Tag Archive | Marina Alalıkina

O AZAN MƏNİM ÜÇÜN SƏSLƏNDİ

mashaBu gün bütün dünyada, o cümlədən də bizim ölkəmizdə kütləvi “ulduz” istehsalı yüksələn xətt üzrə inkişaf edir. Gəlirli olmasına görə bu sahə, bəlkə də, nanotexnologiya və ya avtomobil istehsalını geridə qoyur. Axın-axın səhnə insanı istehsal edib adını “ulduz”, “star”, “istedad” qoyan bu sənaye sahələrindən biri də Rusiya və MDB insanlarının diqqətini televiziya ətrafına yığıb özünə çoxlu sayda geniş tamaşaçı kütləsi qazana bilmişdi. “Ulduz fabriki” (“Fabrika zvyozd”) adı ilə efirə çıxan və çox məşhur olan bu layihəyə yüzlərlə ifaçı qatılır, oradan da nəhəng Rusiya şou-biznesinə vəsiqə qazanırdı. Belə “bəxtəvər” ulduzlardan biri də Marina Alalıkina idi. O, ilk çıxışından tamaşaçı kütləsinin məhəbbətini qazana bilmiş, hər yerdə qapılar üzünə açılmış, təklif və qonorar seli ona doğru axmağa başlamışdı. Karyerasının ən qızğın mərhələsində və şöhrətinin ilk çağlarında bütün Rusiya şou aləmini “acı xəbər” sarsıtdı: Marina Alalıkina – yeniyetmələrin sevimlisi Maşa – bir müsəlmana ərə gedir və o artıq səhnəni tərk edir. Oxumağa davam et