“Quran oxuyun, İslamı öyrənin, o zaman İsa Məsihi daha yaxından tanıyacaqsınız!”
Bu sözlər amerikalı yazar, ictimai xadim və İslamı qəbul etmiş gözəl qadın Kari Ənsariyə məxsusdur. Gözünü xristian ailəsində açan, hər il rəngarəng və gözqamaşdıran Milad bayramını qeyd etməyə alışan, kiçik yaşlarından qəlbi Allah kəlamına açılan Kari məhz müsəlman olduqdan sonra Həzrət İsanı (ə) və Həzrət Məryəmi (ə) həqiqi məhəbbətlə sevdiyini deyir.
Daim mənəvi axtarışda olmaq, həyatın mənasını dərk etməyə çalışmaq insana məxsus bir haldır. Dünya var olandan insan daim axtarır, nəyə isə nail olur, daha çox nail olmağa çalışır, yenə də axtarır. Hər kəsin həyatında bir “həqiqət anı” yaşanır ki, həmin an sanki beyində yeni bir ötürücü işə düşür, sanki dəfələrlə oxunan kitabın həqiqi mənası heç vaxt diqqət cəlb etməyən bir sözlə açılır. Oxumağa davam et