Tag Archive | hz. ummuseleme

PEYĞƏMBƏRİMİZİN XANIMLARI – HƏZRƏT ÜMMÜSƏLƏMƏ

HƏZRƏT ÜMMÜSƏLƏMƏ

Qəm-qüssədən sonra gələn səadət

10625077_748726975181397_4823088997269658902_nÜmmüsələmə (r.ə.) ilk müsəlmanlardandır. Elə ilk müsəlmanlardan olan Abdullah ibn Əbdüləsədlə də evli idi. Bu bəxtiyar ailə İslamı qəbul etməklə qohumlarının və digər müşriklərin dəhşətli işgəncələrinə məruz qaldılar, lakin əqidələrindən zərrə qədər də olsun dönmədilər. İşgəncələr dözülməz bir vəziyyət yaratdığı üçün Həbəşistana hicrət etdilər. Həbəş Nəcaşisi ona sığınan, ona pənah gətirən mühacirləri yaxşı qarşıladı. Onlardan heç bir yardımını əsirgəmədi. Ancaq vətənlərindən, Peyğəmbərimizdən uzaqda olmaq digər mühacirlər kimi Ümmüsələməni və həyat yoldaşını çox kədərləndirdi. Oxumağa davam et