İNQRİD MATSON

“Doğru yol tutan yalnız özünə xeyir, haqq yoldan azan da ancaq özünə zərər edər. …” (“İsra”; 15)

ingridMattson3Ontarioda Vaterlo Universitetində təhsil almış İnqrid Matson fəlsəfə və təsviri incəsənət elminə yiyələnmiş və katolik olaraq böyümüşdür. O, hələ kollecdə təhsil aldığı zaman Parisə gedir və orada olarkən Seneqallı müsəlmanların haqqını müdafiə edir. Artıq bir ildən sonra Matson İslamı qəbul edərək hicab geyinir.

O, 1987-ci ildə Pakistana səyahət edir və bir il əfqan köçkünləri ilə birlikdə  işləyir. Orada misirli mühəndis Amer Ətək adlı könüllü bir əsgərlə ailə həyatı qurur. Xanım Matson hal-hazırda Hartford Seminariyasında İslami Tədqiqat və Xristian-Müsəlman Əlaqələri üzrə professordur. 2001-ci ildə ŞAİC-in (Şimali Amerika İslam Cəmiyyətinin) vitse prezidenti seçilir və 2006-cı ildə təşkilatın ilk qadın prezidenti elan olunur.

O, söhbətlərin birində İslamı necə qəbul etdiyini belə izah edir: “Fəlsəfə və təsviri incəsənətdə təhsilimi tamamladıqdan sonra qaranlıq sinif otaqlarında saatlarla professorlarımın projektorla divarda əks etdirdiyi qərb incəsənətinin nümunələrinə baxırdım. Universitetin kitabxanasından incəsənətin tarixi barədə kitablar toplayırdım.
Monreal, Çikaqo, Torontoda incəsənət muzeylərinə gedirdim. Mən vizual incəsənətdə nə axtarırdım? Deyə bilərəm ki, sevdiyim soyuq və qaranlıq katolik kilsəsində uşaq ikən hiss etdiyim bəzi üstün məqamları. Mən ali məktəbdə oxuyarkən Allaha olan inam hissini tamamilə itirmişdim və din haqqında, demək olar ki, düşünmürdüm. İncəsənət məhsuldar bir sahə idi, işin sonunda nəticə əldə edirdin.Lakin sonda bu sənətdən ayrılma duyğusu məni bürüdü. Sözsüz ki, incəsənətlə məşğul olan sənətkarların nailiyyətinə qarşı məndə hər zaman alqış duyğusu var idi. Amma nə zaman ki öz daxilimdə gözəllik duyğusu alovlanırdısa  dərhal sönürdü. Bu duyğu yenidən fəaliyyətə başlamaq üçün heç bir əsas vermirdi.

Sonra mən böyük insanlarla, Allahı tanıyan gözəl xanımlarla rastlaşdım, hansı ki onlar öz rəhbərlərinin, ideallarının surətini təsvir etmədən onlara pərəstiş edir və onların yolu ilə gedirdilər.

Həyat yoldaşım bir dəfə mənə özünün çox hörmət etdiyi bir qadının intellektindən, alicənablığı və xeyirxahlığından danışdı. Həmin qadın bir çox uşaqlara ənənəvi və müasir elmləri öyrətməklə məşğul idi. O qadının qaçqın düşərgələrinə, yetimxanalara böyük canfəşanlıqla çətin səfərlər təşkil edərək maddi yardım göstərməyi təqdirəlayiq idi. Onun tez-tez digər qadınlarla bölüşdüyü dini biliklərindən hörmətlə bəhs edirdi. Nəhayət, bir gün o qadını gördüm və çox heyrətləndim. O, başdan ayağa qədər örtülü geyimdə idi. Mənim yoldaşım heç vaxt onun üzünü görməmişdir. Lakin onu əməllərindən, ayrı-ayrı insanlara bəxş etdiyi müsbət təsirdən dolayı yaxşı tanıyırdı. Biz səhv düşünürük ki, bir insanı zahirən görmək onu tanımaq, bilmək deməkdir. İslam mədəniyyəti adi və ya məsum insanları unutmamaq və yüksək tutmaq üçün zahiri görünüşü mühüm saymır. Bu məntiqlə yanaşsaq, Allah insanların zahiri gözləri ilə görünən varlıq deyil. Lakin həqiqi göz-bəsirət gözü ilə görən insanlar Onu, Öz yaradıcı qüvvəsinin kainatdakı təsirindən tanıya bilər. Quran-kərimdə buyurulduğu kimi: “Məgər onlar başları üstündə göydə qanadlarını açıb-yuman quşları görmürlərmi? Onları (göydə) ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndır!” (“Mülk”; 19)

Əgər Allah yaratdıgı məxluqlardan üstündürsə, insanın Onu təsvir etməsi mümkün deyil və insan Allahı yalnız Onun 99 ismi ilə “təsvir” edə bilər ki, bu adlar Allahın kainatda idarə etdiyi işləridir. Məsələn, Mərhəmətli, Bağışlayan, Müdrik və s.

