Archive | Avqust 2014

QADIN VƏ AİLƏ ZORAKILIĞI

ƏLLAMƏ SEYİD ƏLİ FƏZLULLAHLA

 “QADIN VƏ AİLƏ ZORAKILIĞI” MÖVZUSUNDA DİALOQ  

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!  

PROBLEMLƏRİN AİLƏ DAXİLİNDƏ HƏLL EDİLMƏSİ ZƏRURİDİR

zorakılıq2Ailə zorakılığı məfhumu son vaxtlar ortaya atılmış bir mövzudur və bu mövzu ətrafında mübahisələr günü-gündən artmaqdadır. Ələlxüsus da medianın kişi ağalığı adlandırdığı bu mövzu ilə bağlı hay-küy getdikcə çoxalır. Hətta bu anlayış qanun və şəriət baxımından bir çox informasiya vasitələrinə də təsir etməkdədir. Biz də öz növbəmizdə bu məsələni işıqlandırmağı münasib gördük və Əllamə Seyid Əli Fəzlullaha bu barədə bir çox suallarla müraciət etdik. Oxumağa davam et

ALLAH YANINDAKI DƏYƏRİMİZ DUAMIZDADIR

загруженноеİnsanın Allah yanındakı dəyəri onun Allaha etdiyi duasına bağlıdır. “De ki: “Əgər duanız olmasa, Rəbbinizin yanında nə qədir-qiymətiniz var? …”[1]

İnsan aciz bir varlıqdır. İxtira etdiyi nailiyyətlər hər nə olursa-olsun və hər nə qədər olursa-olsun yenə də həyatında hər şeyi dəyişə bilməz.

Biz bilirik ki, qəza və qədərə razı olmaq və müsibətlərə səbir etmək imanın əsaslarındandır, lakin dua qəza və qədəri dəyişə bilər. Və insanın qarşılaşacağı müsibəti, hətta ölümü belə ondan uzaqlaşdıra bilər. Oxumağa davam et

ABORTLA ƏLAQƏDAR ŞƏRİ HÖKMLƏR

1964939_701011506613903_3091583363007466854_nUşağın nütfəsi mayalandıqda və ana rəhimində qərar tutduqda onu abort etmək icazəli deyil. İstər onun nütfəsi şəri evlilik (nikah) nəticəsində mayalansın, istərsə də qeyri-qanuni cinsi əlaqə (zina, sifah) ilə mayalansın. İstər tam xilqətli (yaradılışlı) bir məxluq, yaxud naqis xilqətli (şikəst) bir məxluq olduğu bilinsin, istərsə də biinməsin. İstər ona ruh üfürülsün, istərsə də üfürülməsin. İstər uşağı abort edən şəxs onun anası olsun, istərsə də ondan qeyri bir şəxs. İstər valideynlərdən birinin, yaxud onların hər ikisinin tələbi ilə olsun, istərsə də heç bir tələb olmasın. Oxumağa davam et

ANA, MƏNƏ NECƏ QIYDIN?

Abort… abort çoxlarımız üçün adi səslənən bir söz. Abort… Bu sözü bilməyən bir kəs varmı?

Çoxumuz onunla daha yaxından tanışıq. Ətrafımızda yaxınlarımız, bizə doğma olan insanlar, qonşular – bütün dünyada milyonlarla qadın aborta məruz qalır. Kimsə özü bu yolu keçməli olub, kimsə də bunu başqasına məsləhət görüb.

“Abort – hamiləliyin istənilən mərhələsində onun dayandırılmasıdır”. Bu quru, adi tibbi terminin arxasında daha qorxulu, dəhşətli səslənən – “uşaq qətli” durur.

memorial-for-unborn-childrenAbort mahiyyət etibarı ilə insana qarşı (Allahın kainatı məhz onun üçün yaratdığı halda) yönəlmiş ən dəhşətli cinayətdir. Özü də özünü müdafiə etməyi bacaran yetkin insana qarşı yox, əksinə müdafiəsiz, kiçik insana qarşı yönəlmiş cinayət. Bəs kim uydurub bu bəd əməli? Özünə müxtəlif bəhanələr taparaq əsrlər boyu bu bəd əməli icra edib və edir.

