Tag Archive | hezret meymune

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT MƏYMUNƏ

HƏZRƏT  MƏYMUNƏ

PEYĞƏMBƏRİMİZİN SONUNCU HƏYAT YOLDAŞI

265058_127746327307376_897337_nHz. Məymunənin əsl adı Bərrə idi. Bacılarından Ümmülfəzl Peyğəmbərimizin əmisi Hz. Abbas ilə, digər bacısı Əsma isə Peyğəmbərimizin əmisi Əbutalibin oğlu Hz. Cəfər ilə evli idi. Rəsulullah bu üç bacıya “Möminə bacılar” ismini vermişdi.

Həzrət Məymunənin əri vəfat etdi və o, dul qaldı. Həzrət Abbas onun Peyğəmbərimizlə evlənməsini çox arzu edirdi. Buna görə də Rəsulullahı hər dəfə görəndə Məymunəni ona tərifləyər, onun yüksək əxlaq və fəzilətlərindən bəhs edərdi.

Peyğəmbərimiz ümrə üçün Məkkəyə gedirdi. Cuhfə mövqeyində istirahət üçün fasilə veriləndə Həzrət Abbas onun yanına gəldi və Peyğəmbərimizdən Həzrət Məymunə ilə evlənməsini istədi. O, belə dedi: “Ya Rəsuləllah, Məymunə bint Haris dul qaldı. Oxumağa davam et