Tag Archive | hezret zeyneb

PEYĞƏMBƏRİMİZİN QIZLARI – HƏZRƏT ZEYNƏB (Peyğəmbərimizin ən böyük qızı)

Peyğəmbərimiz otuz yaşında idi. Xədicə anamızla evliliyindən beş il keçmişdi. Evində bir həyəcan dalğası əsirdi. Qadınlar Hz. Xədicə anamızın yanında toplanmışdı, çünki oğlu Qasımdan sonra ikinci uşağı dünyamızı şərəfləndirmək üzrə idi. Uşağı doğuzduran qadın Səlma Xatun idi.

1743604_668647949845542_1922477067_nVaxtı çatan şərəfli körpə çox keçmədən qoca dünyamıza gözlərini açdı. Dünyaya gələn bu uşaq qız idi. Çox sevimli idi, lakin otaqdakı qadınları bir narahatlıq, bir hüzn bürümüşdü. Doğumdan əvvəlki sevincləri yox olmuşdu, çünki onlar Peyğəmbərimizə: “Sənə müjdə! Nur topu kimi bir oğlun dünyaya gəldi!” – demək istəyirdi. İndi bu “qara xəbəri” ona kim deyəcəkdi! Bu vəzifə bir xidmətçinin üzərinə düşdü. Xidmətçi tərəddüd edərək Kainatın Əfəndisinin yanına gəldi, asta bir səslə: “Bir qızınız oldu” – deyə bildi, Oxumağa davam et