Bir çox insanlar allergik xəstəliklərdən əziyyət çəkirlər. Burun allergiyası deyilən bir xəstəlik də bunlardan biridir. Bu cür xəstələr burun damcısından istifadə edirlər. Bəzilərinin bu xəstəliyi həssaslıq xarakteri daşıyır, burun damcısından istifadə etmədikləri təqdirdə şiddətli zökəm, (burnun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlik) və başağrısından əziyyət çəkirlər. Lakin damcıdan istifadə etdikdə də ağızda müəyyən qədər tam hiss edirlər. … Oxumağa davam et
SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR
ORUCU HAMININ YANINDA YEMƏK VƏ
İSLAMIN MÜQƏDDƏSLİYİNƏ ZƏRƏR VERMƏK
Bütün müsəlmanlar belə bir fikirlə həmrəydir ki, Allaha, Onun elçisinə və axirət gününə iman gətirmiş bir müsəlman ramazan ayında gündüz vaxtı üzrlü səbəb olmadan insanların gözü qarşısında qida qəbul etməməlidir. Bunu edən şəxs düşüncəsizdir və müsəlmanların dini ayinlərini ələ salmaqdadır. …
Bəzi alimlər belə hesab edirlər ki, ramazan ayında insanların gözü qarşısında qida qəbul edən şəxslərlə mübarizə vasitəsi onlara hikmətlə nəsihət vermək və gözəl öyüddür. Ramazan ayında gündüz vaxtı insanların gözü qarşısında qida qəbul etmək asilikdir, haramdır. Cəmiyyətə açıq hörmətsizlikdir, insanların müqəddəs ayinlərinə qarşı saymazlıqdır, müsəlman ölkələrində ədəbdən kənardır. … Oxumağa davam et
BƏYANAT
MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “18 İYUN CÜMƏ AXŞAMI GÜNÜ YER KÜRƏSİNİN ŞƏRQ VƏ QƏRB HİSSƏLƏRİNDƏ
MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”
Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanıb cümə axşamı gününə təvafüq edən 2015-ci il iyun ayının 18-nin 1436-cı il mübarək ramazan ayının ilk günü olduğunu elan etmişdir. Bəyanatda deyilir: Oxumağa davam et
KİŞİ VƏ QADIN ARASINDA FİTRİ-TƏKVİNİ FƏRQLƏR
Allah kainatda hər şeyi cüt yaratmışdır. Bu cütlərdən hər birinin digəri ilə bütün yönlərdə eyni olduğunu söyləmək mümkün deyildir. Allah Quranın “Zariyat” surəsinin 49-cu ayəsində buyurur: “Hər şeyi cüt–cüt yaratdıq. Ola bilsin ki, (Allahın müqabilində başqa bir varlığın olmadığını, yəni Allahın bir cütün bir tərəfi olmadığını) yada salıb xatırlayasınız!”
Zərrələrdən bitkilərə, ondan heyvanlar və insanlar arasındakı erkəklik-dişiliyə qədər hər şey cütdür və bir-birinə möhtacdır. Oxumağa davam et
ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ
SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR
ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ
SUAL: Qadın nikah kəsilərkən həyatın (yəni ailənin) himayəsinin onun ixtiyarında olmasını şərt edə bilər? Əgər şərt kəsilərsə, kişi bu şərtə riayət etməsə, yaxud o şərti batil (keçərsiz) bilsə, izdivac (nikah) əqdi batildirmi?
CAVAB: Bu şərt iki şəkildə icra edilə bilər. Birincisi budur ki, ailənin himayə olunmasının arvadın əlində olacağını şərt edirlər. Bu şərt batildir, çünki Allah-Taala həyatın himayə olunmasını kişiyə tapşırmışdır. Oxumağa davam et
31 MART SOYQIRIMI VƏ QAFQAZ İSLAM ORDUSU
XIX əsrin ikinci yarısından etibarən Osmanlı Dövlətinin dünyada az rast gəlinən tolerant idarəçiliyində dinlərini, dillərini və mədəniyyətlərini heç bir təzyiqə məruz qalmadan saxlayan və çox rahat yaşayan, əksəriyyəti ticarət və sənətkarlıqla məşğul olaraq varlanan ermənilər artıq bununla kifayətlənmirdilər. Şərqi Anadolu və Cənubi Qafqazda geniş əraziləri əhatə edən müstəqil bir “Böyük Ermənistan” qurmaq üçün fəaliyyətə keçdilər. Bu işdə Rusiya, İngiltərə və Fransa kimi dövlətlər ermənilərdən Osmanlı Dövlətinin daxili işlərinə müdaxilə etmək üçün istifadə edərək onlara dəstək verirdilər. Oxumağa davam et
