SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

tesettur_giyim45e5ir45wwq SUAL: Qadının kişi qohumları ilə mehriban davranması və zarafat etməsi icazəlidirmi?

CAVAB: Əgər bu onun ərinə pis təsir edirsə və qəlbində xəstəlik olan şəxslərin ona tamah salmasına səbəb olursa, yaxud normal həddi aşırsa, icazəli deyil.

SUAL: Siz artıq qadınların şalvar geyinməsinə icazə vermisiniz. Artıq şalvar qadınlar və kişilər üçün ümumi bir paltara çevrilmişdir. Bədəni örtmədən onun geyinilməsi icazəlidirmi?

CAVAB: Bəzi insanların fitvaları başa düşməsini başa düşə bilmirəm. Bu məsələ barəsində biz iki nöqtəyə işarə etmək istəyirik: Burada açıq bir şəri hökm vardır. O da budur ki, kişinin qadın paltarı və qadının da kişi paltarı geyinməsi icazəli deyil, lakin şalvar bu gün kişilərlə qadınlar arasında müştərək paltara çevrilmişdir. Bu bir əmrdir. İkincisi də odur ki, qadın çölə çıxmaq istədikdə bədənini örtməsi vacibdir, çunki şəffaf olan, bədəninin formasını bildirən və təhrikedici rəngi olan şeylərin geyinilməsi şərən caiz deyil. Bu maddi hicabla yanaşı mənəvi hicab da vardır. O da budur ki, qadının geyindiyi paltar, istər rəngi baxımından, yaxud paltarın biçimi (yəni tikiliş şəkli) baxımından, yaxud mövzunun təbiəti baxımından cinsi hisslərin hərəkətə gəlməsinə səbəbiyyət verməməlidir. Buna görə də biz demirik ki, şalvar geyinmək icazəlidir, yaxud icazəli deyildir. Bu ümumi ürfə aid olan bir məsələdir. Bunun təyin olunmasında ölkələr bir-birindən fərqlənir, lakin qadının paltarında şəri örtü şərt kimi qalır, istər şalvar olsun, yaxud olmasın.

SUAL: Qadının evindən üstünü əba ilə örtmüş şalvarla çıxması icazəlidirmi?

CAVAB: Mühüm olan örtüdür. Belə fərz edək ki, şalvar əba ilə örtülüb, bunun heç bir problemi yoxdur.

SUAL: Qadının evdən çıxarkən xoşagəlməz iyi aradan aparmaq üçün istifadə etdiyi və iyi aradan getməyən ətrin hökmü nədir?

CAVAB: Qadının ətirlənib çölə çıxması məqbul deyil, lakin haram da deyil. Burada üzərində dayandığımız bir Quran ayəsi vardır: “… Əziləəzilə danışmayın, yoxsa qəlbində xəstəlik olan şəxs tamaha düşər. …” (“Əhzab”, 32). Bu ayədən belə başa düşürük ki, kişilərin cinsi hisslərinin hərəkətə gəlməsi və onların qadına tərəf cəzb olunması ilə nəticələnən hər bir hal şəri baxımdan rədd olunur.

SUAL: Qadının ayağını örtmək üçün şəffaf corab geyinməsi kifayət edirmi?

CAVAB: Əgər corab, ayağı şəffaf şəkildə göstərəcək qədər nazik olarsa, bununla örtünmə həqiqət tapmır. Buna əlavə olaraq təhrikedici (cinsi hissləri hərəkətə gətirən) olduğu üçün haram da olması mümkündür.

SUAL: Qadının naməhrəm kişilərin hüzurunda əza Quran məclislərinin nəğmələrini şeirlərini səs melodiya ilə oxuması icazəlidirmi?

CAVAB: Əgər səs – hətta mövzu və məclisin ab-havası baxımından – qəlbində xəstəlik olanlarda tamah yaradacaq qədər təhrikedici olmasa, icazəlidir.

MÜTƏRCİM: XƏYYAM QURBANZADƏ 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma