Arxivlər

KİŞİ VƏ QADIN ARASINDA FİTRİ-TƏKVİNİ FƏRQLƏR

kadin-erkek+Allah kainatda hər şeyi cüt yaratmışdır. Bu cütlərdən hər birinin digəri ilə bütün yönlərdə eyni olduğunu söyləmək mümkün deyildir. Allah Quranın “Zariyat” surəsinin 49-cu ayəsində buyurur: “Hər şeyi cütcüt yaratdıq. Ola bilsin ki, (Allahın müqabilində başqa bir varlığın olmadığını, yəni Allahın bir cütün bir tərəfi olmadığını) yada salıb xatırlayasınız!

Zərrələrdən bitkilərə, ondan heyvanlar və insanlar arasındakı erkəklik-dişiliyə qədər hər şey cütdür və bir-birinə möhtacdır. Oxumağa davam et

31 MART SOYQIRIMI VƏ QAFQAZ İSLAM ORDUSU

скачанные файлыXIX əsrin ikinci yarısından etibarən Osmanlı Dövlətinin dünyada az rast gəlinən tolerant idarəçiliyində dinlərini, dillərini və mədəniyyətlərini heç bir təzyiqə məruz qalmadan saxlayan və çox rahat yaşayan, əksəriyyəti ticarət və sənətkarlıqla məşğul olaraq varlanan ermənilər artıq bununla kifayətlənmirdilər. Şərqi Anadolu və Cənubi Qafqazda geniş əraziləri əhatə edən müstəqil bir “Böyük Ermənistan” qurmaq üçün fəaliyyətə keçdilər. Bu işdə Rusiya, İngiltərə və Fransa kimi dövlətlər ermənilərdən Osmanlı Dövlətinin daxili işlərinə müdaxilə etmək üçün istifadə edərək onlara dəstək verirdilər. Oxumağa davam et

BƏYANAT

gunes tutulmasi

2015-ci il martın 20-də dünyada son 16 ildə müşahidə olunmayan Günəş tutulması olacaq. Bu hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq. Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatmaqla 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Oxumağa davam et

8 MART HAQQINDA

8 MARTIN DİNİMİZLƏ VƏ MİLLİ MƏDƏNİYYƏTİMİZLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR 

скачанные файлыHələ məktəb yaşlarından il boyu bir ənənə olaraq bir çox bayramları, o cümlədən 8 Martı sevinclə gözləyər, Qadınlar günü kimi qeyd edərdik. Uzaqda yaşayan, təbrik edə bilmədiyimiz qohum-əqrəbamızdakı qadınlara açıqça göndərərək təbrik etməyi özümüzə borc bilərdik. Bu bayramın mahiyyəti və tarixi bizi o qədər də maraqlandırmazdı. Hamı deyirsə, bayramdır, deməli, bayramdır. Təbrikləşmək, masa açmaq və sevinmək lazımdır. Oxumağa davam et

SÜNİ MAYALANDIRMANIN İSLAMİ BAXIMDAN DƏYƏRLƏNDİRİLMƏSİ

g-hlt-080721-IVF-lousie-brown-11a.grid-6x2Dünyada hər gün milyonlarla uşaq doğulur. Bu vəziyyət heç kimin diqqətini özünə çəkmir, lakin 1978-ci il 25 iyunda dünyaya gələn Luiza Braun bütün diqqətləri özünə doğru çəkdi və kütləvi informasiya vasitələri günlərlə bu xəbərlərlə çalxalandı. … Nədir bu süni mayalandırma (yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması)? Belə bir hadisədən nə gözləmək olar? Tətbiq edildikdə insanlığın xeyiri üçün nə gətirəcək və ya ictimai həyata hansı yöndən təsir edəcəkdir? Zənn edildiyi kimi həmişə xeyirli nəticələr verəcək? Oxumağa davam et

PEYĞƏMBƏRİMİZ VƏ ONUN ÇOX QADINLA EVLƏNMƏSİ BİR MƏDƏNİYYƏTDİR 

namaz_qadinAllah-Taala sevgili Peyğəmbərimizi insanlar üçün misilsiz bir nümunə kimi seçmiş, müsəlmanların da onun davamçısı olaraq keçdiyi həyat yolunu özləri üçün örnək hesab etmələrini istəmişdir. Hansı səviyyədə və hansı məqamda olmağından asılı olmayaraq hər bir insanın Peyğəmbərimizin həyatından faydalanacağı çox əməllər və nümunələr vardır, çünki Allah-Taala onu bir mələk olaraq deyil, insan olaraq göndərmişdir. Ta ki insanlar onu yaxından tanısınlar və onda gördükləri keyfiyyətləri rahatlıqla həyatlarına tətbiq edə bilsinlər. Oxumağa davam et