Peyğəmbərimiz 45 yaşına çatmışdı, yəni Həzrət Peyğəmbərin peyğəmbərliyə vəzifələndirilməsindən beş il keçmişdi. Qız övladlarının sonuncusu olan seyidlər nəslinin qaynağı, “Cənnət qadınlarının xanımı”, Həzrət Həsən və Hüseynin anası olan Həzrət Fatimə cümadəlaxirə ayının iyirmisi, cümə günü bu qoca dünyamıza gözlərini açdı. Peyğəmbərimiz peyğəmbərlik nuru ilə onun nəslindən gələcək olan nurlu nəsli – Əhli-Beyt imamlarını görmüş, onun doğum xəbərinə digər övladlarına sevindiyindən daha çox sevinmişdi.
Peyğəmbərimiz daha sonra Xədicə anamızın yanına getdi və onu təbrik etdi. Qundağa sarınmış övladını qucağına aldı. Öpdü, sevdi və bağrına basdı. Sonra da ilahi ilhama tabe olaraq ciyərparəsinə “Fatimə” adını qoydu. Oxumağa davam et