Tag Archive | MİLLİ GÖRÜŞ

PEYĞƏMBƏRİN MÖVLUDU MÜNASİBƏTİLƏ MÜRACİƏT

“MƏZHƏBÇİLİK DÜŞMƏNİN HƏDƏFLƏRİNİ HƏYATA KEÇİRİR!”

Seyid Mühəmmədhüseyn Fəzlullahın Peyğəmbərin Mövludunun İldönümündə

Ərəb və İslam Dünyasına Yönəltdiyi Müraciət

Seyid Fəzlullah: “Məzhəbçilik çıxışları müqavimət hərəkatı ilə birbaşa müharibədə məğlub olmuş düşmənin dağıdıcı hədəflərinə xidmət edir”.

S8Dini rəhbər Əllamə Seyid Mühəmmədhüseyn Fəzlullah hesab edir ki, İslam vəhdəti və birliyi sənin seçəcəyin və ya tərk edəcəyin bir məsələ deyil, əksinə müsbət ruha əsaslanan elə bir yoldur ki, Allah müsəlmanın bu yol üzərində başqası ilə münasibət qurmasını istəmişdir. Seyid Fəzlullah bildirir ki, bu birlik ümmətin strateji mövqelərinə ağalıq etməkdə olan zülmkarların planlarından əziyyət çəkir. Despot informasiya və psixoloji müharibə vasitəsilə ümmətin bir firqəsini digəri ilə qarşı-qarşıya qoyur.

Seyid Fəzlullah Peyğəmbərin vəsiyyətinə əməl edərək ümməti bir-birini küfrdə ittiham etməkdən çəkinməyə çağırır. O, müsəlmanlara məsləhət görür ki, dünyanı Rəsuli-Əkrəmin şəxsiyyəti ilə tanış edən əks həmləyə keçsinlər. O, xəbərdarlıq edir ki, müqavimət hərəkatı ilə birbaşa müharibədə uduzan sionist düşmən öz dağıdıcı hədəflərini gerçəkləşdirməyə başlamışdır. Oxumağa davam et