Tag Archive | hezret ruqiyye

PEYĞƏMBƏRİMİZİN QIZLARI – HƏZRƏT RUQİYYƏ (Hz. Osmanın xanımı)

Həzrət Ruqiyyə Peyğəmbərimizin qızlarının ikincisi idi. Peyğəmbərimizin 33 yaşı olanda dünyaya gəldi. Kiçik yaşda müsəlman oldu. Peyğəmbərimiz onu həya və ədəb incisi Hz. Osmanla evləndirdi.

Məkkədə müşriklərin işgəncələri dayanılmaz bir hal aldıqda Hz. Osman xanımı ilə birlikdə Həbəşistana hicrət etdi. Onların hicrətləri Peyğəmbərimizi çox təsrləndirdi. Onları yola salarkən: “Lutdan sonra ailəsini götürüb Allah yolunda hicrət edənlərin ilki Osmandır” – buyurdu.

Həbəşistan Nəcaşisi mühacirləri çox yDSC_0352axşı qarşıladı. Onlara əlindən gələn köməyi göstərdi. Bu arada Ruqiyyənin bir oğlu dünyaya gəldi. Adını Abdullah qoydular.

Hz. Ruqiyyə bir yandan sevgili atasından ayrıldığına görə, bir yandan da vətənindən uzaq düşdüyünə görə çox kədərlənirdi. Bu kədərini bir az da olsa, Abdullah unutdururdu.

Hz. Osman ilə Hz. Ruqiyyə anamız bir müddət Həbəşistanda qaldıqdan sonra Peyğəmbərimizin ayrılığına artıq dayana bilmədilər. Oxumağa davam et