu bir ehtiyacı olarsa, onda necə etməlidir?” İmam (ə) buyurdu: “Sübh namazından sonra lazım olan təkbiri deyər və Allahı zikr edər. Nə qədər ki dəstəmazlıdır, deməli, tə’qiblə məşğul olmaqdadır!”[21]

İmam Sadiq (ə) başqa bir sözündə buyurmuşdur: “Mömin nə qədər ki dəstəmazlıdır, tə’qiblə məşğul olmuş hesab olunur!”[22] 

Tə’qibdə xüsusi sözlərin deyilməsi şərt deyildir. Bəli, dua və hədis kitablarının, ələlxüsus “Biharul-ənvar” kitabının ehtiva etdiyi dualarda və zikrlərdə varid olan ifadələrin oxunmasının daha fəzilətli və daha üstün olmasında heç bir şübhə yoxdur[23].

Tə’qiblər iki qisimdir:

1. Müştərək tə’qiblər;

2. Məxsus tə’qiblər.

(ardı var)

Tərtibçi: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Korrektor və operator: Məhbubə Kərimzadə


[1] “Təbsirətül-vəsilə”, Tə’qib haqqında, m. 1, s. 97, Əllamə Mühəmməd Sadiqi Tehrani

[2] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 3

[3] “Əhkamul-Quran”, 1188-ci məsələ, Əllamə Burqui

[4] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 7

[5] “Əhkamul-Quran”, 1189-cu məsələ, Əllamə Burqui

[6] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 11

[7] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 5, h. 1

[8] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 6

[9] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 2

[10] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 1, h. 1

[11] “Əhkamul-Quran”, 1192-ci məsələ, Əllamə Burqui

[12] “Əhkamul-Quran”, 1194-cü məsələ, Əllamə Burqui

[13] “Əhkamul-Quran”, 1195-ci məsələ, Əllamə Burqui

[14] “Nisa”, 32

[15] “Əhkamul-Quran”, 1196-cı məsələ, Əllamə Burqui

[16] “Əhkamul-Quran”, 1197-ci məsələ, Əllamə Burqui

[17] “Təbsirətül-vəsilə”, Tə’qib haqqında, m. 1, s. 97, Əllamə Mühəmməd Sadiqi Tehrani

[18] “Ərməğani-Məclisi”, s. 31, 32

[19] “Biharul-ənvar”, c. 82, 314-317 (xülasəsi)

[20] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 17, h. 1

[21] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 17, h. 3

[22] “Vəsailuş-şiə və müstədrəkuha”, c. 6, Əbvabut-tə’qib 17, h. 2

[23] “Təbsirətül-vəsilə”, Tə’qib haqqında, m. 1, s. 97, Əllamə Mühəmməd Sadiqi Tehrani

KÖKƏLDAŞ MƏDRƏSƏSİ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Mədrəsə sözü lüğətlərdə “oxumaq, başa düşmək, mətni öyrənmək və əzbərləmək üçün təkrarlamaq” mənasını verən “dərs” (“dirasə”) sözündən yaranıb “məf’əl” (مَفْعَل = مَدْرَس (mədrəs)) vəznində (formasında) düzəlmiş bir ismi-məkandır, yəni iş və hərəkətin icrası yerini bildirən bir isimdir. Bəzən “məf’əl” formasında (vəznində) yer bildirən isimlərə “tə mərtubə” (“ة”) qoşulur və “məf’ələtun” (مَدْرَسَةٌ) formasında işlədilir. “Tə mərbutə” artırmaqla bu sözlər yer mənasından əlavə iş və hərəkətin təkrarən, çox vaxt icra olunması mənasını da kəsb edir. Mədrəsə, yəni təkrar-təkrar və çox vaxt dərs oxunan və dərs tədris olunan yer.

