Ənənəvi şiə fiqhində Qurana və qəti Sünnəyə müxalif olan bəzi hədislərə əsaslanmaqla bir çox müctəhidlər, ələlxüsus hal-hazırda təqlid olunan dini rəhbərlər sübh azanına qədər qəsdən cənabətli qalmağın orucu pozan işlərdən olduğuna fitva vermişlər. O hədislərdən birini sizin nəzərinizə çatdırırq: “Bir kişi ramazan ayının gecəsində cünub oldu, sonra sübh azanına qədər qəsdən qüslü tərk etdi. İmam Sadiq dedi: bir qul azad etməli, yaxud iki ay ardıcıl olaraq oruc tutmalı, yaxud da altmış miskinə təam verməlidir!”[1] Bu hədisdə kəffarənin verilməsinin vacib olması onu göstərir ki, bu iş orucu pozan işlərdən hesab olunur və o günün qəzası da tutulmalıdır. Oxumağa davam et