Hindistan Kəşmirinin sakini Mursilin Pirzada bütün ömrü boyu aktrisa olmağı və Bollivudda filmə çəkilməyi arzulamışdı, amma kino dünyasının “dadını” bilən kimi ikrah hissi keçirərək İslama doğru yönəldi. Nəticədə İslamnews saytının yazdığına görə onun həyatında Bollivudun yerini hicab və din tutdu.
Zəngin kəşmirli ailəsində böyüyən bu 23 yaşlı qız hələ bir neçə il bundan əvvəl İndian Express saytının məlumatına görə bahalı cinslərlə, təmtəraqlı və parlaq həyatla maraqlanır və Karina Kapur kimi o da hind kinematoqrafının parlaq ulduzlarından olmaq istəyirdi. Oxumağa davam et