İslam tarixində mədrəsənin ilk formalaşması Həzrət Mühəmmədin (s) dövrünə təsadüf edir və Əshabi-süffəyə aid edilir. Yazının mövzusu olan Kökəldaş mədrəsəsi Şeybani hökmdarı Barakxanın (Novruz Əhməd (1552-1556)) oğlu Dərvişxanın Daşkənd valisi olduğu dövrdə Dərvişxanın vəziri Kolbaba Kökəldaş tərəfindən tikilmişdir. Ona görə də mədrəsə qədim zamanlarda “Dərvişxan mədrəsəsi” də adlandırılmışdır. Mənbələrdə yazılır ki, mədrəsə 1551-1575-ci illər arasında ənənəvi memarlıq üsulu ilə tikilmişdir. Onun uzunluğu 62.7 metr, eni isə 44.9 metr olmuşdur. Özbəkistan sərhədləri daxilində “Kökəldaş mədrəsəsi” adlı iki mədrəsə var. Yazımızın mövzusu olan mədrəsə Özbəkistanın paytaxtı Daşkənddə Çarsu meydanında yerləşən mədrəsədir. Buxarada Ləbi-Hovuz ilə üzbəüz 1568-1579-cu illər arasında tikilmiş eyni adlı başqa bir mədrəsə də var. Özbəkistan Respublikasını hərtərəfli araşdıran və təbliğ edən bir çox əsərlərdə adların bu oxşarlığına görə bəzi natamam məlumatlar verilə bilər.

Mədrəsə əsrlər boyu tarixi quruluşunu qoruyub saxlasa da, bölgədə 1830, 1868, 1886, 1946 və 1966-cı illərdə baş verən zəlzələ zamanı böyük ziyan görmüş, hətta iki günbəzi və damı uçmuş, amma hər dəfə əgər belə demək mümkündürsə, yenidən ayağa qalxmışdır. Dağılmış günbəzlərdən çıxmış kərpiclərin 1830-1831-ci illərdə Daşkənd valisi Ləşkər bəylərbəyinin dövründə tikilmiş və günümüzə qədər gəlib çatmayan “Bəylərbəyi mədrəsəsi”nin tikintisində istifadə edildiyi mənbələrdə bildirilir. Yenə tarixi mənbələrdə mədrəsənin 38 otaqdan ibarət olduğu, ilk, orta və ali təhsil şöbələrinin olduğu qeyd olunur. 1884-cü ildə mədrəsənin bir neçə vəqfiyyəsinin (vəqf nizamnaməsinin) olduğu bildirilir. Nümunə kimi deyə bilərik ki, şəhərdəki 7 dükanın icarə haqqı, 230 dükanın isə torpaq hüququ mədrəsənin vəqfiyyəsində (vəqf nizamnaməsində) olduğu üçün bu gəlirlər mədrəsəyə ötürülürdü. XVIII əsrin I yarısında diqqətsizlik ucbatından bu mədrəsə həm də karvansara kimi istifadə olunurdu. Mədrəsənin həm də karvansara kimi istifadə olunması onun elm mərkəzi statusuna xələl gətirməmişdir. Mavəraünnəhr bölgəsinə elm öyrənmək üçün gələn alimlər Kökəldaş mədrəsəsində qonaq olmuş, həm də orada yaradılmış elmi məclislərdən bəhrələnmişlər. Yarandığı gündən bölgənin ən böyük alimləri bu mədrəsədə təhsil alıblar. Məsələn, Muqimi (Mövlana Muqimi (1850-1903)), Furqət (Zakircan Xal Mühəmmədoğlu (1859-1909)), Xislət (Seyid Heybətullah (1880-1945)), Sidqi Xandayliki (Siracuddin Məxdum Mirzahidoğlu (1884-1934)) və İşan Babaxan ibn Əbdülməcidxan (1858-1957) və başqa bir çox şair, ədəbiyyatçılar, ayrı-ayrı elm adamları bu mədrəsədə təhsil almışdır.