Müsəlmanlar nəinki Allahı, hətta Onun göndərdiyi elçilərin də şəkillərini təsvir etmədən tərif edirlər.

Peyğəmbərin (s) bütün insanlara nümunə olan həyatı şifahi və yazılı şəkildə gələcək nəsillərə ötürülmüşdür. Onun həyat xronologiyası, xütbələri və davranışları daha çox hədis elmində toplanmışdır və eyni zamanda müqəddəs kitabda – Quranda onun haqqında bir çox ayələr var. “Həqiqətən, Allahın Rəsulu sizin üçün, Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab”; 21)

Peyğəmbərin (s) yolu ilə gedən əshabələr onun nəinki ibadət üsuluna, şəxsi gigiyenasından tutmuş uşaqlarla, qonşularla ünsiyyətinə, münasibətinə də diqqət edir və hər bir sahədə onun kimi olmağa səy göstərirdilər. Hər təbəqədən və cinsdən olan həqiqi müsəlmanlar onu öz həyatında örnək olaraq öyrənməyə və tərənnüm etməyə çalışırlar. Doğrudur, çox təəssüf edirəm ki, Peyğəmbərin (s) mülayımliyi və qəzəbi, and içməyə qarşı nifrəti, qadınlarla alicənab rəftarı kimi keyfiyyətləri bəzi müsəlman cəmiyyətinə az təsir edb, lakin onun zahiri görünüşü, yəni səliqəsini, qonaqpərvərliyi və səxavətini bir sıra müsəlmanlarda görmək olar. Əlbəttə ki, Peyğəmbərin (s) Sünnəsini tam olaraq yaşaya bilməzlər, çünki o, bəşəriyyətdə ən gözəl, ən ideal əxlaqa sahib bir şəxsiyyət idi.

Mənim ilk dəfə Qərbi Afrika tələbələri ilə görüş zamanı müsəlmanlara qarşı mənim diqqətimi çəkən onların Peyğəmbərin (s) Sünnəsinin bir çox tərəflərini təmsil edən gözəl xüsusiyyətləri – bir-birilə azacıq yeməklərini belə paylaşması, alicənablıq, səxavət və səmimiyyət nümayiş etdirməsi oldu. Sonralar da eyni keyfiyyətlərin şahidi oldum. Kosovadakı hücumlar zamanı məcburi köçkünlər olan evlərdə alban müsəlmanlarının məruzələri olurdu və orada bir nəfər şəxs kiçik evində toplanmış 20 nəfər üçün usanmadan gündəlik yemək hazırlayırdı.

Mən yoldaşımla Pakistanda ailə quranda qaçqın fəhlələri kimi bizim də çox pulumuz yox idi. Toydan bir neçə gün sonra qaçqın düşərgəsinə qayıtdıqda Əfqan qadınları çox səmimi şəkildə yoldaşımın toyda bağışladığı geyim, qızıl qolbaq, buyunbağı və üzükləri onlara göstərməyi məndən xahiş etdilər. Mən isə onlara sadə qızıl üzüyümü göstərdim və toy paltarımı isə borc aldığımı söylədim. Onların üzünü hörmətlə yanaşı bir kədər bürüdü. Növbəti həftə isti, narahat düşərgədə oturarkən evlərindən, ölkələrindən qovulmuş, uşaqlarını, ərlərini itirmiş, ailəsinə ərzaq almaq üçün əşyalarını satmaq məcburiyyətində qalmış qadınlar mənə toy hədiyyəsi olaraq geyim dəsti təqdim etdilər. Bu, mənim həyatımda ən gözəl, yadda qalan, qeyri-adi bir hədiyyə idi, çünki bu sadəcə toy hədiyyəsi deyildi, eyni zamanda ibrət alacağım bir dərs, iman və ixlasın ən şirin və təmiz meyvələrindən biri idi”. 

Gülnarə Məmmədova

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma