ÖVLADLIĞA GÖTÜRMƏYİN ŞƏRİ HÖKMÜ

SEYİD FƏZLULLAHIN FİQH MƏKTƏBİNDƏN NADİR MİRVARİLƏR 

ÖVLADLIĞA GÖTÜRMƏYİN ŞƏRİ HÖKMÜ

Bebekİslam dini nəsəb (nəsil, əcdad silsiləsi) mövzusu ilə geniş maraqlanmışdır, çünki onun miras, nəfəqələr (yaşamaq üçün lazım olan pul və ya şey), qohumluq və bunlardan başqa aid olan hərtərəfli müfəssəl məsələlər kimi şəri nəticələri vardır. Müasir dövrdə də övladı olmayan insanların övladlıq götürmələri barədə çox eşidirik. Bununla bağlı başqa məsələlər də vardır ki, bu barədə şəriətin rəyini bilmək maraqlı və vacibdir. Oxumağa davam et

8 MART HAQQINDA

8 MARTIN DİNİMİZLƏ VƏ MİLLİ MƏDƏNİYYƏTİMİZLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR 

скачанные файлыHələ məktəb yaşlarından il boyu bir ənənə olaraq bir çox bayramları, o cümlədən 8 Martı sevinclə gözləyər, Qadınlar günü kimi qeyd edərdik. Uzaqda yaşayan, təbrik edə bilmədiyimiz qohum-əqrəbamızdakı qadınlara açıqça göndərərək təbrik etməyi özümüzə borc bilərdik. Bu bayramın mahiyyəti və tarixi bizi o qədər də maraqlandırmazdı. Hamı deyirsə, bayramdır, deməli, bayramdır. Təbrikləşmək, masa açmaq və sevinmək lazımdır. Oxumağa davam et

SÜNİ MAYALANDIRMA: PROBLEMLƏR VƏ MANEƏLƏR

21205Süni mayalandırma məsələsi çox sayda sorğu-sual yaradır. Bunu dəstəkləyən və rədd edən fiqhi rəylər vardır. Bunlar da müzakirə obyektidir. Hamiləliyin qarşısının alınması mövzuları da belədir. Mövzunun əhəmiyyətini, ictimai və əxlaqi cəhətlərini nəzərə alaraq bu problemə toxunmaq qərarına gəldik. Seyid Mühəmmədhüseyn Fəzlullahın fiqhi baxışlarından bu məsələ ilə bağlı şərhlərindən və dəlillərindən istifadə etməklə bu məsələni aydınlaşdıracağıq. Oxumağa davam et

SÜNİ MAYALANDIRMANIN İSLAMİ BAXIMDAN DƏYƏRLƏNDİRİLMƏSİ

g-hlt-080721-IVF-lousie-brown-11a.grid-6x2Dünyada hər gün milyonlarla uşaq doğulur. Bu vəziyyət heç kimin diqqətini özünə çəkmir, lakin 1978-ci il 25 iyunda dünyaya gələn Luiza Braun bütün diqqətləri özünə doğru çəkdi və kütləvi informasiya vasitələri günlərlə bu xəbərlərlə çalxalandı. … Nədir bu süni mayalandırma (yumurtahüceyrələrin orqanizmdən kənarda mayalandırılması)? Belə bir hadisədən nə gözləmək olar? Tətbiq edildikdə insanlığın xeyiri üçün nə gətirəcək və ya ictimai həyata hansı yöndən təsir edəcəkdir? Zənn edildiyi kimi həmişə xeyirli nəticələr verəcək? Oxumağa davam et

PEYĞƏMBƏRİMİZ VƏ ONUN ÇOX QADINLA EVLƏNMƏSİ BİR MƏDƏNİYYƏTDİR 

namaz_qadinAllah-Taala sevgili Peyğəmbərimizi insanlar üçün misilsiz bir nümunə kimi seçmiş, müsəlmanların da onun davamçısı olaraq keçdiyi həyat yolunu özləri üçün örnək hesab etmələrini istəmişdir. Hansı səviyyədə və hansı məqamda olmağından asılı olmayaraq hər bir insanın Peyğəmbərimizin həyatından faydalanacağı çox əməllər və nümunələr vardır, çünki Allah-Taala onu bir mələk olaraq deyil, insan olaraq göndərmişdir. Ta ki insanlar onu yaxından tanısınlar və onda gördükləri keyfiyyətləri rahatlıqla həyatlarına tətbiq edə bilsinlər. Oxumağa davam et

PEYĞƏMBƏRİN MÖVLUDU MÜNASİBƏTİLƏ MÜRACİƏT

“MƏZHƏBÇİLİK DÜŞMƏNİN HƏDƏFLƏRİNİ HƏYATA KEÇİRİR!”

Seyid Mühəmmədhüseyn Fəzlullahın Peyğəmbərin Mövludunun İldönümündə

Ərəb və İslam Dünyasına Yönəltdiyi Müraciət

Seyid Fəzlullah: “Məzhəbçilik çıxışları müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olmuş düşmənin dağıdıcı hədəflərinə xidmət edir”.

S8Dini rəhbər Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah hesab edir ki, İslam vəhdəti və birliyi sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Seyid Fəzlullah bildirir ki, bu birlik ümmətin strateji mövqelərinə ağalıq etməkdə olan zülmkarların planlarından əziyyət çəkir. Despot informasiya və psixoloji müharibə vasitəsilə ümmətin bir firqəsini digəri ilə qarşı-qarşıya qoyur.

Seyid Fəzlullah Peyğəmbərin vəsiyyətinə əməl edərək ümməti bir-birini küfrdə ittiham etməkdən çəkinməyə çağırır. O, müsəlmanlara məsləhət görür ki, dünyanı Rəsuli-Əkrəmin şəxsiyyəti ilə tanış edən əks həmləyə keçsinlər. O, xəbərdarlıq edir ki, müqavimət hərəkatı ilə birbaşa müharibədə uduzan sionist düşmən öz dağıdıcı hədəflərini gerçəkləşdirməyə başlamışdır. Oxumağa davam et