Sovet dövründə Özbəkistanda mövcud olan memarlıq əsərlərinə lazımi diqqət yetirilmədiyindən digər memarlıq sahəsinin şah əsərlərindən olan Kökəldaş mədrəsəsi də xarabalıq görüntüsü almışdır. Hətta onun bəzi divarları sökülmüş, vaxtilə elmin tədris olunduğu sinif otaqları anbara, həyəti isə zibilliyə çevrilmişdir. 1902-1903-cü illərdə Daşkənddən olan xeyriyyəçilərin köməkliyi ilə mədrəsənin təmir-bərpa işlərinə başlansa da, kifayət qədər vəsait toplana bilmədiyi üçün bərpa işləri yarımçıq qalmışdır. 1943-cü ildə baş verən zəlzələdə onun iki minarəsi də dağılmışdır. Lakin Kökəldaş mədrəsəsi 1954-cü ildə az da olsa, təmir olunub.

Bu təmir bəhanəsi ilə mədrəsənin yanında yerləşən Xoca Əhrar mədrəsəsinin daşları sökülərək Kökəldaş mədrəsəsinin təmirində istifadə edilmişdir. Beləliklə, 500 illik tarixə malik Xoca Əhrar mədrəsəsi, bir sözlə, bu şəkildə qurban edilmişdir. Kökəldaş mədrəsəsi Özbəkistanın 31 avqust 1991-ci ildə azadlığını elan etməsindən sonra bərpa edilərək indiki görkəmini alıb. Bu bərpa prosesində Erkin Səid Əhmədov və Nəimata Curayevin xidmətləri böyük olmuşdur. Sovet dövründə təhsil verə bilməyən mədrəsə müstəqillik əldə etdikdən sonra 1991-ci ildə Özbəkistan Müsəlmanları Dini İdarəsinin tabeliyinə verilmiş və 1999-cu ildən yenidən Kökəldaş Orta Məxsus Elm Yurdu adı ilə təhsil sahəsində xidmət göstərməyə başlamışdır.

Özbəkistan Respublikası Nazirlər Şurasının 22 avqust 2003-cü il tarixli 364 saylı qərarı ilə Kökəldaş mədrəsəsindən alınan diplom rəsmi olaraq dövlət tərəfindən qəbul edilməyə başlanmışdır. Bu gün mədrəsə tarixi görkəminə sahib olsa da, sinif otaqları müasir tədris materialları ilə təchiz olunmuşdur. Mədrəsənin daxilində on iki mindən çox kitabı olan zəngin kitabxana da var. Tələbələr mədrəsədə boş vaxtlarında xəttatlıq, nəqqaşlıq və oyma kimi sahələri tədris edən kurslarda iştirak edirlər. Əvvəllər bu mədrəsədə təhsil alan tələbələr mədrəsədə pansionat kimi qalırdılar. 2013-cü ildə Özbəkistan Müsəlmanları İdarəsi tərəfindən “Nazirbek Tələbə Yataqxanası” adlı başqa bir yerdə yer ayrılıb. Hazırda tələbələr dərsdən sonra bu yataqxanada məskunlaşırlar. Bu gün mədrəsədə 215 oğlan tələbə təhsil alır. Kökəldaş mədrəsəsində təhsil müddəti 4 ildir və məzun olan tələbələrə orta təhsil (lisey) haqqında diplom verilir.

Məqalənin əlavələrində mədrəsə haqqında ümumi məlumatlar ayrıca cədvəl üzrə verilmiş və eyni zamanda Özbəkistanın hər yerində dini təhsil verən qurum və təşkilatlar barədə də müxtəlif məlumatlar öz əksini tapmışdır.

NƏTİCƏ

Özbəkistan Respublikası öz müstəqilliyini elan etdikdən sonra bərpa edilən Kökəldaş mədrəsəsi 1999-cu ildə yenidən istifadəyə verilib. Bu gün Daşkəndin həm fiziki, həm də mənəvi mərkəzində yerləşən bu mədrəsə illərlə elmdən uzaqlaşdırılan bölgə əhalisinə xidmətini davam etdirir. Kökəldaş mədrəsəsində təhsil alan tələbələr Özbəkistanın hər yerində keçirilən və Özbəkistan Müsəlmanları Dini İdarəsinin təşkil etdiyi Quran-kərim oxuma və dini bilik yarışmalarında bir çox uğurlara imza atıblar. Mədrəsə hər il məhdud sayda tələbə qəbul etdiyi üçün yüzlərlə tələbə burada təhsil almaq istəsələr də, bu fürsətdən yararlana bilmirlər. 2022-2023-cü tədris ilindən etibarən ilk dəfə əcnəbi tələbələrin qəbuluna başlayan mədrəsə beynəlxalq səviyyədə elm mərkəzi olmaq yolunda möhkəm addımlar atır.

