Bəşər tarixində elə faciələr olmuşdur ki, onları dəqiq bir şəkildə ifadə etmək, həmin faciələrin dəhşətini, vəhşətini olduğu kimi beyinlərə və hisslərə çatdırmaq mümkün deyildir. Kəlmələr həmin hadisələrin beyinləri durduracaq, ürəkləri ağızlara gətirəcək və insanın bütün vücudunu donduracaq qədər böyük təsirini tərənnüm etməkdən acizdir. Hətta qısametrajlı filmlər, videoçəkilişlər belə həmin faciələrin müəyyən hissəsini əks etdirir və onların tam əhatəli tərənnümünü verməsi, qorxunc səhnələri hər tərəfli olaraq beyinlərdə canlandırması mümkün deyildir. Oxumağa davam et