İORDANİYA KRALİÇASI KVİN NUR

KVİN NURCNN telekanalına verdiyi müsahibədə Kvin Nur belə deyib: “Mən dünyada ən kasıb və konflikt yaranan ölkələrdə şahid olmuşam ki, fəqirlik, durğunluq və ətalətdən qurtulmağın səbəbkarı qadınlardır. Bombasız, gülləsiz, yəni həqiqi təhlükəsizliyin təmin olunmasına kömək edə bilən də məhz qadınlardır”.

Uzun illər Kral Hüseynin yoldaşı İslam cəmiyyətində səmimi, açıqsözlü və əzmkar bir qadın kimi tanınıb.

1974-cü ildə Kvin Nur Prinston Universitetinin ali kursunu şəhər planlaşdırma və memarlıq dərəcəsi ilə bitirib.

1978-ci ildə amerikalı-ərəb Liza Hələbi öz qərbsayağı həyatını geridə qoyaraq İslamı qəbul edir və İordaniyanın yaraşıqlı kralı Hüseynlə ailə həyatı qurur. Kral onu Kvin Nur əl-Hüseyn, yəni Hüseynin işığı adlandırırdı. Onların sevgi romanı 1999-cu il kralın vəfatına qədər davam edir.

Əlbəttə, xristianlıqdan İslama dönmək o qədər də asan iş deyildi. Kraliça Nurun sözlərinə görə uzun müddət Kral Hüseynin evlənmə təklifi üzərində düşünərək cavabını gecikdirirdi, çünki Kral Hüseyn “biz hər ikimiz həyatımızı paylaşırıq”, – deyərkən olduqca qərarlı bir addım atırdı.

Xanımın ərəb millətinin idarəedici üzvü olmaq qərarını Birləşmiş Ştatlarda və Ərəb-İsrail əlaqələri olan qərb ölkələrində bir çoxları qəlizləşdirirdi. Buna baxmayaraq o, evlilik qərarını qəbul edir və onun bu addımı İordaniya xalqı tərəfindən çox mehriban qarşılanır.

Amerika və Avropalı məruzəçilərin soruşduğu “əzilmiş və basqı altında olan cəmiyyətdə yaşamaq necə bir hissdir?” sualı onu ən çox təəssüfləndirən suallardan biridir, çünki o bilir ki, İslam məhz azadlıq və qurtuluş dinidir.

“İslamın prinsipləri dünyada düzgün və yaxşı tanınmır, çox vaxt kütləvi informasiya vasitələri tərəfindən siyasiləşdirilir və antihumanizm kimi təqdim olunur. Halbuki İslam savadlanmaq, pluralizm, təhsilin vacibliyi, elm və idrak haqqındadır. Onun ilk nəzəriyyəsi sosial ədalət, fundamental olaraq bizim bir-birimizlə yardımlaşma məsuliyyətimizdən ibarətdir. Xeyriyyəçiliyin zəruriliyi imanın təməl prinsiplərindəndir. Dul və yetimlərə yardım etmək, əldə etdiyi gəlirin müəyyən bir hissəsini çətin vəziyyətdə olan insanlara dəstək olmaq üçün sədəqə vermək və s.

O zamanlar qadın hüquqları bir inqilab idi. Müsəlman ölkələrinin müəyyən bölgələrində bu dəyərlər boğulsa da, nəzəriyyə gün kimi aydındır.

Təsdiq edirəm ki, neqativ stereotiplər mediada xəbərlərdən tutmuş məşhur əyləncə proqlamlarına qədər tərənnüm olunduğu üçün hələ də mövcuddur. Bu gün dövri mətbuat yaranan problemin ayrılmaz bir hissəsinə çevrilib. Buna görə də yeni, interaktiv və ənənəvi media problemin müəyyən tərəfdən həlli ola bilər.

Bizim humanist fikirlərimizi həyata keçirməyə mane olan dünyada hökm sürən nadanlıq, insafsızlıq və qorxudur. Bütün bunları aradan qaldırmaq üçün gənclər birlikdə çalışmalıdır. Onlar Allahın istəyi ilə bu arzunun gerçəkləşməsinə zəmin yarada bilər. Biz bir ailə kimi ünsiyyətdə olmaqla bir-birimizdən bilmədiklərimizi öyrənməli, bu problemləri həll etmək üçün qəti qərarla bir istiqamətdə çalışmalıyıq. Bizim ümumi birliyimizin olması hazırkı dövrdə daha vacibdir”.

Kraliçanın İordaniyada və ərəb dünyasındakı işləri təhsil sahəsində, insan hüquqları, müxtəlif  mədəniyyətlərarası anlama ilə bağlı milli inkişafa ehtiyac olan ərazilərdə cəmlənib.

Hal-hazırda o, Ümumdünya Kolleclər (UWC) təşkilatının prezidentidir. O, eyni zamanda Kral Hüseyn və Beynəlxalq Kral Hüseyn fonduna sədrlik edir. Hər iki fond Kral Hüseynin mirası ilə təhsilin və rəhbərliyin yaxşılaşdırılması, sağlamlıq, qadınların hüquq və səlahiyyətləri, ətraf mühitin qorunması, mikromaliyyə, sosial inkişaf, müxtəlif mədəniyyətlərarası hörmət və anlayış və s. qabaqcıl proqramları həyata keçirmək üçün yaradılıb.

Kvin Nur İordaniyada SOS uşaq kəndlərinin hamisidir. İordaniya kraliçası həmçinin iki yüksək tirajlı kitabın müəllifidir.

Gülnarə Məmmədova  

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma