Tag Archive | Quranda üsuli-din

QURAN AYƏLƏRİ İŞIĞINDA ÜSULİ-DİN

MÜQƏDDİMƏ

Bütün həmdlər bizi haqq dinə doğru hidayət edən Allaha məxsusdur!

Əgər Allah bizi hidayət etməsəydi, biz hidayət oluna bilməzdik!

quran-rehal-and-chandleri_1396430729Bilin ki, səhih (doğru) və məqul (ağlauyğun) din odur ki, onun üsulları və əsasları bürhan (dəlil, sübut) və mədrəkə (sənədə) əsaslanmış olsun və ona aydın dəlil göstərilsin, nəinki keçmişdə yaşayanların sözləri. Çox təəssüflər olsun ki, İslam alimləri üsulların (dinin əsaslarının) və əqidələrin araşdırılması və dəlillə ələ gətirilməsi lazım olduğuna inanmalarına və bu mövzuda təqlidi (fikri dəlilsiz qəbul etməyi) caiz bilməmələrinə, hətta fəqihlərin risalələrində bu mətləb qeyd olunmasına baxmayaraq, İslam iddiaçılarının hər birindən “Sizin üsuli-dininiz neçədir və sənədiniz nədir?” – deyə soruşsan, cavabında ya aciz qalırlar, yaxud da öz fikirlərilə dəlillər gətirir və öz əqllərilə sübut sayırlar. Onlardan soruşuruq: Oxumağa davam et