HƏZRƏT SAFİYYƏ
ALLAH VƏ RƏSULUNU QÖVMÜNƏ TƏRCİH ETDİ
Xeybərin fəthində əsir alınanların arasında əsl adı Zeynəb olan Həzrət Safiyyə də var idi. Hz. Safiyyə yəhudi qəbilələrindən olan Bəni-Nadirin rəisi Hüyəy ibn Əhtəbin qızı idi. Hz. Harunun nəslindəndir. Xeybər yəhudilərinin rəislərindən olan Rəbi ibn Hukaykın oğlu Kinanə ilə evli idi. Əri Xeybər müharibəsində öldürülmüşdü.
Mücahidlər Mədinəyə qayıdarkən Peyğəmbərimiz Hz. Bilala Safiyyəni gətirməyi də tapşırdı. Bilal Peyğəmbərimizin istəyini yerinə yetirdi. Peyğəmbər (s) Safiyyə gələndən sonra İslamı ona başa saldı və belə bir təklif etdi: “Əgər müsəlman olsan, səninlə evlənəcəyəm. Yox, əgər dinində qalmağı seçsən, səni sərbəst buraxacağam. Beləcə, qövmünün yanına dönə biləcəksən”. Oxumağa davam et