Cahiliyyə dövründə bəzi ərəblər qız övladları olduğu zaman bundan utandıqları üçün, bəziləri də onları böyüdüb saxlamaqda sıxıntı çəkəcəklərindən narahat olduqları üçün onları diri-diri torpağa basdırırdılar. Göstərilən səbəblərdən biri də bu idi ki, qadınlar müharibədə iştirak etmirdilər. Çox vaxt qadınlar müharibədə qalib qələn tərəfin əsarəti altına düşürdülər. Bu da onların kişiləri üçün bir rüsvayçılıq idi. Buna görə də qız uşaqlarını diri-diri torpağa basdırmaq adətinə – bu vəhşi cinayətə göz yumulurdu. İslamın gəlişi ilə buna son qoyuldu. Oxumağa davam et

XALİDƏ İZZƏTBEQOVİÇ

Əsrimizin siyasi xadimlərindən biri və İslam mübarizəsinin mücahidi Aliya İzzətbeqoviçin həyat yoldaşı, Bosniyanın anası Xalidə İzzətbeqoviç… O, II Dünya Müharibəsi dövründə yaşamış, uşaqlıq illəri müharibənin dəhşətləri içərisində keçmiş, daha sonra Titonun dövründə əsarətdə olmuş, həbs edilmiş, sonra həbsdən azad olunmuş, hədə-qorxularla dolu olan bir həyat sürmüşdür. Əzab-əziyyətlər içərisində keçən həyat yolunda ömür-gün yoldaşının yeganə dəstəkçisi olmuşdur. Eyni ilə “Səadət Əsri”ndə Hz. Xədicə və Hz. Fatimə kimi.

Xalidə İzzətbeqoviç 1926-cı il iyun ayının 20-də Sarayevonun yaxınlığında olan Könitz qəsəbəsində müsəlman əsilli bir ailədə dünyaya gəlmişdir. Qız İnstitutunun Ailə və Evlilik fakültəsinin məzunu olmuşdur. 1946-cı ildə Aliya İzzətbeqoviçlə nikah bağlayacaqları gün həbs edilmişlər. Səbəb isə birlikdə yayımladıqları “Mücahidlər” jurnalı idi. Kommunist hökuməti qanunsuz yayım həyata keçirmək bəhanəsi ilə jurnalı bağlamış və onları həbs etmişdir. Çox keçmədən Xalidə xanım azadlığa buraxılsa da, Aliya İzzətbeqoviç 3 il azadlıqdan məhrum edilmişdir.

Həbsxanaya düşdükdən sonra belə bir an da olsun peşmanlıq hissi keçirməyən Xalidə xanım özünü Allaha daha da yaxın hiss etmiş və fəaliyyətini daha da ciddi bir şəkildə davam etdirmişdir. Aliya bəy həbsxanadan çıxandan sonra onunla ailə qurmuş və birlikdə islami yayım fəaliyyətinə yenidən başlamışlar. 1990-cı ildə Aliya bəy qurduğu “Demokratik Hərəkat Partiyası” tərəfindən prezident seçilmişdir.

Əvvəllər Xalidə xanım İslam qanunlarına uyğun olaraq örtünmək istəsə də, dövlət məmurları və polis tərəfindən hədələnərək bu hərəkətinə mane olmuşlar. Yalnız Aliya bəyin Partiyası seçkilərdə qalib gələndən sonra Xalidə xanım örtünmüşdür.

Kommunist rejimi dağıldıqdan sonra azadlığa qovuşmuş, öz ölkəsində İslami dəyərləri azad bir şəkildə müdafiə edib bu dəyərləri yaşatmaq istərkən Bosniya üfüqlərinə yenə də bir fəlakət üz verdi. Xalidə xanım çox keçmədi ki, xalqını yenə də qorxulu bir fəlakətin, tarixin ən qanlı və vəhşi bir müharibəsinin içində gördü.

