BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “25 İYUN BAZAR GÜNÜ MÜBARƏK FİTR BAYRAMININ İLK GÜNÜDÜR!”

Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət bəyanat vermiş və o bəyanatda h. q. təqvimi ilə 1438-ci il (m. 2017) şəvval ayının başlanğıcını müəyyənləşdirmişdir. Bəyanatda deyilir: Oxumağa davam et

RAMAZAN AYI – İLAHİ TƏQVA ÜZƏRİNDƏ İRADƏNİN TƏRBİYƏ OLUNMASI AYI 

RAMAZAN AYININ ASTANASINDA

Gələcək günlərdə ramazan ayının istiqbalına çıxacağıq. İmam Zeynulabidin əleyhissəlamın dediyi kimi ramazan ayı “İslam və paklıq ayıdır”. Allah Rəsulu da ramazan ayına “Ümmətimin ayı” demişdir. Məqam və dərəcələrlə dolu belə bir ayın istiqbalına çıxdığımız vaxt, islami şəxsiyyətin forması ilə əlaqəli olan amillərin bu ayda tanınmasına çalışmalıyıq. Burada çox mühüm bir nöqtə vardır ki, biz ona diqqət etməliyik. Oxumağa davam et

MÜSƏLMANLARIN NƏZƏRİNƏ!

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ! 

MÜSƏLMANLARIN NƏZƏRİNƏ!

(ÖLKƏ MÜSƏLMANLARI 80 DƏQİQƏ ARTIQ ORUC TUTMAĞA MƏCBUR EDİLİR!)

Hicri-qəməri təqvimilə 1438-ci il ramazan ayı (m. 2017, may-iyun) ilə əlaqədar “Qafqaz Müsəlmanları İdarəsi” tərəfindən hazırlanan ramazan təqvimində sübh namazının vaxtı Quranda və Sünnədə bəyan olunan şəri ölçüyə uyğun təyin olunmamışdır. Quranda fəcri-sadiq üçün göstərilən ölçü zamana çevrildikdə ciddi xətaya yol verilmişdir. Oxumağa davam et

SÜBH NAMAZININ VƏ ORUCUN BAŞLANMASI HAQQINDA

MÜQƏDDİMƏ

Saytımızda namaz vaxtları ilə əlaqədar verilən cədvəl bəzi möminlərin etirazına, bəzilərinin isə təəccüb və heyrətinə səbəb olmuşdur. Etiraz edənlər bu cədvəlin ölkədə buraxılan cədvəllərə uyğun olmadığını deyərkən, digərlərinin təəccüblənməsinin səbəbi isə hava nisbətən işıqlı olduğu bir halda namaza və oruca başlanmasıdır.

Lakin bütün bunlara baxmayaraq qətiyyətlə deyə bilərik ki, həm Azərbaycanda, həm də digər İslam ölkələrində namaz üçün tərtib olunan cədvəllərdə sübh namazının vaxtı Quran və Sünnədəki ölçüyə uyğun təyin olunmur. Oxumağa davam et

SƏFƏRDƏ ORUC TUTMAĞIN HÖKMÜ

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Sual: Səfərdə oruc tutmaq icazəlidirmi?

Cavab: Çətinlik, yaxud zərər olmadan imkan surətində müsafirin də başqa şəxslər kimi oruc tutması vacibdir. Orucun tərk olunması üçün istisna mövzu hesab olunan xəstəlik kimi, səfər də yalnız çətinlik, yaxud zərər olaraq orucun yeyilməsinə səbəb ola bilər, vəssəlam. Səfər o cəhətdən xəstəliklə eyni kateqoriyaya daxil edilir ki, keçmişdə oruc halında edilən səfərlər xəstəliyin yaranmasına səbəb olurdu, yoxsa hər bir səfəri xəstəlik kateqoriyasına aid edə bilmərik. Hal-hazırkı müasir səfərlərdə çox vaxt insan öz evindən də rahat olur. Oxumağa davam et

SÜBH AZANINA QƏDƏR QƏSDƏN CƏNABƏTLİ QALMAQ ORUCU POZURMU?

Ənənəvi şiə fiqhində Qurana və qəti Sünnəyə müxalif olan bəzi hədislərə əsaslanmaqla bir çox müctəhidlər, ələlxüsus hal-hazırda təqlid olunan dini rəhbərlər sübh azanına qədər qəsdən cənabətli qalmağın orucu pozan işlərdən olduğuna fitva vermişlər. O hədislərdən birini sizin nəzərinizə çatdırırq: “Bir kişi ramazan ayının gecəsində cünub oldu, sonra sübh azanına qədər qəsdən qüslü tərk etdi. İmam Sadiq dedi: bir qul azad etməli, yaxud iki ay ardıcıl olaraq oruc tutmalı, yaxud da altmış miskinə təam verməlidir!”[1] Bu hədisdə kəffarənin verilməsinin vacib olması onu göstərir ki, bu iş orucu pozan işlərdən hesab olunur və o günün qəzası da tutulmalıdır. Oxumağa davam et