“NOVRUZ BAYRAMI” İSLAM ŞƏRİƏTİNƏ ZİDDİR

ŞƏRİ CƏHƏTDƏN “NOVRUZ BAYRAMI”NIN HARAM OLMASI BARƏSİNDƏ İSTİDLALİ BƏHS (DEDUKTİV MÜZAKİRƏ)

“Novruz bayramı”(!)nın qədim İran bayramlarından və İslamdan əvvəl atəşpərəst ayinlərindən və adətlərindən olması barəsində fikir birliyi vardır. Zərdüştilərin müqəddəs kitabı Avestada[1] da buna aid çoxlu məlumatlar verilib. Lakin əsas diqqət edilməsi lazım olan məqam budur ki, “novruz” günü İran tarixinin müxtəlif dövrlərində yalnız bir gündən ibarət olmamış və uzun zaman kəsiyində və müxtəlif şahların hökmdarlıq etdiyi vaxtlarda dəyişkən və mütəğəyyir olmuşdur. Oxumağa davam et

ƏN BÖYÜK RÖYA – HİCAZ DƏMİRYOLU

turkiye_hicaz_demiryolu_icin_harekete_gecti_1461315626_9404Osmanlı padşahlarının otuz dördüncüsü Sultan II Əbdülhəmid Xandır. O, sadəcə öz ölkəsində deyil, bütün İslam dünyasında simvol bir lider vəsfinə yetişmiş müstəsna bir şəxsiyyətdir. Gənc yaşlarında dini və dünyəvi elmləri mükəmməl bir şəkildə tamamlamış və zahiri elmlərdəki təfəkkürünü təsəvvüfdən feyz alaraq mənəvi bir kamillik ilə bütövləşdirmişdir. Çox nəzakətli, hər bir şəxsin könlünü ələ almağı bilən, fövqəladə zəka və hafizəyə sahib olan II Əbdülhəmid Xan eyni zamanda böyük bir Peyğəmbər aşiqi idi. Oxumağa davam et

İSLAMI NİYƏ SEÇDİM (davamı)

imagesƏslində mən hələ 1954-cü ildə İslamı qəbul etməyə qərar vermişdim, lakin ailəm məni bu fikirdən döndərə bildi. Onlar məni xəbərdar edirdilər ki, amerikalıların həyatına gözəl şəkildə uyğunlaşan xristianlıq və yəhudilikdən fərqlənən İslamı seçdiyim üçün məni bir çox problem gözləyir. İslamın məni ailəmdən və cəmiyyətdən tədric olunmağıma səbəb olacağını deyirdilər. O zaman mənim imanım onların təzyiqlərinə qarşı dayanmağım üçün o qədər də güclü deyildi. Oxumağa davam et

İSLAMI NİYƏ SEÇDİM

MƏQALƏNİN MÜƏLLİFİ 1950-ci İLDƏ İSLAMI QƏBUL EDƏN

AMERİKALI YƏHUDİ MƏRYƏM CƏMİLƏDİR (ƏVVƏLKİ ADI MARQARET MARKUS)

tesetturlu-kadinİslam dininə marağım on yaşında “bazar günü məktəbi”ndə oxuyarkən yaranmışdır. O zaman məni ərəblər və yəhudilər arasında olan tarixi əlaqə heyrətləndirmişdi. Yəhudi dərsliklərində Həzrət İbrahimin (Avraam) həm ərəblərin, həm də yəhudilərin əcdadı olması bildirilirdi. Orta əsr Avropa xristianlarının yüzillər sonra yəhudilərə etdikləri əziyyətləri və onların həyatının dözülməz həddə çatdırılması haqqında oxuyurdum. İslamın yayıldığı ölkələrdən olan İspaniya isə onları çox gözəl qəbul edib qucaq açmışdır. Oxumağa davam et

BƏYANAT

MƏRHUM DİNİ RƏHBƏR AYƏTULLAH SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNDƏKİ ŞƏRİ HEYƏT: “2 SENTYABR CÜMƏ GÜNÜ HİCRİ-QƏMƏRİ TƏQVİMİ İLƏ 1437-Cİ İL (M. 2016) ZİLHİCCƏ AYININ İLK GÜNÜDÜR!”

qurban 1437Mərhum dini rəhbər Ayətullah Seyid Fəzlullahın müəssisəsindəki şəri heyət mərhum Seyidin söykəndiyi fiqhi əsasa uyğun olaraq dəqiq astronomik hesablamalara əsaslanaraq cümə gününə təvafüq edən 2016-cı il sentyabr ayının 2-ni 1437-ci il zilhiccə ayının ilk günü elan etmişdir. Beləliklə, 2016-cı il sentyabr ayının 2-si cümə günü zilhiccə ayının ilk günüdür. Bəyanatda deyilir: Oxumağa davam et

DUA VƏ QURANDAN DUALAR (davamı)

YUSİF ƏLEYHİSSƏLAMIN QARDAŞLARININ

ÖZ ATALARINDAN KÖMƏK İSTƏMƏSİNİN İZAH OLUNMASI

dua-2Şirklə dolu dualarda Allahdan başqasını çağıran (onlara yalvarıb-yaxaran) şəxslər özlərinin bu əməllərinə görə hər hansı bir sübuta sahibdirlər? Onlar avam insanları aldatmaq üçün dəlil adı altında özləri üçün bir bəhanə uydurmuşlar. Bəzən Həzrət Yəqubun övladlarının onu (yəni Yəqub əleyhissəlamı) çağırdıqlarını və ona dediklərini dəlil gətirirlər: Oxumağa davam et