“Özbəkistanda dini təhsil və qədim təhsil mərkəzi: Kökəldaş mədrəsəsi” məqaləsindən

Müəllif: Yılmaz Cankaloğlu

Mütərcim: Əbuəbdirrəhman Xəyyam Qurbanzadə

Redaktor: Əfruzə Həsənova

Operator və korrektor: Məhbubə Kərimzadə

QAYNAQLAR

Akiner, Shirin. (2000). Religion’s Gap: Islam and Central Asia in the 1990’s, Harvard International Review, Winter/Spring. 63.

Bennigsen, Alexandre K. (1997). Sovyetler Birliğinde İslâmî Uyanış ve Bazı Gelişmeler. 56.

Bozkurt, Nebi. (2012). “Medrese” Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. C.28. İstanbul: TDV Yayınları, 323.

Erol, Mehmet Seyfettin. (2002). Özbekistan Cumhuriyeti, XIX, 641.

Hasanboyev, Ötkir (2014). Özbekistan’da Devlet ve Din Münasebetleri. 30-108.

Hilgers, Irene. (2006). The Regulation and Control of Religious Pluralism İn Uzbekistan, The Postsocioloist Religious Question (Ed: Hann, Chriss), Munster, 87.

https://president.uz/ru/lists/category/12

https://www.president.uz

https://religions.uz/pages/2

https://religions.uz/pages/view?id=13

https://www.gov.uz/oz/pages/territory

https://www.un.int/uzbekistan/uzbekistan/constitution-republic-uzbekistan

İlkhamov, Alisher. (2006). Archeology of Uzbek Identity, Anthropology & Archeology of Eurasia, 32.

İnatov, Babamurad. (2011). Özbegim Âbideleri, 49-50.

Munavvarov, Zohidulla. (2019). Features of The Religious and Spiritual Policy of the Republic of Uzbekistan: Current Trends, Journal Social-Economic and Humanitarian Research, 4/6.

Musahan, Ali Yıldız. (2015). Sovyet Rejiminin Müslümanlar Üzerindeki İnanç, Ahlak ve Aile Politikası, İlahiyatTetkikleri Dergisi, S. 44, Erzurum: 230.

Özaydın, Abdulkerim. (2012). “Türkler’in İslâmiyeti Kabulü”. Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. C. 47. İstanbul: TDV Yayınları, 478.

Saray, Mehmet. (1993). Özbek Türkleri Tarihi, 56-57.

Sultanov, Omor A. (2009). Muhammed Salih Hoca ve O’nun Tarih-i Cedidâyi Taşkent Eseri, 145.

Tangirov, Obid. (2017). XIX. Asır Sonu XX. Asır Başlarında Taşkent Şehrinin Yerel Eğitim Müesseseleri Tarihi, 38.

Taşdemirci, Ersoy. (1988). Medreselerin Doğuş Kaynakları ve İlk Zamanları, Erciyes Üniversitesi SBE Dergisi, 2-269.

Todua, Zurab. (2005). Özbekistan’da Radikal İslam: Oluşum ve Gelişme Perspektifi, 41-48.

Türkoğlu, İsmail. (2007). “Özbekistan Kültür ve Medeniyeti”. Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. C. 34. İstanbul: TDV Yayınları, 113.

Yaman, Ali. (2012). Türk Dünyasında İslâm, Sovyet Ateizmi ve Kültürel Süreklilik, Ankara: 23.

Yıldırım, Ahmet. (2012). Orta Asya’da İslâmi İlimlerin Ortaya Çıkışı ve Gelişimi, Orta Asya’da İslâm: Türk’ün Tanrı’sından Tanrı’nın Türk’üne, ed. Muhammet Savaş Kafkasyalı, C. 2, Ankara-Türkistan: SFN Yayıncılık, 647.