Uşağın nütfəsi mayalandıqda və ana rəhimində qərar tutduqda onu abort etmək icazəli deyil. İstər onun nütfəsi şəri evlilik (nikah) nəticəsində mayalansın, istərsə də qeyri-qanuni cinsi əlaqə (zina, sifah) ilə mayalansın. İstər tam xilqətli (yaradılışlı) bir məxluq, yaxud naqis xilqətli (şikəst) bir məxluq olduğu bilinsin, istərsə də biinməsin. İstər ona ruh üfürülsün, istərsə də üfürülməsin. İstər uşağı abort edən şəxs onun anası olsun, istərsə də ondan qeyri bir şəxs. İstər valideynlərdən birinin, yaxud onların hər ikisinin tələbi ilə olsun, istərsə də heç bir tələb olmasın. Oxumağa davam et