HAMİLƏ QADIN VƏ ORUC TUTMAĞIN HÖKMÜ

hamileHamilə qadınlar mübarək ramazan ayında oruc tutmaları barədə soruşurlar. Ramazan ayında orucu yemələrinə icazə verilirmi? Bu barədə şəri hökmlər nədir?

Mövzunu işıqlandırmaq üçün bir çox alimlərin bu həssas məsələ ilə bağlı rəylərinə müraciət edəcəyik. Bu həssas məsələ mübarək ramazan ayında hamilə qadınların qarşılaşdığı bir məsələdir.

Ərəb dövlətlərinin birində bir müfti belə cavab verir ki, hamilə qadınlara həkim orucu yeməyi əmr edərsə, qadın həkimin bu göstərişinə itaət etməli və ramazan ayından sonra tutmadığı günlərin qəzasını tutmalıdır. Qəzanın əvəzinə fidyə ilə kifayətlənmək olmaz. Ramazan ayının qəzasını dərhal tutmaq vacib deyil, bəlkə, geniş vaxt daxilində istədiyi vaxt tuta bilər. Üzrlü bir səbəbə görə qəzanı təxirə salsa, fidyə verməsi vacib deyil, lakin heç bir səbəb olmadan bunu təxirə salsa, qəza tutması və fidyə verməsi vacibdir. …

Seyid Xoyi hesab edir ki, orucun ona, yaxud övladına zərər vuracağı doğuşu yaxın olan qadın orucunu yeməli və malından bir, yaxud iki müdd (bir müdd=750 qram) sədəqə verməli və bundan sonra o günlərin qəzasını tutmalıdır. …[1]

Seyid Mühəmmədhüseyn Fəzlullah bu barədə deyir: “Orucu yemələrinə icazə verilmiş şəxslərdən biri də doğması yaxın, yaxud uzaq olan və tutduğu oruc özünə və bətnindəki uşağına zərər vuracaq qədər zəif olan hamilə qadındır. Rəğbət etdiyi və zərər görmədikcə məşəqqət və çətinliyə dözməkdə israr etdikləri halda oruc tutması icazəlidir. Əgər ona zərər vurarsa, zərər hesaba alınar və onun uzaqlaşdırılması vacib olar. Onun oruc tutması icazəli deyil və xəstələrə aid olan hökm ona şamil edilir. … Onun bu halda zərəri övladından uzaqlaşdırması özündən uzaqlaşdırması vacib olduğu dərəcədə vacibdir. …

Bir fəqir üçün bir günün fidyəsinin miqdarı 750 qramdır. Əgər doğumu yaxın olan, … qadın orucun övladına zərər verəcəyindən qorxduğu üçün oruc tutmasa və qəzanı ikinci ramazan ayı daxil olana qədər təxirə salsa, iki fidyə verməsi vacibdir; 1. Övladına zərər verəcəyindən qorxduğu üçün oruc tutmadığına görə, 2. Qəzanı təxirə saldığına görə. …[2]

RAMAZAN ORUCUNU TUTMAQ ÜÇÜN QADINLARIN HEYZİN (AYBAŞININ)

QARŞISINI ALAN DƏRMANLAR QƏBUL ETMƏSİNİN HÖKMÜ

Bəzi qadınlar aylıq adətin qarşısını almaq üçün bəzi tibbi dərmanlardan istifadə edirlər ki, ramazan oruclarını başa vura bilsinlər.

Belə bir sual ortaya çıxır. Ramazan ayında orucu tamamlamaq üçün qadınların heyzin qarşısını alacaq dərmanlar qəbul etməsi icazəlidirmi?

Ərəb fitva idarələrindən biri belə hesab edir ki, qadının aybaşı olduqda orucunu yeməsinin vacib olması şəriətin sabit və dəyişilməz hökmlərindəndir, çünki orucu yemək süst və zəif hallarda və aybaşı ilə bağlı fiziki iztirablarda qadına münasib olan bir vəziyyətdir. Buna görə də şəriət ona orucu yeməyi vacib etmişdir. Bu, Allahdan olan yüngüllük və rəhmətdir. Bir çox qadının olduqca az bir şey yeməsi və bəzi mayelər qəbul etməsi və sonra günün qalan hissəsini orucu batil edən işlərdən çəkinməsi şərafətli şəriətin hikmətinə müxalif olan bir işdir. Qadından tələb olunan budur ki, heyz olduqda təbii şəkildə orucu yesin. Bunun heç bir problemi yoxdur, heç kim də onu qınaya bilməz, çünki bu günlərin qəzasını tutacaqdır. …

Lakin heyzin vaxtını ramazan ayı sona çatanadək təxirə salan və qadınlara kəsintisiz olaraq bütün ayın orucunu tamamlama imkanı verəcək dərmanların və həblərin istifadəsinə gəlincə bunun şərən heç bir maneəsi yoxdur və onların qəbul edilməsilə oruc səhihdir. Qadınların bu vasitələrdən istifadə etməsi həkimlərin bu dərmanların istifadə edilməsinin gec-tez qadının səhhətinə heç bir zərər verməyəcəyini təyin etmələrilə icazəlidir. Əgər onların istifadəsi zərərli olarsa, bu surətdə şərən haramdır. …

Şərən bu vasitələrdən istifadə etmək icazəli olmasına baxmayaraq, heyz vaxtı orucu yeməyin vacibliyinin savabı və mükafatı daha çox və daha böyükdür. …

Ramazan ayının adət günlərində orucunu yeməyən qadının hökmü barədə soruşulduqda Seyid belə cavab vermişdir: “Məzkur günlərdə tutulan oruc səhih olmadığına görə o, bu günlərin qəzasını tutmalıdır. Əgər orucu yeməmək şəri oruc niyyətilə olarsa, onun orucu yeməməsi haramdır. …ˮ

Qadının ramazan ayında aylıq adətin qarşısını almaq üçün həblərdən istifadə etməsinin icazəli olması haqqında verilən suala Seyid belə cavab vermişdir: “Əgər zərərli olmazsa, icazəlidir və o günlərdə tutulan oruc səhihdir. …ˮ[3]

Heyz günlərində qadınların hökmü budur ki, orucu yeməli və namazı da tərk etməlidirlər. Az bir şey yeyib, yaxud bəzi mayelər içib sonra günün qalan hissəsini orucu batil edən işlərdən çəkinməyə gəlincə bu şərən icazəli deyildir, çünki onların adi şəkildə orucu yeməsi və digər günlərdə onun qəzasını tutması vacibdir[4]. …

[1] Seyid Xoyi, “Oruc kitabı”, c. 2

[2] “Fiqhuş-Şəriə”, c. 1, s. 469, 494, 495

[3] “əl-Məsailul-Fiqhiyyəˮ, s. 400, 401

[4] “Şəri İdarəˮ

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma