RƏHMAN, RƏHİM ALLAHIN ADI İLƏ!
Bu ilin (h. q. 1439 – m. 2018) ikinci Ay tutulması hadisəsi 27-dən 28-ə keçən gecə (h. q. 14-15 zilqədə) baş verəcək. AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun məlumatına əsasən ölkədə 2018-ci ildə ikinci Ay tutulması iyulun 27-dən 28-nə keçən gecə müşahidə olunacaq: “Təbiət hadisəsi saat 22:24:27-də başlayacaq. Tam tutulmanın başlanması isə saat 23:30:15-ə təsadüf edəcək. Tam tutulma 01:13:11-də sona çatacaq. Tutulma hadisəsinin bütövlükdə sona çatması saat 02:19-də qeydə alınacaq və həmin vaxt Ayın səthi tam açılacaq. Tutulma gecə saatlarında olduğu üçün prosesi Azərbaycanda da tamamilə müşahidə etmək mümkün olacaq”. Qeyd edilən tarixdə, həmçinin Mars-Yer qarşıdurması hadisəsi baş verəcək. Oxumağa davam et