Tag Archive | Hz. Muhammedin heyati

HƏZRƏT MÜHƏMMƏD (S)-İN HƏYATI HAQQINDA QISA MƏLUMAT

Hz.Mühəmməd (13)Peyğəmbərlərin sonuncusu Həzrət Mühəmməd (s) şəriət və kitab sahibidir və müsəlmanlar da ona iman gətiriblər.

Həzrət Mühəmməd (s) hicrətdən 53 il əvvəl (m. 571-ci il) Hicazın Məkkə şəhərində, ərəblərin böyük soykökə malik və dəyərli Qüreyş qəbiləsindən olan Bəni-Haşim ailəsində dünyaya göz açmışdır.

Atasının adı Abdullah, anasının adı isə Aminə olmuşdur. O, kiçik yaşlarında ikən ata və anasını itirmiş, babası Əbdülmüttəlibin himayəsində böyümüşdür. Oxumağa davam et