Arxivlər

ЗАЯВЛЕНИЕ (1438-2017)

ШАРИАТСКИЙ СОСТАВ УЧРЕЖДЕНИЯ ПОКОЙНОГО

РЕЛИГИОЗНОГО ЛИДЕРА АЯТОЛЛЫ СЕЙЙИДА МУХАММАДА

ХУСЕЙНА ФАДЛАЛЛЫ ЗАЯВИЛ: «27 МАЯ 2017 ГОДА (1438 ХИДЖРЫ)

СУББОТА – ПЕРВЫЙ ДЕНЬ СВЯЩЕННОГО МЕСЯЦА РАМАДАН!» 

Шариатский состав учреждения Аятоллы Сеййида Фадлаллы, опираясь на основные принципы фикха[1] покойного и точные астрономические подсчеты, объявил первым днем месяца Рамадан 1438 года 27 мая 2017 года, соответствующий шестому дню недели. Таким образом, суббота 27 мая, является первым днем Священного месяца Рамадан. Вечером 26 мая нужно вознамериться соблюдать пост. Oxumağa davam et

BƏYANAT (1438 – 2017)

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “27 MAY ŞƏNBƏ GÜNÜ HİCRİ-QƏMƏRİ TƏQVİMİ İLƏ 1438-Cİ İL (M. 2017) MÜBARƏK RAMAZAN AYININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq şənbə gününə təvafüq edən 2017-ci il may ayının 27-ni 1438-ci il mübarək ramazan ayının ilk günü elan etmişdir. Beləliklə, 2017-ci il may ayının 27-si şənbə günü mübarək ramazan ayının ilk günüdür. May ayının 26-sı axşam niyyət axşamıdır. Oxumağa davam et

“RƏĞAİB, MERAC VƏ MƏBƏS GECƏLƏRİ BİDƏTİ”

Azərbaycanda və Türkiyədə qəndil gecələri deyə tanınan gecələr təqvim sıralamasına görə rəbiüləvvəl ayının 12-ci və 17-ci gecələri (əhli-sünnəyə görə 12-ci gecə, şiəyə görə isə 17-ci gecə) Mövlud, rəcəb ayının ilk cümə gecəsi Rəğaib, yenə rəcəb ayının 27-ci gecəsi Merac (şiələrin əksəriyyətinə görə Bəsət gecəsi), şəban ayının 15-ci gecəsi Bəraət (müasir türkcədə “Bərat gecəsi/qəndili”) və ramazan ayının 19-cu, 21-ci, 23-cü və 27-ci gecələri olan Qədr və Ehya gecələridir. (Şiələrə görə Qədr gecəsi daha güclü ehtimala görə ramazan ayının 23-cü gecəsinə, əhli-sünnəyə görə isə 27-ci gecəsinə təvafüq edir). Oxumağa davam et

“NOVRUZ BAYRAMI” İSLAM ŞƏRİƏTİNƏ ZİDDİR (DAVAMI)

NOVRUZ RƏVAYƏTLƏRİ

İlk rəvayət Əmirülmöminin Əli əleyhissəlamdandır. Əbusabit Numan ibn Mərzban[1] novruz şənliyi günü Əli ibn Əbitalibə jeledən hazırlanmış bir növ şirniyyat hədiyyə etdi. Həzrət ondan: “Bu, nədir?” – deyə soruşduqda o, belə cavab verdi: “Bu gün novruzdur!” Həzrət buyurdu:  “Bizim şənliyimiz[2] bütün gündür”[3].

Beləliklə, Numanın müsəlman olmamışdan əvvəl İranda zərdüştilik dininin adətləri əsasında formalaşmış mərasimləri müsəlmanlar arasında da inkişaf etdirmək istəyi əmirülmöminin Əli əleyhissəlam tərəfindən uzaqlaşdırıldı, çünki həqiqətdə də başlayan hər bir gün bir novruzdur[4], fərvərdin ayının əvvəlinin digər yeni günlərdən fərqlənməsinin heç bir əsası və sübutu yoxdur. Oxumağa davam et

“NOVRUZ BAYRAMI” İSLAM ŞƏRİƏTİNƏ ZİDDİR

ŞƏRİ CƏHƏTDƏN “NOVRUZ BAYRAMI”NIN HARAM OLMASI BARƏSİNDƏ İSTİDLALİ BƏHS (DEDUKTİV MÜZAKİRƏ)

“Novruz bayramı”(!)nın qədim İran bayramlarından və İslamdan əvvəl atəşpərəst ayinlərindən və adətlərindən olması barəsində fikir birliyi vardır. Zərdüştilərin müqəddəs kitabı Avestada[1] da buna aid çoxlu məlumatlar verilib. Lakin əsas diqqət edilməsi lazım olan məqam budur ki, “novruz” günü İran tarixinin müxtəlif dövrlərində yalnız bir gündən ibarət olmamış və uzun zaman kəsiyində və müxtəlif şahların hökmdarlıq etdiyi vaxtlarda dəyişkən və mütəğəyyir olmuşdur. Oxumağa davam et

ƏN BÖYÜK RÖYA – HİCAZ DƏMİRYOLU

turkiye_hicaz_demiryolu_icin_harekete_gecti_1461315626_9404Osmanlı padşahlarının otuz dördüncüsü Sultan II Əbdülhəmid Xandır. O, sadəcə öz ölkəsində deyil, bütün İslam dünyasında simvol bir lider vəsfinə yetişmiş müstəsna bir şəxsiyyətdir. Gənc yaşlarında dini və dünyəvi elmləri mükəmməl bir şəkildə tamamlamış və zahiri elmlərdəki təfəkkürünü təsəvvüfdən feyz alaraq mənəvi bir kamillik ilə bütövləşdirmişdir. Çox nəzakətli, hər bir şəxsin könlünü ələ almağı bilən, fövqəladə zəka və hafizəyə sahib olan II Əbdülhəmid Xan eyni zamanda böyük bir Peyğəmbər aşiqi idi. Oxumağa davam et