Tag Archive | seyid fezlullah

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?!

RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!

Bütün həmdlər Allaha – aləmlərin Rəbbinə məxsusdur!

Allahın salamı və rəhməti Onun Peyğəmbəri Həzrət Mühəmməd (s)-ə, onun pak və təmiz Əhli-Beytinə, seçilmiş əshabələrinə və Allahın göndərdiyi bütün peyğəmbərlərə olsun!

QADININ ƏQLİ KİŞİNİN ƏQLİNDƏN AZDIRMI?!

Əql məsələsində diqqət yetirəcəyimiz araşdırmalardan biri də qadın əqli barəsində apardığımız araşdırmadır. Doğrudan da, Allah qadının əqlini kişinin əqlindən zəif yaratmışdır? Yoxsa, düşüncə qabiliyyəti, inkişaf və mərifətdə, dərinlikdə qadının əqli kişinin əqlinə bərabərdir?!

QADININ ƏQLİ

İnsanlar arasında belə bir fikir yayılmışdır ki, qadının əqli kişinin əqlindən azdır. Bəziləri bir az da irəli gedərək hesab edirlər ki, qadının əqli kişinin əqlinin yarısına çatmır. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ

imanSUAL: Qadın nikah kəsilərkən həyatın (yəni ailənin) himayəsinin onun ixtiyarında olmasını şərt edə bilər? Əgər şərt kəsilərsə, kişi bu şərtə riayət etməsə, yaxud o şərti batil (keçərsiz) bilsə, izdivac (nikah) əqdi batildirmi?

CAVAB: Bu şərt iki şəkildə icra edilə bilər. Birinci­si budur ki, ailənin himayə olunmasının arvadın əlində olacağını şərt edirlər. Oxumağa davam et

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

QADININ BƏZƏNMƏSİ

Qadinin bezenmesiSUAL: Qadının başqalarının nəzərini cəlb etməyən qolbaq üzük taxması icazəlidirmi?

CAVAB: “Mömin qadınlara de ki, … zinətlərini izhar etməsinlər (yəni açmasınlar), lakin o zinətlərdən zahir olanı istisnadır. …” (“Nur”, 31) ayəsindən belə başa düşürük ki, bədənin zahiri üzvlərinə (üzə və əllərə – X.Q.) zinət geyinmək icazəlidir. Yəni üzük taxmaq və s. zinətlərdən istifadə etmək icazəlidir. Bir şərtlə ki, bu zinətlər şəhvani hissləri hərəkətə gətirməsin.

SUAL: İslami hicabın həddi nədir?

CAVAB: Hicabın həddi iki xətt üzərindədir: bədənin örtülməsi və açıq-saçıq olub bəzənməmək. Oxumağa davam et