Tag Archive | kapitalizm

ƏDALƏTİN BİTDİYİ YERDƏ KAPİTALİZM BAŞLAYAR

Zehranın yazısıAmerikada harın və hakim siniflərə qarşı etiraz mitinqi keçirən işsiz və yoxsul insanlar bir dəfə belə bir maraqlı plakatla çıxış etmişdilər: “Vaxt gələcək aclar yemək üçün varlılardan başqa bir şey tapmayacaqlar!” Təbii ki, Amerikadakı kasıbları Somalidəki aclarla bir tutmaq olmaz və qərb ölkələrindəki yoxsulluq bizim anladığımız və təsəvvür etdiyimiz kasıbçılıqdan çox fərqlidir.

Avropada kasıb adam dedikdə orta səviyyədə yaşayışı olan: maşını və evi, işi-gücü, yayda dincəlmək, qışda soyuqdan qorunma imkanı olan insan başa düşülür. Azərbaycandakı kasıblar isə nəinki bu sadalananlara malik olmayan, hətta  normal su, elektrik, zəngin neft ölkəsinin vətəndaşı olsa da, evində qazla belə təmin olunmayan biçarə insanlardır. Bu səbəbdən də azacıq həyat şəraitini düzəldən, ailəsinin ən minimal ehtiyaclarını ödəyə bilən insanlar cəmiyyətmizdə az qala müqəddəs varlıqlar kimi qəbul olunur və onlara ehtiram göstərilir. İnsanlar pula sitayiş edənə qədər alçaldılıb, əzilə bildiyi qədər əzilib və əzilməkdədir. Oxumağa davam et