ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

ARVADIN EVİ (YƏNİ AİLƏNİ) HİMAYƏ ETMƏSİ

QADININ ERINE XIDMETISUAL: Qadın nikah kəsilərkən həyatın (yəni ailənin) himayəsinin onun ixtiyarında olmasını şərt edə bilər? Əgər şərt kəsilərsə, kişi bu şərtə riayət etməsə, yaxud o şərti batil (keçərsiz) bilsə, izdivac (nikah) əqdi batildirmi?

CAVAB: Bu şərt iki şəkildə icra edilə bilər. Birincisi budur ki, ailənin himayə olunmasının arvadın əlində olacağını şərt edirlər. Bu şərt batildir, çünki Allah-Taala həyatın himayə olunmasını kişiyə tapşırmışdır. Oxumağa davam et

31 MART SOYQIRIMI VƏ QAFQAZ İSLAM ORDUSU

скачанные файлыXIX əsrin ikinci yarısından etibarən Osmanlı Dövlətinin dünyada az rast gəlinən tolerant idarəçiliyində dinlərini, dillərini və mədəniyyətlərini heç bir təzyiqə məruz qalmadan saxlayan və çox rahat yaşayan, əksəriyyəti ticarət və sənətkarlıqla məşğul olaraq varlanan ermənilər artıq bununla kifayətlənmirdilər. Şərqi Anadolu və Cənubi Qafqazda geniş əraziləri əhatə edən müstəqil bir “Böyük Ermənistan” qurmaq üçün fəaliyyətə keçdilər. Bu işdə Rusiya, İngiltərə və Fransa kimi dövlətlər ermənilərdən Osmanlı Dövlətinin daxili işlərinə müdaxilə etmək üçün istifadə edərək onlara dəstək verirdilər. Oxumağa davam et

QİNA (MAHNI) VƏ MUSİQİ HALAL İLƏ HARAM ARASINDA

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

QİNA (MAHNI) VƏ MUSİQİ HALAL İLƏ HARAM ARASINDA

загруженное (11)Bu günlərdə müxtəlif növ musiqilər və ifalar çoxalmışdır. Bunları müxtəlif radio və televiziya kanalları vasitəsilə dinləyirik. Hətta bir çox reklamlar dinləyicilərə daha çox təsir etsin deyə musiqi və mahnı ilə verilməkdədir. Bu baxımdan da musiqi və mahnının şəri hökmü ətrafında daim suallar ortaya çıxır. O, halaldır, yoxsa haramdır? Musiqinin, o cümlədən klassik, ürfani və dini nəğmələrin hökmü nədir? Oxumağa davam et

BÜRCLƏRİN OXUNMASI … ŞƏRİ VƏ İCTİMAİ İZLƏR

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

BÜRCLƏRİN OXUNMASI … ŞƏRİ VƏ İCTİMAİ İZLƏR

astroloji_mnsMüxtəlif informasiya vasitələrində insanların oxuması üçün qısa şəkildə bürclər haqqında məlumatlar verilir. Həm də bu məlumatlar quru ota düşmüş alov kimi sürətlə yayılır. Evdar qadınlar, iş yerlərində olan məmurlar, bir sözlə, böyüklü-kiçikli hər kəs öz bürcünü oxuyur, gələcəyini bilmək istəyir. Beləcə hər kəs bürclər üzərində hekayələr yaradır, xəyallar qurur. Baş verən hadisələri gündəlik olaraq kütləvi informasiyalardan bürclərimiz haqqında eşitdiklərimizlə tutuşdurur və ondan məna çıxarmağa çalışırıq. Oxumağa davam et

BƏYANAT

gunes tutulmasi

2015-ci il martın 20-də dünyada son 16 ildə müşahidə olunmayan Günəş tutulması olacaq. Bu hadisəni Azərbaycandan da qismən müşahidə etmək mümkün olacaq. Günəş tutulması martın 20-si saat 11:40-da başlayacaq, saat 15:48-də başa çatmaqla 4 saat 8 dəqiqə davam edəcək. Günəş tutulması maksimumuna saat 13:44-də çatacaq. Azərbaycandan isə Günəş tutulması 1 saat 30 dəqiqə ərzində müşahidə ediləcək. Oxumağa davam et

DƏNİZ MƏHSULLARI VƏ ŞƏRİ RƏY

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR

DƏNİZ MƏHSULLARI VƏ ŞƏRİ RƏY

balik_surusuÇoxları bəzi balıqların, yaxud ümumən dəniz məhsullarının, yaxud onlardan çaylarda yaşayanların yeyilməsinin şəri hökmü haqqında soruşurlar. Bir çox fəqihlərdən bu məsələlər haqqında soruşulmuş və onların bu barədə xüsusi fikirləri olmuşdur. Nəzərə alsaq ki, mövzu insanların gündəlik məsələsidir, yəni yeməklə bağlıdır, bu zaman mövzunu işıqlandırmaq və şəri hökmlər haqqında tanışlıq əldə etmək daha zəruri hesab olunur. Oxumağa davam et