Müharibənin dəhşətlərini, məzlum və günahsız insanların, təcavüzə uğrayanların bütün ağrı-acılarını ürəyində daşımağa başladı Xalidə xanım. Ancaq nə onun özü, nə də həyat yoldaşı yorulub-usanmadılar. Heç bir zaman Quran-kərimdən ayrılmadılar, çünki ilahi vədə inanırdılar.

Böyük mübarizələr böyük insanlar tələb edir. Eləcə də böyük insan olmaq üçün böyük hadisələrin imtahanından keçmək lazımdır. Dözümlü ürək, əziyyətlərə səbirlə davam gətirmək, vəfa, fədakarlıq – bu keyfiyyətlərin hamısı Xalidə xanımda artıqlaması ilə var idi. Xalidə xanım təkcə üç övladının deyil, bütün Bosniyanın və bosniyalıların – şəhidinin də, qazisinin də anası idi. O, şəfqət qəhrəmanı, həqiqi bir ana idi. İmkan tapan kimi ön cəbhənin ən qaynar nöqtələrinə gedərək bosniyalı əsgərlərlə görüşür, onlara mənəvi dəstək olurdı.

O, ailəsindən, uşaqlarından, vətənindən ayrılıb İstanbula köçmək məcburiyyətində qalan, lakin burada da Bosniya üçün, bosniyalılar üçün gecəsini gündüzünə qataraq çalışan bir qəhrəman olmuşdur.

İstanbula gəldiyi gündən bosniyalı qaçqınlar üçün salınmış düşərgə və xəstəxanalara gedir, elə onlarla birlikdə gününü başa vurur, Bosniyaya yardım göstərmək və oradakı övladlarına dəstək olmaq üçün dəridən-qabıqdan çıxırdı.

Xalidə xanım İstanbulda toxucu qadınlardan ibarət bir dərnək yaratmış və bosniyadakı əsgərlərə on min dəstə yaxın paltarın toxunub göndərilməsini təşkil etmişdir. Bundan başqa, təcavüzə məruz qalmış qadınların müalicəsi ilə şəxsən məşğul olmuş, onları ailələrinə qovuşdurmuş, subay qızların ailə qurmasına şərait yaratmış, onların mənəvi yükdən azad olmaları üçün əlindən gələni etmişdir. Müharibə qurtarandan sonra o, Bosniyaya Quran və təfsir kitablarının göndərilməsini təşkil etmişdir.

Onun kimi xanımlara “First Lady” (“Birinci xanım”) deyirlər. O isə prezident xanımı olmağın üstünlüklərini yaşamaq əvəzinə, bu məqamın yalnız məsuliyyətini çiyinlərində daşımışdır.

İnanırıq ki, Bosniyanın mübarizəsi tarixə çevrildiyi zaman Xalidə xanımın da adı tarix kitablarında layiqli yerini tutacaqdır.

Kifayət Həsənli

LAURA RODRİQEZ

“İslam dini qadın azadlığına geniş yer verdiyi halda, xristianlıq bu azadlığı məhdudlaşdırır”. Bunu müsəlman qadın hüquqlarını müdafiə edən, “Müsəlman Qadın Hüquqları Birliyi”nin rəhbəri, katolik ailədə böyümüş, ispaniyalı müsəlman Laura Rodriqez belə deyir.

lauraLaura xanım buyurur ki, İslam dini ona xristianlıqda məhrum olduğu hüquqlarını qaytardı. İstər fərdi azadlıq, istərsə də, iqtisadi hüquqları, məhkəmədə öz fikir və maraqlarını təqdim etmək imkanı, təhsil, işləmək hüququ və s. İslamın əksinə olaraq xristianlıqda qadın birbaşa Allahla münacat edə bilməz, evlilik həyatında intim yaxınlıq tələb edə bilməz. Hətta qadının boşanmağa  etiraz etmək haqqı da  yoxdur.

“Xristian ölkələrində qadınlar niyə müsəlmanlardan  daha çox ictimai həyata kütləvi şəkildə cəlb olunublar”, – sualına Laura xanım belə cavab verir: “Bu gün xristian ölkələri xristian dininin qanunları ilə deyil, dünyəvi qanunlarla idarə olunur. Oxumağa davam et