LAURA RODRİQEZ

“İslam dini qadın azadlığına geniş yer verdiyi halda, xristianlıq bu azadlığı məhdudlaşdırır”. Bunu müsəlman qadın hüquqlarını müdafiə edən, “Müsəlman Qadın Hüquqları Birliyi”nin rəhbəri, katolik ailədə böyümüş, ispaniyalı müsəlman Laura Rodriqez belə deyir.

lauraLaura xanım buyurur ki, İslam dini ona xristianlıqda məhrum olduğu hüquqlarını qaytardı. İstər fərdi azadlıq, istərsə də, iqtisadi hüquqları, məhkəmədə öz fikir və maraqlarını təqdim etmək imkanı, təhsil, işləmək hüququ və s. İslamın əksinə olaraq xristianlıqda qadın birbaşa Allahla münacat edə bilməz, evlilik həyatında intim yaxınlıq tələb edə bilməz. Hətta qadının boşanmağa  etiraz etmək haqqı da  yoxdur.

“Xristian ölkələrində qadınlar niyə müsəlmanlardan  daha çox ictimai həyata kütləvi şəkildə cəlb olunublar”, – sualına Laura xanım belə cavab verir: “Bu gün xristian ölkələri xristian dininin qanunları ilə deyil, dünyəvi qanunlarla idarə olunur. Necə ki, müsəlman ölkələrində şəriət qanunları hakim deyil”. O həmçinin qeyd edir ki, avropalı qadınlar yalnız Fransa inqilabından sonra hüquq qazanıblar.

“Əfsuslar olsun ki, İslam dini də müasir dünyada praktiki yaşanmır. İspaniyanın qanunları isə müsəlman, xüsusilə də, immiqrant qadınların hüquqlarını müdafiə etmir”. Laura Rodriqez onların bu cür çətinliklərini asanlaşdırmaq üçün müəyyən yollar araşdırdığını söyləyir.

Avropa mediasında daha çox problem yaradan – insan hüquqları müdafiəçiləridir ki, onlar İslamı neqativ yolla işıqlandırır. Müsəlman kişilərini despot kimi, qadınları isə basqıya məruz qalan, əzilmiş, gücsüz qul olaraq “tərənnüm” edirlər.

İspaniya Federasiyasının katibi Yusif Fernandes şikayətlənərək belə deyir: “Biz İspaniyada İslam ədalətini dəstəkləyəndə mətbuat buna heç bir əhəmiyyət vermir. Lakin nə zaman  hər hansı bir müsəlman ölkəsındə ər-arvad sədaqətsizliyi və ya zina daş-qalaq edilsə, qərbin mediası bu “faciəni” dünya miqyasında qızışdırır”. Onun sözlərinə görə İspaniyada İslamı yalnız ekstremizm, terrorizm və immiqrasiya ilə əlaqələndirirlər. Baxmayaraq ki, İslam dini İspaniyanın oxşar  mədəniyyəti və tarixinin ayrılmaz bir hissəsidir.

Laura xanım “Hürriyyət” qəzetinə verdiyi müsahibələrdən birində belə bir fikir söyləyir: “Qərbdə müsəlman qadınları ictimai həyatda aktiv fəaliyyət göstərmək istəyirlər. Lakin hətta avropalı müsəlmanlara da buna icazə verilmir. Əgər mən hər hansı ictimai təşkilata qoşulmaq və ya bir işlə təmin olunmaq istəyirəmsə, hicablı olduğuma görə xahişimi rədd edirlər”.

Bəşəriyyətə göndərilmiş müqəddəs dinimiz insan fitrətinə uyğun olduğu üçün İslamı yaşamaq əslində nə qədər asan və gözəl olsa da, cəmiyyətimizdə islamafoblar onu çətinləşdirir və ictimai həyatda xüsusilə qadınlara məhdudiyyət qoyurlar. Nəticədə istər ailədə, istərsə də iş həyatında qadın dinlə bağlı problemlərlə üzləşir. Lakin bu çətinliklər İslamı öz sağlam düşüncəsi, intellekti ilə qəbul edən müasir qadınlarımızı heç də dindən uzaqlaşdırmır, əksinə onlar imana sarılıb Allaha təvəkkül edərək doğru olan yollarına davam edirlər, çünki bir müsəlman işini, mövqeyini itirərsə, həyatda sadəcə müəyyən çətinliklə üz-üzə gələr, lakin imanından dönərsə, əbədi səadət məşəlini öz əli ilə söndürmüş olar. 

Gülnarə Məmmədova

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma